Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                 

15 iyun həm də cəbhəçilərin qurtuluş günüdür - ƏN YAXIN TARİX
Tarix: 12-06-2019, 08:53 | Çap et
15 iyun həm də cəbhəçilərin qurtuluş günüdür
1993-cü il 4 iyun qiyamında Surət Hüseynov, başda prezident Əbülfəz Elçibəy olmaqla, hakimiyyətin yuxarı eşalonunda əyləşənlərin hamısını fiziki cəhətdən məhv edəcəyi xəbərdarlığını etmişdi. Hətta onları asmaq üçün dar ağacı quracağını bəyan eləmişdi. Hakimiyyət qüvvələrinin də Surətin qarşısında aciz duruma düşdüyü məlum idi. Qiyamı beşiyində boğa bilməyən hakimiyyət artıq mövqelərini sürətlə itirməkdəydi. Surət Hüseynovun qüvvələri rayonları ələ keçirə-keçirə Bakıya doğru irəliləyirdilər.

Bu gözü dönmüş dəstənin qarşısında hakimiyyət qüvvələri, demək olar ki, heç bir müqavimət göstərə bilmirdilər. Siyasi iradəsizlik, nazirlər səviyyəsində satqınlıq da bir yandan vəziyyəti hakimiyyətin zərərinə sürətlə dəyişirdi. Bir sıra tarixçilər və siyasi təhlilçilər hesab edir ki, Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, 15 iyunda Milli Məclisin sədri seçilərək prosesə müdaxilə etməsəydi Surət Hüseynovun qüvvələri paytaxtı ələ keçirəcəkdilər və prezident Əbülfəz Elçibəy də daxil hakimiyyət komandasının fiziki məhvi məsələsi reallaşa bilərdi. Gəncədə hökumət qüvvələrinin komandirini qətlə yetirən, mərkəzdən göndərilmiş hökumət rəsmilərini, baş prokuroru girov götürən qüvvənin buna getməyəcəyinə təminat yox idi. Elçibəy Heydər Əliyevi dəvət etməsəydi hakimiyyət Surətin qüvvələri ilə üz-üzə qalacaqdı və qeyd olunan bu cür dəhşətli hadisələr o zaman yaşanacaqdı. Bu baxımdan Heydər Əliyevin gəlişi əslində həm də AXC hakimiyyətinin başında dayanan bir çox insanları bəlkə də ölümdən qurtarmış oldu.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov hesab edir ki, 15 iyun xaosun sonu, milli qurtuluşun başlanğıcıdır: “Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyarkən Azərbaycanda dövlətçilik itirilmişdi, deməli, heç nə yox idi. Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Heydər Əliyevə Azərbaycan xalqı daim minnətdardır”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, nədənsə AXC iqtidarının nümayəndələri 4 iyun hadisələrindən danışarkən, nə qiyama aparan səbəblərdən, nə də özlərinin suçları barədə bir kəlmə də danışmaq istəmirlər: “Halbuki 1 ilə yaxın müddət ərzində yürütdükləri siyasət və gördükləri iş onların hakimiyyətdən gedəcəyini sürətləndirirdi. Surət Hüseynov olmayacaqdı, bir başqası olacaqdı. AXC-nin özü də hakimiyyəti silahla zəbt etmişdi və kommunistlər və cəbhəyə sadiq, cəbhədəki ayrı-ayrı nüfuzlu şəxslərin dost-tanışları, yaxınları yüksək vəzifələrə təyin olunmuşdular. Yaxın vaxtlaradək sabiq dövlət yetkililəri, hətta, vaxtılə mərhum prezident Əbülfəz Elçibəy bildirirdi ki, Gəncədəki hadisələrdən xəbəri yox idi. Amma Pənah Hüseynin məlum məxfi adlandırdığı Dövlət Müdafiə Komitəsinin iclasının stenoqrammından bir daha aydın oldu ki, Surət Hüseynovun Gəncədəki fəaliyyətindən bütün dövlət ərkanının xəbəri olub və onu ya həbs, ya da fiziki məhvi gündəmə gətirilib.

Bir halda ki, iddia etdikləri kimi, AXC-nin hakimiyyətə gəlməsi labüd idisə, xalq etimad göstərib qanı-canı bahasına müstəqilliyinə qovuşdurduğu dövlətini və öz taleyini prezident seçdiyi Əbülfəz Elçibəyə, onun komandasına etibar etmişdisə, səbəbi, sonucu nə olurdusa olsun, bu etimad qorunmalı idi. Prezidentlik vəzifəsi xalqın verdiyi bir əmanətdir. Onu qorumaq lazım idi, Surət Hüseynovun qarşısında acizlik göstərmək və atıb getmək yox. Görün, hakimiyyətləri nə qədər zəif olub ki, bir qondarma polkovnikin məhdud sayda silahlılarının qarşısında aciz duruma düşüblər. Onlar Surət Hüseynovun qarşısını kəsmək yox, onun qəzəbindən xilas olmaq üçün addımlar atırdılar. Bir polkovnikin qarşısına çıxmağa cürət etmədilər. Bir silləyə baş prokuror öz prezidentinin həbs sanksiyasını verdi. Ona görə də düşündülər ki, Heydər Əliyevi dəvət etməsələr Surət bunları məhv edəcək”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru