57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                 

“Emin Millinin üzrünü alqışlayıram, vətənə gəlmək istəyirsə, buyursun” - deputat
Tarix: 14-05-2019, 08:44 | Çap et
“Emin Millinin üzrünü alqışlayıram, vətənə gəlmək istəyirsə, buyursun”
“Meydan TV”nin keçmiş rəhbəri Emin Milli çoxlarını təəccübləndirir. Onun ardıcıl olaraq səsləndirdiyi fikirlər, sərgilədiyi mövqe bir anlaşılmazlıq yaradıb. Axı bununla Emin Milli nə demək istəyir?

Görəsən, onun yazdıqları imitasiyadır, yoxsa səmimiyyətdən irəli gəlir? Bu sürətlə siyasi iqtidara münasibətini dəyişməyin səbəbi nədir, nə baş verir?

Suallar çoxdur, Emin Milli isə mövqeyindəki dəyişikliyin arxasında gizlənən səbəblərə aydınlıq gətirmir.

Sitat: “İlham Əliyevdən də, Əli Kərimlidən də, hökumətdə, müxalifətdə olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm” .

Emin yazır ki, tənqidin içində nifrət olanda bu, qurucu yox, dağıdıcı rol oynayır: “Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik”.

Emin Milli qeyd edib ki, hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək: “Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək. Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə”.

İqtidaryönlü deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycandan xaricə gedənlər olub: “Bu onların hüququdur. Amma bəziləri gedən kimi Azərbaycana müharibə elan edirlər, yalnız mənfiləri qabardırlar, qərəzli danışırlar. Sanki azərbaycanlı deyillər.

Gedənlərdən biri də Emin Milli idi və bu gün o, dərk edirsə hara getsə belə Azərbaycan onun vətənidir, bunun özü gözəl hadisədir".

Deputat hesab edir ki, nöqsanları demək olar: “Hakimiyyət həmişə müxalifətə fəaliyyət imkanı verib. İqtidara qarşı çıxmaq da olar, ancaq dövlətə, milli maraqlara zidd hərəkət etmək olmaz. Emin Milli Vətənə gəlmək istəyirsə, buyurub gəlib yaşasın. Heç kəs müxalifətçiliyinə görə cəzalandırılmır. Kim qanunu pozursa, onun barəsində tədbir görülür. Ona görə də Emin Millinin üzrünü alqışlayıram. Kimlər Azərbaycanı qaralamağı özünə çörək ağacı seçibsə, səhvə yol verirlər. Başqaları da Emin Millinin hərəkətindən nümunə götürməlidir”.

İsveçrədə yaşayan yazıçı Əli Əkbərin fikrincə, E.Millinin bütün çıxışları yazıları kimi emosionaldır. Onun sözlərinə görə, Emin üzr istəyəcək bir iş də görməyib: “Əgər şəxsi anlamda təhqir olmayıbsa, burada üzr üçün səbəb görmürəm. Emin son dərəcə alicənabdır, kimisə təhqir edəcəyini də düşünmürəm. O baxımdan üzrü məcazi mənada başa düşmək lazımdır. Sanki onun peşmançılığının ifadəsidir...”

Ə.Əkbər hesab edir ki, E.Milli strateji və taktiki xətalara yol vermiş adamdır: “Amma səmimi olub, təmiz işləyib.

QHT mafiyasının ona nifrət etməsinin səbəbi də təmiz işləməsi, pul silməməsi, maliyyə fırıldağı etməməsidir.

“Meydan TV” açılanda da qaragüruhlar ona hücum edirdi, Eminin gördüyü işə istehza, təhqir, ələsalma varıydı. Ancaq belələrinin bəxti də var, Emin həmin adamlarla işləməyə başladı. Təəssüf ki, onunla birgə olmaq istəyən, Eminə gülməyən bizi rədd elədi.

Nəticədə Eminin “Meydan TV”si bir qaragüruh mediası oldu. Nəticədə bu gün peşmandır. Axı plan elə deyildi. Orada 1-2 publisistin yazısı xaric, ümumi xətt barışmaz, qaragüruh müxalifətdir. “Meydan TV”də başqa nə var ki?" Ə.Əkbər deyir ki, onu başa salmağın da artıq yeri yoxdur: “Emin sanki deyir - icazə verin bataqlığa gedim. O, bir sürü səhvlərlə dolu adamdır. Ümid edirəm ki, bir gün ağıllanar. Təkcə axmaqlar və ölülərin fikirləri dəyişmir. Onun fikirlərinin dəyişməsində faciə yoxdur.

Sadəcə, Emin o deyil, proqnozlaşdırılmayan adamdır. Biz onu çox istəyirik. Sabah fərqli mövqedən yaza bilər və təəccüblənmərəm, çünki stabil adam deyil. Bundan başqa, təkəbbürlüdür, ambisiyaları var. Liderlik ambisiyalarının olması gözəldir, normaldır. Amma Emindəki patolojidir, bu da bizim onunla işləməyimizi qeyri-mümkün edir. Və bütün bunlara baxmayaraq, son günlər onun sərgilədiyi mövqeni mən və dostları dəstəkləyirik".

“Emin Millinin üzr istəməsini müsbət qiymətləndirmək lazımdır. Əgər o, hadisələrə adekvat qiymət verərək, dövlətçilik mövqeyindən çıxış edərək prezident İlham Əliyevdən üzr istəyirsə, bu, çox yaxşı haldır, düzgün addımdır”.

Bunu isə report-a deputat Nəsib Məhəməliyev deyib. O qeyd edib ki, Azərbaycanda milli birliyin olması çox vacibdir: “Söyüş ritorikasından, qarşıdurmadan əl çəkmək lazımdır. Bu, kiməsə xeyir gətirə bilməz, cəmiyyət böhtandan, şərdən bezib. Arzu edərdik ki, hər kəs konstitusiyaya uyğun olaraq, sivil mübarizə metodlarından istifadə etsin. Emin Milli vəziyyəti düzgün qiymətləndirərək belə bir addım atıb, səhvlərini başa düşüb, etiraf edib. Arzu edərdik, digərləri də səhvlərini başa düşsünlər, Azərbaycanı dünyada biabır etməsinlər, müsbət işləri təbliğ etsinlər. Bu cür addımları xalq, dövlət qarşısında müsbət qiymətləndirirlər.

İnanıram ki, Emin Millinin bu addımı gələcəkdə digərləri üçün də president olacaq. Vaxtilə radikal mövqedə olan insanlar olub, onlar artıq düzgün olaraq konstruktiv mövqe sərgiləyirlər. Yəni bu, ilk belə hal deyil".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru