RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                 

““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" - Sabir Rüstəmxanlı
Tarix: 24-09-2020, 09:52 | Çap et
““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz"
Azərbaycanın siyasi diskussiyalarının episentri və onun danışan seqmenti 1995-2000-ci illərdə, müəyyən qədər də 2000-2005-ci illərdə Milli Məclis idi.

Parlamentdə gərgin və qızğın müzakirələr, dartışmalar, fikir ayrı-seçkiliyi, replikalar olurdu. Cəmiyyətin gözü və qulağı həmişə deputatların çıxışlarında, mübahisələrində idi.

Təbii ki, Milli Məclisdə müxalifəti təmsil edən deputatların say etibarı ilə bu günlə müqayisədə daha çox olması bu şəraiti şərtləndirirdi.

Xatırlamaq yerinə düşər ki, o dövrdə AzTV parlamentin iclaslarından reportajlar təqdim edirdi, millət vəkillərinin sərt, maraqlı, ekspromt açıqlamaları həvəslə izlənilirdi. Yəni MM fikir davası, söz savaşı yeri, siyasət poliqonu idi.

Təbii ki, bu polemikalar müxtəlif aspektdən olurdu - Qarabağ məsələsi, iqtidar - müxalifət münasibətləri, əhalinin sosial problemləri, siyasətçilərin qarşılıqlı ittihamları və s.

Bu gün isə parlamentdə nadir hallarda səs-küylü çıxışlara rast gəlinir. Hətta bəzi deputatlar özlərini siyasətdən uzaq hesab edirlər, parlamenti siyasət meydanı saymırlar.

Bir çox hallarda həmin deputatlar yaxasını kənara çəkirlər, nə parlamentin iclaslarında aktiv iştirak edirlər, qanun layihələrinə münasibət bildirirlər, nə mətbuatda gündəmdə olan hadisələrlə bağlı danışırlar.

Bəzən onlara “lal” deputat belə deyilir. Halbuki parlament qanunverici orqan olmaqla yanaşı siyasi meydandır. Çünki ora həm də xalqın səsini çatdırmalı olanların tribunasıdır.

Təkcə Azərbaycan deyil, Avropa Parlamenti, Türkiyə Böyük Millət Məclisi, Ukrayna Radası və digər ölkələrin parlamentləri gərgin müzakirələr yığıncağıdır.

Hətta deputatların əlbəyaxa davaları, bir-birinə ağır ifadələri belə bu tribunadan səsləndirilir.

1995-ci ildə parlament üzvü olmuş Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, o dövrlə bu dönəmi müqayisə etmək çətindir.

Deputatın sözlərinə görə, 1995-2000-ci ilin parlamentində 25 nəfər demokratik düşərgədən idi, 25 nəfər hakimiyyətin adamı idi: “Bu mənada o parlamentdə dartışmaların olması təbii idi. İndi fərq böyükdür. Demokratik düşərgənin təmsil etdiyi adamlar azdır.

Hakimiyyətdən gələn qanun layihələri, qərarlar mübahisə oldu - olmadı qəbul edilir. Eyni zamanda demək lazımdır ki, o dövrdə hər şey təzədən qurulurdu. İndi dövlət qurulub, ölkənin müharibə, iqtisadiyyatla bağlı problemləri var. Bu məsələlərdə isə ciddi fikir ayrılığı yoxdur. Müxalifət də bəyan edib ki, Qarabağ məsələsində hakimiyyətlə fikir ayrı-seçkiliyimiz yoxdur".

S.Rüstəmxanlı qeyd etdi ki, iqtisadiyyatla bağlı fikir fərqləri var və bu da həm parlamentdə, həm mətbuatda müzakirə olunur.

VHP sədri parlamenti siyasət meydanı hesab etməyən bəzi deputatların fikirlərinin yanlış olduğunu söylədi:

“Ola bilsin ki, onların Milli Məclisə qədər siyasətə aidiyyəti olmayıb. Amma parlament başdan-ayağa siyasətdir. Parlamentə daxil olan adam siyasətlə məşğul olur.

Hətta Milli Məclisin Mədəniyyət və yaxud İqtisadiyyat komitələrinin üzvləri də mədəniyyətin, iqtisadiyyatın siyasəti ilə məşğul olmağa, səs verməyə borcludurlar. “Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz".

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd etdi ki, o zaman fərqli dövr idi: “Ölkənin içində və xaricində siyasi proseslər dinamik, ziqzaqlı gedirdi. Milli Məclis yarandığı 1995-ci ildə qanunvericilik bazasının hazırlanması istiqamətində geniş fəaliyyət göstərirdi. Bu zaman cəmiyyətin bütün təbəqələrini əhatə edən qanunların müzakirəsi şübhəsiz ki, ciddi gedirdi.

Təbii ki, parlamentdə fərqli baxışlar var idi, bu da müzakirələrin dinamik, gərgin keçməsinə əsas yaradırdı".

F.Ağamalı bildirdi ki, qanunvericilik bazasının yaradılması üçün böyük işlər görülüb və indi bəzi hallarda qanunlara müəyyən dəyişikliklər edilir, bu da geniş müzakirəyə əsas vermir: “Yeni parlamentin fəaliyyətinə gəlincə, ilk iclaslardan fəallığı müşahidə edirik. Yeni deputatların hamısı olmasa da bir çoxu ayrı-ayrı məsələ ətrafında fikirlərini ortaya qoyurlar. Bu gün də parlament canlı orqan kimi fəaliyyət göstərir. Sadəcə, bəzi deputatlar adaptasiya olmalıdırlar, prosesin içinə girməli və alışmalıdırlar”.

Deputat həmkarı Jalə Əhmədovanın “Siyasətdən uzağam” sözlərinin düzgün anlaşılmadığını vurğuladı:

“Jalə xanım etiraf edir ki, hələ öyrəşməmişəm. Bu, onun daha məsuliyyətli olmasından irəli gəlir. Biz insanları küsdürməli, kompleks yaşatmalı deyilik. Mən uzun illərə söykənən təcrübəmə əsasən deyə bilərəm ki, bu parlament özünü doğruldacaq, deputatlar xalqın etimadını qazanacaqlar. Onlar bəzən mövqe qoymaqda tərəddüd edirlər. Buna son qoyulmalıdır. Xüsusən də Azərbaycana qarşı antimilli qüvvələrin qarşısında durmağı bacarmalı, özlərində o iradəni formalaşdırmalıdırlar”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru