Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                 

“Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər” - Siyavuş Novruzov
Tarix: 13-08-2020, 12:45 | Çap et
“Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər”
“Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, guya başqa xalqlar bizdən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünki cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması və xalqa münasibətini aşkar gördü”.
Bunu Azvision.az -a açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, insanlarımızdan mandat, səs istəyən birinin bizim xalq haqqında bu cür düşüncəyə sahib olması təəssüf hissi doğurur:

“Bu anormal fikri özünə tarixçi deyən biri səsləndirir. Əslində o yalançı tarixçidir. Azərbaycan, bu xalq demokratik cümhuriyyət quranda çox ölkədə heç müstəqil dövlət belə yox idi. Azərbaycanda qadınlara seçki hüququ veriləndə indi sığınıb qrantlar aldıqları Amerikada bunlar mövcud deyildi. Okeanın o tayında sənin qabağına bir tikə çörək atırlar deyə bu xalqı aşağılamalısanmı?”.

Siyavuş Novruzov onu da deyib ki, toplantıda cəmiyyətimizi qıcıqlandıran yalnız Cəmil Həsənlinin "şüursuz xalq" fikri olmayıb, səviyyəsiz hərəkətlər də diqqətdən yayınmır: “Biri deyir ayağını qaldır ayağını görək, kəlləndə baxılmalı heç nə yoxdur, digəri trolluq fəaliyyətlərini ifşa edərək Əli Kərimli adından buna görə təşəkkürlər yağdırır və s. Qısası, ora əxlaqdan, mənəviyyatdan, tərbiyədən kənar insanlar toplaşıblar. Əvvəllər toplantılarında çıxışları qapalı qalırdı deyə insanlarımız onların əsl simasını, düşüncə tərzlərini görmürdülər. İndi bayağı söhbətlərlə əslində hansı səviyyəyə malik olmaları onlayn konfranslardakı çıxışları ilə üzə çıxır. Özü də bu ilk dəfə deyil ki, xalqımıza qarşı aqressiv olmaları görünür. Hər dəfə bu milləti aşağılayırlar. Ötən dəfə Gültəkin Hacıbəyli ağzına gələni danışaraq virusun çəkilməsinin onlara sərf etmədiyini deyirdi ki, insanlarda narazılıq artsın və s. İnsanlar virusdan əzizlərini itirirlər. Hamı bu bəlanın tezliklə çəkilməsini arzuladığı vaxtda bunlar çıxıb deyir ki, yox, elə millət bu halda qalsa yaxşıdır.. Bilirsiniz niyə bu cür yanaşmanı ortaya qoyurlar? Açıq deyəcəyəm, çünki bu xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər. Təbii ki, belə olan təqdirdə erməni maraqlarına xidmət etməli, düşmənin də ideoloqlarının, pul paylayanlarının tapşırıqlarını yerinə yetirməli idilər. Bu tapşırıqlardan biri də odur ki, mütəmadi olaraq millətinizi alçaltmaq lazımdır.

Dağlıq Qarabağda qondarma seçki keçiriləndə biri də səsini çıxarmadı. Amerikadaydın, Ağ Evin qarşısına çıxıb özünə od vurardın, etiraz edərdin. Canını çox sevirsənsə, bir şüar hazırlayıb meydana çıxardın ki, ədalətin tərəfindəsən. Əksinə olaraq Tovuz hadisələri zamanı Azərbaycan əleyhinə olan şüarlar hazırlayıb aksiya təşkil etmişdilər. Özü də bunların başında duran atası və anası erməni olan Arif Yunusdur. Bütün ayrılmış qrantları, çirkli pulları o paylayır. Ermənilərdən, onlara bağlı təşkilatlardan əldə etdiyi maliyyəni birbaşa gətirib paylayan Arifdir deyə, tapşırıqları da o verir ki, harada xalqı aşağılayacaqsınız, harada nə formada aksiya keçirəcəksiniz və ya hansı maraqları güdəcəksiniz. Radikallar da onun qarşısında bu səbəbdən quzu kimi görünürlər”.

Deputat vurğulayıb ki, istər millətin ziyalıları, alimləri, millət vəkilləri, siyasi partiyalar, istərsə də sadə vətəndaşlar bu cür anormal davranış və mövqeyə reaksiya verməlidirlər: “Adekvat cavab olmadıqca daha da kəskin formada xalqı aşağılayırlar. Adama sual verərlər ki, sən bu millət üçün nə etmisən axı? Özün üçün dissertasiya, kitab yazmısan. Heç onların çoxu da öz maraqlarına xidmət edir, satmaq üçün yazılan kitablardır. Dəllalsan, bu millətə xeyrin də dəyməyib. Nəinki Cəmil Həsənli, orada toplaşanlardan hansı biri göstərə bilər ki, indi bəyənmədikləri bu xalqın yolunda, torpaq uğrunda döyüşüb. O qrupdan Vətən uğrunda, can qoyan varmı? Yaxud da bu xalqın haqq işinin hansı təbliğatını aparmısınız axı? Öz fəaliyyətinizlə dünya ölkələrinə nələri çatdırmısınız? Erməni adı gələn kimi hamısı qorxusundan səsini çıxarmır. Çünki artıq hamısı erməni qabından yemək yedikləri üçün, ermənilərə bağlı təşkilatlardan qrantlar aldıqları üçün onların qarşısında başıaşağıdırlar”.

Siyavuş Novruzov AXCP və digər radikal müxalifətçilərdən Cəmil Həsənlinin bu anormal yanaşmasına etiraz gəlməməsini təbii sayıb: “O partiyada heç müstəqil fikirli, normal adam da qalmayıb. AXCP-də olmuş funksionerlər, aktiv cəbhəçilər zamanında dağılışıb getdilər. Elçibəyin dövründə olanlardan isə ümumiyyətlə heç kim yoxdur. Hazırda bu partiyada zamanında AXCP-də beşinci, onuncu dərəcəli adamlar qalıblar. Əslində onların da böyük hissəsi dağılıb gedib. İndi qalanların hamısı Əli Kərimlinin bloggerləri, trollarıdır. Bu qruplar isə müstəqil deyillər ki, Cəmil Həsənliyə etiraz edələr, deyələr ki, amerikalıları öz xalqından üstün tutma... İndikilər sırf Əli Kərimliyə bağlı adamlardılar, o nə göstəriş versə, onu da edirlər, yazırlar. Qısası milli şuraçılar qarışıq azsaylı cəbhəçilər hazırda virtual fəaliyyət göstərirlər, canlı fəaliyyətləri də yoxdur”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru