“Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                 

"Əgər həmin gün Mütəllibov Daşkənd sammitinə getsəydi, hadisələr başqa məcrada inkişaf edəcəkdi"
Tarix: 15-04-2015, 09:18 | Çap et
"Əgər həmin gün Mütəllibov Daşkənd sammitinə getsəydi, hadisələr başqa məcrada inkişaf edəcəkdi"
Keçmiş baş nazir Rəhim Hüseynov Moderator.az-a müsahibəsində əməkdaşımıza onun barəsində yazılmış "İşıqlı insan" kitabını da hədiyyə edərək lazım gəlsə həmin kitabdakı rəqəmlərdən, məlumatlardan istifadə etməsini məsləhət görmüşdü. Sən demə, kitabda olduqca ilginc informasiyalar, açıq və gizli mesajlar varmış. Odur ki, kitabın bəzi maraqlı yerlərini oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik. Hesab edirik ki, müəllifin icazəsini almışıq...

Əvvəli BURADA

...Elə Xocalı hadisələri də Həsənovun Mütəllibovla çəkişməsinə görə baş verdi. Həsən Həsənov ona heç nə xəbər vermirdi. O da bir vaxt ayıldı ki, artıq Xocalı hadisəsi baş verib.

H.Həsənov AXC ilə işləyirdi. Mütəllibovu yıxmağa hazırlaşırdılar. Məqsədlərinə çatdılar və Xocalı faciəsini də qoydular Mütəllibovun boynuna. Mütəllibov mart ayında prezidentlikdən istefa verməyə məcbur oldu. Milli Məclisdə qərar çıxardılar, birinci prezident kimi status verdilər, maaş qoydular, maşın verdilər. Bir sözlə, bütün təminatlarıyla ömürlük mühafizə verdilər. Bu oldu 1992-ci ilin martında. O, vaxt Ali Sovetin komissiyası yaradıldı ki, Xocalı hadisələrini araşdırıb qərar lahiyəsi hazırlasın. İki aydan sonra, may ayının əvvəllərində bu komissiya işini qurtardı və...
Yenə də biz Ali Sovetin iclasında oturmuşduq, heç nədən xəbərim yox, başladılar Xocalı faciəsini müzakirə etməyə. Müzakirənin nəticəsi o oldu ki, Mütəllibovun bu işlərdən heç də xəbəri yoxdur, heç nə eləməyib. Mütəllibov prezident kimi bu işdə ancaq mənəvi məsuliyyət daşıya bilər. O, iclasda Xocalı faciəsinin baş verməsində qismən də olsa günahı olanların adları sadalandı və o sırada Həsən Həsənovun da adı vardı. Bu işlər o vaxt məhkəməyə verilməli idi. Ancaq sonra onların adları siyahıdan silindi.

Nə isə, yenə qayıdıram mayın 15-də keçirilən Ali Sovetin sessiyasına. Xocalı üzrə komissiyanın rəyi elan olundu. Sonra deputatlar təklif verdilər ki, madam ki, Xocalı faciəsinin baş verməsində Ayaz Mutəllibovun əli yoxdur, respublikamızın birinci prezidentidir. Çağıraq gəlsin öz işində çalışsın. Yerbəyerdən bu səpgili çıxışlar səslənməyə başladı. Çünki hər şey öncədən hazırlanıbmış. O vaxt Yaqub Məmmədov prezident vəzifəsini icra edirdi. Sessiyadan iki gün qabaq A. Mütəllibovla görüşüb onu öz vəzifəsinə dəvət etmişdi. Onların arasında da yaxşı söhbət olmamışdı. Yaqub Məmmədov demişdi ki, sən tələsmə, bura sənin yerindi. Daha deməyib ki, gəlmə. Amma bir imkan ver ki, ölkədə sabitlik yaransın. Hərc-mərcliyə son qoyulsun, yəni ki, gəldin gərək qayıtmayasan, duruş gətirə biləsən. Bu isə Mutəllibovun xoşuna gəlməyib. Deyib ki, yox, mən qayıdıb gəlirəm, bütün məqamlar razılaşdırılıb. Bütün buları mən sessiyadan sonra bilmişəm.

Nə isə, sessiyanın gedişində doğrudan da Mütəllibovu gedib evindın gətirdilər Milli Məclisə. Keçmiş qərarı ləğv edib, prezidentin səlahiyyətlərini özünə qaytarılması haqda qərarı yekdilliklə qəbul etdilər.

Burada bir haşiyəyə çıxım ki, o vaxt respublikamızda keçirilən ilk prezident seçkisində Mütəllibov xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə seçilmişdi. Mütəllibovun xalq arasında böyük nüfuzu var idi. Mütəllibov demokratik ruhlu şəxsiyyət olduğu üçün o dövün müxalifəti olan AXC ilə barışdırıcı mövqeden çıxış edib dialoq aparmağa çalışırdı.
Məsələn, o vaxt Müdafiə Şurası deyilən bir qurum yaradılmışdı və Rəhim Qazıyev, Etibar Məmmədov kimi müxalifət nümayəndələri bu qurumlarda təmsil olunurdu. Heç şubhəsiz, bu, Ayaz Niyazoviçin şəxsi
keyfiyyətlərindən, daxilən demokratik ruhlu bir rəhbər olmasından irəli gəlirdi.

Hə, Mütəllibova söz verildi. O, çıxdı tiribunaya, öz təşəkkürünü bildirdi və yavaş-yavaş səsinin tempini qaldırdı və bundan sonra belə olmayacaq, belə deyəcəm, elə edəcəyəm bir sözlə başladı asıb-kəsməyə, deputatları, zalda oturanları hədələməyə.

Bunlar da ki, hamısı fikirləşirlər ki, onsuz da Mütəllibov sabahdan bizimlə haqq-hesab çəkməyə başlayacaq. Yəni ki, daha itirməyə bir şey qalmır. Odur ki, elə sessiyadaca başladılar səs-küy salmağa. Elə həmin gecədən AXC üzvləri iş başında olan bəzi vəzifə sahibləri ilə birləsib camaatı qızışdırırlar ki, Mütəllibovun öz vəzifəsinə bərpası düzgün addım olmayıb.
Həmin iclasda Mütəllibov çıxış elədi. Oturandan sonra yerdən təklif olundu ki, elə baş naziri də bu iclasda seçmək lazımdır. Çünki Həsən Həsənov da artıq yox idi, getmişdi. Firuz Mustafayev baş nazirin səlahiyyətlərini müvəqqəti icra edirdi. Odur ki, zaldan təklif olundu ki, baş nazir də seçilsin. AXC üzvləri olan deputatlar iclası tərk etsələr də böyük əksəriyyəti zalda idi, yəni kvorum var idi.

Mütəllibov bildirdi ki, mən üç aydan çox işdə olmamışam. Bir mənə imkan verin, baxım görüm nə var, nə yox.
Dedilər yox ey, elə bu gün seçılməlidir. Onda bu da qayıtdı ki, madam ki, təklif edirsiniz, onda elə Rəhim Hüseynov Baş nazir olsun. Hamınız yaxsı tanıyırsız. Dövlət Plan Komitəsinin sədri, respublikanın tanınmış iqtisadçısıdı. O, gördü ki, hamı bu təklifə razıdı.
Bu vaxt Araz Əlizadə söz alıb rusca bir çıxış elədi:
-Ayaz Niyazoviç, biz Rəhim Hüseynovu yaxsı tanıyırıq, böyük hörmətimiz var. Siz 2 aydan çox bir müddətdə respublika rəhbərliyində olmamısınız. Yaxşı olardı ki, işlə tanış olasınız. Bütün səlahiyyətləri öz üzərinizə göturəsiniz...

Yəni ki, Rəhim Hüseynovu bir həftədən sonra da təsdiq eləmək olar. Araz Əlizadə bu səpkidə bir çıxış elədi.

Mütəllibov yenə də qəfilcə qayıtdi ki, yox, elə burda olmadığım bu iki ayda məni bir nəfər axtarıbsa Rəhim Hüseynov olub. Həm də tanınmış iqtisadçıdır, elə onu Baş nazir edəcəyik.

Beləliklə, əl çaldılar, məni seçdilər baş nazir, sonra tiribunaya dəvət aldım. Mən də tutulub qalmışdım.

-Çox sag olun- dedim. Çalışaram ki, öz işimlə sizin etimadınızı doğruldum.

Elə ikicə kəlmə deyə bildim. Tutuldum. Çünki gözləmirdim, Baş naziri belə seçməzlər. Dövlət Plan Komitəsinə göndərəndə də mənlə məsləhətləşməmişdilər, indi də gözləmədiyim anda Baş nazirsən – dedilər. Heç olmasa yarım saat qabaq çağırıb demək olardı ki, belə bir planımız var. Amma iş orasındadır ki, bu işdə də Mütəllibovu da qınamaq olmazdı. Çünki bu sessiyada Baş naziri seçmək məsələsi yox idi. Nə Mütəllibov, nə də ki, başqa birisi o barədə düşünməmişdi. Təklif olundu, təkid etdilər, Mütəllibov da tələsik öz seçimini etdi.

Yenə də qayıdıram Mütəllibovun ”bu iki ayda məni bir nəfər axtarıbsa, o da Rəhim Hüseynovdu” – sözlərinə. Ayaz Mütəllibov niyə belə dedi? Bunu hələ heç kim bilmir. Deməli, bu iki ayı ki, işləmədi, mən də öz işimlə məşğul idim. Hardasa Mütəllibovun işdən uzaqlaşdırıldığı vaxtdan bir ay yarım vaxt keçirdi. Birdən dövlət telefonunun zəngi gəldi. Götürdüm, A. Mütəllibov idi. Onda bildim ki, eks- prezident kimi onu dövlət telefonu ilə də tə`min ediblər.
Dedi:
-Salam Rəhim Əliyeviç, necəsən, nə var, nə yox? Nə isə, hal-əhval tutduq. Gileyləndi ki, işsiz darıxır. Və sonda qayıtdı ki, sizdən bir xahişim var. Dedim nə xahiş? Dedi ki, bir fond var- Beynəlxalq Yetimlər Fondu. Moskva ilə danışmışam, o fondun filialını burada yaradıb rəhbərlik etmək istəyirəm. Xahiş edirəm ki, bu işdə mənə köməklik edəsən.

O, vaxt fond məsələsi - yəni təşkilatların yaradılması məsələsinə Dövlət Plan Komitəsi baxırdı, öz rəyini verirdi. Və Nazirlər Sovetinin qərarı ilə yaradılırdı. İndiki kimi deyildi, nə isə, Mütəllibov öz köməkçisi Yavərlə fondun tə`sis sənədlərini, nizamnaməsini göndərdi mənə. Səhəri gün Yavər gətirdi- baxdım. Burada elə bir ciddi bir şey yox idi. Bu da yüzlərlə fondun biri idi. Hamısı eyni əsasnamələrə söykənir, nizamnamələri mövud qanunlara uyğun gəlir. Elə bir əngəl olacaq səbəb yoxdur. Amma Həsən Həsənovla Ayaz Mütəllibovun arası yoxdur axı? H.Həsənov baş nazirdir. Bu sənədi də o təsdiq eləməlidir. Göndərəcəyəm, təsdiq eləməyəcək. Fikirləşdim və Yaqub Məmmədova zəng vurdum. Məsələni olduğu kimi danışdım və razılığını bildirəndən sonra dedim ki, H. Həsənov biləndə ki, bu fondun rəhbəri Ayaz Mütəllibovdur, bu sənədə qol çəkməyəcək.
Yaqub Məmmədov dedi:
-Sən bütün sənədləri hazırlat, mən H. Həsənova tapşıraram.
Sonra mən Mütəllibovla yenidən telefonla əlaqə saxladım. Bildirdim ki, sənin gəlməyinə ehtiyac yoxdur. Sən respublikanın prezidenti olmusan. Elə Yavər gələr. Təsisçiləri mən yığaram, sənədləri hazırlayıb göndərərik Nazirlər Sovetinə.
-Çox sağ ol, dedi.

Səhəri gün tə`sisçiləri yığdıq Plan Komitəsinə. Elə mənim kabinetimdə bu fondun yaradılmasını müzakurə etdiyimiz məqamda baş nazirin telefonu zəng çaldı. Həsənov idi.
-Rəhim Əliyeviç, Yaqub Məmmədov mənə zəng eləmişdi, o nə məsələdi? Mütəllibov nə istəyir?
Dedim:
-Mütəllibov Yetimlər Fondu yaratmaq istəyir.
O başladı gülməyə o-o-o, tez onu hazırlayın verin mənə, təsdiq eləyək başı qarışsın.

Elə həmin gün bütün sənədləri hazırladıq, səhəri gün göndərdik Nazirlər Kabinetinə. Nazirlər Kabinetinin qərarı və Həsən Həsənovun qolu ilə Mütəllibov üçün Beynəlxalq Yetimlər Fondu yarandı. İndi bilmirəm o qərar var, ya yox? Yəqin ki, indi çoxdan it-bata düşmüş olar.

Bax söhbət bu məsələyə görə olub. Onun işsiz vaxtında xahişinə əməl etmişəm. Bunu nəzəzə alaraq Ayaz Mütəllibov “bu iki ayda məni Rəhim Hüseynov axtarıb.” –dedi. Bunu da o vaxt ayrı cür oynatdılar, - min yerə yozdular ki, icraçı kimi öz işimi icra etmişdim. Amma qol çəkən H. Həsənov idi. Onun heç adını da çəkmədilər.

Deməli mən oldum Baş nazir, Mütəllibov getdi Prezident Aparatına, mən də getdim öz işimə- Dövlət Plan Komitəsinə. Noolsun ki, baş nazirəm. Hər şeyin qaydası, qəbul olunmuş normaları var. Az keçməmiş prezident zəng vurdu.
-Yanıma gəl.
-Getdim gördüm bir General var- Popov. O, oturub Mütəllibovun yanında, qanı da cox qaradı. Küçədə isə hay-küydür. Paytaxtımızda böyük narahatçılıq yaşanmaqdadır. Xalq Cəbhəsinin adamları küçədə qışqırırlar ki, Mütəllibov istefaya getməlidir. Mütəllibov da həmin günü Müstəqil Dövlətlər Birliyi başçılarının sammitində iştirak etmək üçün Daşkəndə getməliydi.
-Mən gəldim dedim:
-Bəs siz getmirsiz?
-Dedi:
-Mən bu vəziyyətdə hara gedim ?
-Dedim:
-Getməlisiniz.
-Yox, mən indi Kərimova zəng edəcəyəm ki, gələ bilməyəcəm
-Dedim
-Getsən yaxşı olardı.
Amma eşitmədi. Mən bu fikrimi bu gün də açıqlayıram ki, əgər həmin gün Mütəllibov Daşkənd sammitinə getsəydi, hadisələr başqa məcrada inkişaf edəcəkdi. Nə o, biabırçı şəkildə istefaya gedəcəkdi, nə də AXC o cür meydan sulayacaqdı. Ancaq gərək özü yıxılan ağlamasın.

Çünki o, Daşkənd sammitinə getsəydi, bir sıra sənədlərə imza atacaqdı. Rusiya da ona dəstək verəcəkdi və bu qarşılıqlı olmayacaqdı.

Ancaq olmalıymış. Nə isə, Ayaz Mütəllibov getməyə qərar verdi və o, istəyirdi ki, öz kabinetindən Daşkəndə gələn Rusiya prezidenti şəhərdə böyük dağıntılar edirdilər, xuliqanlıq böyük miqyas alırdı. Mütəllibov General Popovdan vəziyyətdən çıxış üçün bir kömək umurdu. Ancaq general tərəddüd edirdi. Yuxarı rəhbərliyin birbaşa göstərişi olmadan biz bu işlərə qarışa bilməyəcəyik” – deyirdi.

Ayaz Mütəllibov da Yeltsinlə danışa bilmir. Çünki o, Daşkəndə içkili getmişdi. Orda da özbəklər onu lap yıxmışdılar, ayılmırdı.

Mütəllibov o gecə Yeltsinlə danışa bilmədi. Yeltsin ayılmadı, Mütəllibov da Daşkəndə gedə bilmədi.

Səhəri gün şəhərdə qarmaqarışıqlıq düşdü.
Axşam Mütəllibov mənə demişdi ki, mən nazirlərə, nazir müavinlərinə tapşırmışam. Saat 10- da yığışacaqlar Nazirlər Kabinetinə. Saat 10- da, 11- də gələcəyəm səni təqdim etməyə.
Səhər tezdən mən Dövlət Plan Komitəsində olanda arxamca maşın göndərdilər, mühafizəçilərlə birlikdə.
Dedim ki, heç nəyə ehtiyac yoxdur, özüm gedərəm. Etiraz etdilər.
-Yox bu qəbul olunmuş normadır.
-Elə burdan məni birbaşa Nazirlər Kabinetinə apardılar. Nazirlər, nazir müavinləri yığışdılar başıma. Bayırda da güllə səsləri ara vermir. Hay-küy aranı bürüyüb. Nazirlər Kabinetinin işçiləri də qorxu və təlaş içərisində idilər.
-Mütəllibova zəng elədim ki, gəlmişəm. Dedi- gözləyin gələcəm. Tapşırdım ki, qadınlar qızlar, cavan uşaqları buraxın getsinlər evlərinə. Qalanlar isə öz iş yerlərində olsunlar. Bir saat keçdi, Mütəllibovdan bir xəbər çıxmadı...

Ardı var...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru