Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                 

“Təxminən 70 min müharibə iştirakçısı ilə işləmək lazımdır” - Rey Kərimoğlu
Tarix: 20-08-2022, 08:46 | Çap et
“Təxminən 70  min müharibə iştirakçısı ilə işləmək lazımdır”
“Qazilərimizə, müharibə iştirakçılarına, Şəhid ailələrinə davamlı psixoloji yardım göstərmək üçün sosial işçilər və psixoloqlardan ibarət qrup yaradılmalıdır. Regionlarda qapısı açılmayan və ya 1 otağı istifadə edilən gənclər evləri var. Bu mərkəzlərdə onlarla sosial layihə etmək olar. Xidmət onlara getməlidir. Əzizlərim, intihar heç nəyə çarə deyil. Özümüzə də, sevdiklərimizə də bu acını, ağrını yaşatmayaq”.

Bu təklifi Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova irəli sürüb. O, “Yeni Müsavat”a geniş açıqlamasında bildirdi ki, qazilərin psixoloji vəziyyəti ilə bağlı davamlı iş aparılmalıdır: “Qazilər, şəhid ailələri, müharibə iştirakçıları qurumlara müraciət etməməlidir, xidmətlər onların ayağına getməlidir. Düşünürəm ki, bunu təşkil etmək o qədər də çətin deyil. Regionlarda fəaliyyətsiz olan mərkəzlər var. Həmin mərkəzlərdə veteranlar, şəhid ailələri üçün dərnəklər, pulsuz kurslar açıla bilər. İntihar faktları ilə bağlı açıqlamalarda bildirilir ki, sosial təminat qaydasında idi. Mən belə açıqlamaların tərəfdarı deyiləm. Əgər sosial təminat varsa, qazilər nəyə görə intihar edir? Üstəlik, bunu intiharın ağır forması olan özünü yandırma ilə edirlər... Müharibə travmalarının aradan qaldırılması üçün biz nə zaman hərəkətə keçəcəyik? Qazilər kiminsə qapısını döyüb, mənim psixoloji problemim var deməlidir? Ard-arda bir neçə intihar baş verdi. Şəhid ailələrinin psixoloji durumu ilə peşəkar iş aparılmalıdır. ”YAŞAT" Fondunun təşkilatlığı ilə düşərgələrin həyata keçirilməsi təqdirəlayiqdir. Lakin bunun fonunda dərin travmalar da aradan qaldırılmalıdır, əks halda, effekt verməyəcək. Təklif olunan layihələr üçün böyük vəsait tələb olunmur. Türkiyədə bu sahədə ixtisaslaşmış psixoloqlar var ki, bizim psixoloqlara ustad dərsləri keçə bilərlər. Qaynar xətt təşkil etməklə iş bitmir. Bədən üzvlərini itirmiş qazilər var, onların gündəlik həyatda nə qədər çətinlik çəkdiyini düşünün. Onlar işlə təmin olunmalı, paralel olaraq da psixoloji durumu ilə bağlı iş aparılmalıdır".

G.Səfərovanın fikrincə, qazilərə, müharibə iştirakçılarına, şəhid ailələrinə psixoloji yardım göstərmək üçün QHT-nin təcrübəsindən istifadə etmək faydalı ola bilər: “Mən bu fəaliyyətin ƏƏSMN-ə həvalə edilməsini istəmirəm, çünki bu qurumla bağlı narazılıqlar çoxdur. Bəzi müraciətlərə cavab verilmir. Bunu QHT, müxtəlif təşəbbüs qrupları həyata keçirə bilərlər. Təcrübə göstərir ki, görüşlər, müzakirələr effektiv nəticə vermir. Müharibə dövründə bu məsələni diqqətdə saxlamışdıq, sosial paketlərin hazır olmasını hələ o zaman təklif edirdik. Müharibə dünyanın bir çox ölkələrinə təsir göstərir. Məsələn, ABŞ-də veteranlar üçün evlər var.

Təklif edirəm ki, QHT, qərarverici şəxslərdən ibarət çevik işçi qrupu yaradılsın. İxtisaslaşmış QHT-lərə layihələr verilməlidir, çünki onların əhali, icma ilə işləmək bacarığı və təcrübəsi var. Bundan istifadə etmək lazımdır".

Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki, qazilərin psixoloji reabilitasiyası üçün müvafiq dövlət qurumları fəaliyyətini genişləndirməlidir: “ƏƏSMN, ”YAŞAT" Fondu, Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə proqram hazırlamalıdır. Əslində bunu müharibədən dərhal sonra etmək lazım idi. Müharibə iştirakçılarının bir-biri ilə əlaqəsini qurmaq lazımdır, onlar ayrı düşüblər. Birinci Qarabağ müharibəsindən sonra Qarabağ Əlilləri Cəmiyyətini qurmuşduq. Azərbaycanın bütün regionlarından olan qazilər orada birləşmişdi. Ofisimiz, şəraitimiz var idi. Qaziləri kimsə incidəndə getməyə yeri var idi. Bu gün isə yoxdur".

R.Kərimoğlu qeyd etdi ki, icra hakimiyyətlərinin nəzdində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılsa da, işləyə bilmirlər: “İcra başçıları bu şöbələrə öz tanışlarını təyin ediblər. Nəticə göz qabağındadır. Vətən müharibəsində 100 min şəxs iştirak edib, 3 mini şəhid olub, 12 mini yaralanıb. Bildiyim qədər 7-8 min iştirakçı kontuziya alıb, amma həkim müayinəsindən keçməyib. Təxminən 70 min müharibə iştirakçısı ilə işləmək lazımdır. ƏƏSMN uzağı 10-15 min nəfərlə işləyə bilib”.

QHT-lərin prosesə cəlb olunması məsələsinə gəldikdə isə qazinin fikrincə, onlar, sadəcə, dəstək ola, təcrübələrini bölüşə bilərlər: “Nazirliklər pilot layihələrə vəsait ayırsalar da, nəticə olmayıb. Müharibə iştirakçıları ilə ayda bir dəfə bir həftəlik, 10 günlük kurslar təşkil edilməlidir. Onları başa salmaq lazımdır ki, özünü öldürməklə problem həll edilməyəcək. Davamlı işlər görülməlidir. Artıq 3-cü ildir ki, bu sahədə iş çox bərbaddır. Qazilər təşkilatlanmalı, onlara uyğun bir yerdə toplaşmaq üçün şərait yaradılmalı, problemlər yerində həll olunmalıdır. Birinci Qarabağ müharibəsinin qaziləri olaraq əlimizdən gələn köməyi etməyə hazırıq”.

R.Kərimoğlu həmçinin qeyd etdi ki, qazilər, şəhid ailələri və veteranlarla bağlı dövlət komitəsinin yaradılmasına ehtiyac var.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru