“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                 

“Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...” - deputat
Tarix: 24-05-2019, 08:24 | Çap et
“Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...”
REAL Partiyasının lideri İlqar Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. İ.Məmmədov binadan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, ictimai təhlükəsizlik şöbəsinin rəisi Nurulla Məmmədxanovun qəbulunda olub. Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə REAL-ın mayın 28-nə planlaşdırdığı tədbirlərə toxunulub. İ.Məmmədov qeyd edib ki, yaxın vaxtlarda REAL İdarə Heyəti vəziyyəti müzakirə edəcək və öz qərarını açıqlayacaq.

Bundan öncə partiya Bakının mərkəzində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti abidəsinin önünə çiçək qoyacaqlarını bildirib.

Partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, ictimaiyyətə 28 May tədbirləri ilə bağlı məlumat veriləcək. Sosial şəbəkələrdə konkret çağırışlar olmasa da, bayram günü ilə bağlı ötənilki yürüşün təkrarlanacağı ehtimalı barədə yazanlar var.

Məlumdur ki, bu dəfə Respublika Günü Bakıda Avroliqa finalından bir gün öncəyə təsadüf edir. O zaman şəhərdə minlərlə turist olacaq. Bəzilərinin fikrincə, Britaniya mediasının Azərbaycana qarşı apardığı antitəbliğat kampaniyasını nəzərə aldıqda Bakıda yürüş keçirmək və diqqəti siyasi məsələlərə yönəltmək lüzumsuzdur. Onlar hesab edirlər ki, bayramı yürüş şəklində təşkil etmək və sanksiyalaşdırılmamış aksiyaya çevirmək polislə qarşıdurmaya gətirə bilər. Bu da dünya mediasında final ərəfəsində xoşagəlməz reaksiyalara səbəb ola bilər.

Bu mövzuda “Yeni Müsavat”ın suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-çı deputat Aydın Mirzəzadə cavablandırıb. YAP-çı deputat öncə bunları deyib: “Əslində biz öyrəşmişik ki, hər dəfə Azərbaycanda mötəbər bir yarış keçirilərkən radikal müxalifət nümayəndələri provokasiya təşkil etməyə çalışsınlar. Sonradan məlum olur ki, onlara bu təxribatları etmək xaricdən gələn sifarişdir. İl boyu ölkədə heç bir aktivliyi olmayanlar qəfildən peyda olurlar, ətraflarına 5-10 adam toplaşır, əllərində plakatlarla küçəyə çıxaraq diqqət çəkməyə can atırlar. Eləcə də adını çəkdiyiniz həmin siyasi dərnək (REAL Partiyasını nəzərdə tutur - E.S.) bu günə kimi mitinq keçirməyib, amma final yarışına bir gün qalmış İstiqlaliyyət abidəsinə gül qoymaq istəyirlər.

Təbii ki, bu, onların hüququdur və yekunda razılığı Bakı Şəhər İcra Hakimiyyəti verir. Lakin Azərbaycan həmişə beynəlxalq yarışlara, tədbirlərə yüksək səviyyədə hazırlaşıb, bizim təcrübəmiz var və hər bir təxribatın qarşısını almağa hazır olan ayıq-sayıq, peşəkar hüquq-mühafizə orqanlarımız var. Bu nöqteyi-nəzərdən onlar özlərinə partiya, müxalifət yox, “futbola dəstək qüvvəsi” adını qoysunlar".

- Sizcə, burada bir məqsəd, nəyisə qoparmaq niyyəti güdülür?

- İlk növbədə onlar alternativ fikir, tənqidi mövqe qoymaq yerinə provokasiyalara əl atmaqla Azərbaycanın imicini pozmağa səy göstərirlərsə, bununla özlərini nüfuzdan salmış olacaqlar. Şübhəsiz ki, 28 May günü hamıya əziz bayramdır, bütün cəmiyyət tərəfindən qeyd olunur, tədbirlər, konsertlər keçirilir. Sadəcə, müstəqil daxili və xarici siyasət aparan ölkələrə təzyiq göstərmək olmur.

O zaman ölkə daxilində merkantil maraqları olan qruplar tapılır, onlara istiqamət verilir, dezinformasiyalar yayılır. Fikir verin, Azərbaycan Avroliqanın finalının Bakıda keçirilməsi üçün gərgin mübarizədən qalib çıxdı.

Amma indi gah erməni əsilli futbolçunun təhlükəsizliyinə zəmanət olmadığını yazırlar, gah uçuşlarımızın London havasını pozacağı barədə absurd mülahizələr irəli sürürlər, gah da Bakıda hotellərin Londondan baha olduğunu bəhanə edirlər. Əgər Bakıda hotellər bahadırsa, buyursunlar Londondakı ucuz hotellərin qiymətlərini açıqlasınlar.

- Yəni hesab edirsiniz ki, bütün bunlar təzyiq vasitələridir?

- Əlbəttə ki. Azərbaycana siyasi təzyiq göstərməklə müstəqil siyasətindən çəkindirmək cəhdləri var və ölkədəki “5-ci kolon” nümayəndələri də onların sifarişini canfəşanlıqla yerinə yetirməyə hazırdır. Amma onlar bu addımları ilə heç bir nüfuz qazana bilməzlər. Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Əgər hansısa kiçik qruplar qanunu pozacaqlarsa, Bakıda özlərini “sarı jiletli”lər kimi aparmaq istəyəcəklərsə, Azərbaycan dövləti qanuna müvafiq qaydada tədbirlər görəcək.

Ümumiyyətlə, dünyada müstəqil siyasət yürüdən ölkələrdə beynəlxalq yarışlar, tədbirlər keçiriləndə onlara qarşı təzyiq göstərən, kampaniyalar təşkil edən dairələr var.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru