Müxaliflərdən “üçlü görüşə” reaksiyalar: seçki bloku, yoxsa...
Tarix: 1-06-2019, 09:19 | Çap et
 Mayın 30-da Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev və AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin iştirakı ilə görüş keçirilib. Görüşdə partiya rəhbərləri gözlənilən siyasi islahatlarla bağlı təkliflərlə çıxış etmək üçün qeydiyyatdan keçmiş bütün siyasi partiyalarla müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu bildiriblər.
Görüşdən dərhal sonra bu istiqamətdə müzakirələr açılıb. Yeni bir müxalif birliyin yaradılması yönündə bu görüş irəliyə doğru addım kimi dəyərləndirilir. Hətta müxalifətin böyük bir kəsiminin vahid seçki bloku ətrafında birləşdirilməsi üçün gizli görüşlərin keçirildiyi qeyd olunur.
Lakin P.Hüseyn deyilənləri təkzib etdi: “Görüş barədə AMİP məlumat yayıb. Bu məlumata heç bir əlavəmiz yoxdur. Hər hansı blok, birlik, koalisiya-filan yaratmaq ümumiyyətlə, müzakirə predimeti deyil. Açıqlamada göstərildiyi kimi, yalnız qeydiyyatdan keçmiş partiyalar tərəfindən siyasi islahatlar, ictimai-siyasi vəziyyətlə bağlı konfransın keçirilməsi, diskussiyaların aparılması, mümkün olarsa, ümumi rəyin formalaşması kimi məsələlər gündəmdə olmalıdır. Konfransın keçirilməsi istiqamətində hazırlıqlar gedir. Razılıq verən digər partiyalarla bu tipli görüşlər istisna olunmur”.
E.Musayev: “Ölkədə çoxlu problemlər var və bundan çıxış yolu siyasi islahatlardır. Son olaraq üç partiya rəhbərinin görüşündə qərara alındı ki, bu işlərə start verək. Bunun üçün qeydiyyatdan keçən siyasi təşkilatların hər birinə müraciət edilməsi qərara alındı. Bir sıra partiya rəhbərləri var ki, onlarla görüşlərimiz planlaşdırılır. Bu görüşlərin ilkini Ədalət partiyasının sədri, ağsaqqalımız İlyas İsmayılovla reallaşdırdıq. İlyas müəllimin çox gözəl təklifləri var. Razılaşmışıq ki, verilən təkliflər ilkin layihədə öz əksini tapsın. Konkret olaraq, heç bir seçki blokunun yaradılmasından söhbət getmir. Biz ölkədə vəziyyəti dəyişmək istəyirik. Bunun üsullarından biri də müzakirələrdir. Hökumətə öz mövqeyimizi nümayiş etdirməliyik. Hakimiyyətdən islahatlara başlamaq üçün mesajlar verilib. Bizim hakimiyyətin o mesajına etirazımız yoxdur. Amma hələ ki həyata keçirilənləri islahatr hesab etmirik. Bu məsələdə iqtidarın özü ilə danışmaq lazımdır. Mövqelər ortaya qoyulmalıdır. İstəsək də, istəməsək də, biz bu mərhələni keçməliyik”.
A.Əlizadə də bildirdi ki, görüşün məqsədi hər hansı bir seçki bloku, yaxud birliyin yaradılması ilə bağlı deyil: “Görüşdə ölkədə keçirilən siyasi islahatlar, yaxud anonsları verilən islahatlarla bağlı siyasi partiyaların bir araya gəlməsindən söhbət gedib. Bu istiqamətdə digər partiyalarla görüşlərin aparılması istisna deyil. İndiki şəraitdə müxalifətin bir araya gəlməsinə, təkliflər irəli sürməsinə böyük ehtiyac var. Burada yalnız qeydiyyatdan keçən siyasi partiyaların bir araya gəlməsi, məsələləri müzakirə etməsi nəzərdə tutulub”.
Digər partiyaların bu proseslərə dəstək verib-verməyəcəkləri ilə maraqlandıq. AĞ Partiya başqanı Tural Abbaslı birlik yaradılması istiqamətində proseslər gedərsə, dəstək verəcəklərini söylədi: “Mən hələlik hansısa siyasi ya da seçki blokunun yaradılması yönündə real addımların atıldığını görmürəm. Hələlik Pənah bəy bu yöndə cəmi bir status paylaşımı var. Orada da Pənah bəy öz partiyalarının qərarını yazıb ki, onlar seçki bloku yaratmaq barədə qərar veriblər. Əgər söhbət üç partiya sədrinin sonuncu görüşündən gedirsə, orada da hansısa blokun yaradılması barədə söhbət getmir. Burada siyasi islahatların aparılmasından, bu yöndə təklif və müzakirələrin aparılması üçün konfransın təşkil olunmasından söhbət gedir. Bu barədə müzakirə aparmaq üçün Pənah bəy AĞ Partiyaya da müraciət edib və yəqin ki, yaxın günlərdə bu görüş baş tutacaq”.
Ümid partiyasının sədri İqbal Ağazadə artıq görüş təklifinin gəldiyini söylədi: “Ümid Partiyası tək İqbal Ağazadədən ibarət deyil. Məndən soruşsanız, filan yerə gedəcəksiniz, deyəcəm hə. Bura partiyadır. Təklif gələrsə, bunu öncəliklə rəhbərlik müzakirə etməlidir, ardınca Məclis bununla əlaqədar qərar verməlidir. Amma hələ ki, bizə blok yaratmaqla bağlı heç bir təklif gəlməyib. Sadəcə, o görüşdən sonra Pənah bəy telefon açıb, üç partiya liderinin mənimlə görüşmək istədiyini bildirib. Mən də razılıq vermişəm ki, qapımız hər zaman üzünüzə açıqdır. Azərbaycanda iqtidarlı-müxalifətli bütün qüvvələrin bir arada olması nə gözəl olardı. Birlik o qədər cəlbedicidir ki, ona nə zamansa ehtiyac yoxdur demək mümkün deyil. Amma o birliyin nə verəcəyi, hansı xeyirlərinin olacağını düzgün hesablayandan sonra danışmaq mümkündür”. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
| • Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50 |
|
|
|
| • Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37 |
|
|
|
| • İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32 |
|
|
|
| • Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27 |
|
|
|
| • Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23 |
|
|
|
|