"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                 

“HƏBSLƏR DAVAM ETMƏLİDİR, NƏTİCƏ VERƏCƏK...” – “Proses DTX və prokurorluqda dəyişikliklərdən sonra başladı”
Tarix: 30-04-2021, 10:37 | Çap et
“HƏBSLƏR DAVAM ETMƏLİDİR, NƏTİCƏ VERƏCƏK...”
Şəmkirin icra başçısının, eləcə də iki böyük səhiyyə müəssisəsinin baş həkiminin rüşvət, korrupsiya faktları əsasında həbsi pandemiyanın tüğyan etdiyi bu ağır günlərdə belə məmurların cinayət yolu ilə varlanmaq istəyindən vaz keçmədiyini göstərir. Belə görünür ki, indiyə qədər bir neçə icra başçısının və ayrı-ayrı qurumlardakı yüksək çinli məmurların həbsindən heç kim nəticə çıxarmaq istəmir.

“AzPolitika.info” bu mövzunu uzun illər hüquq-mühafizə orqanlarında işləmiş, hazırda təqaüddə olan polis polkovniki Mahmud Hacıyevlə müzakirə edib.

- Mahmud müəllim, məmur həbsləri davam edir. Bu prosesdə bir neçə icra başçısı, ayrı-ayrı yüksək çinli məmurlar, hətta ölüm ayağında olan xəstələri “soymaqdan” belə çəkinməyən baş həkimlər də dəmir barmaqlıqlar arxasına salınıb. Ancaq belə görünür ki, məmurların varlanmaq həvəsi hələ də həbs qorxusunu üstələyir. Uzun illər hüquq-mühafizə orqanlarında işləyən mütəxəssis kimi, bu baş verənləri necə qiymətləndirirsiniz?

- Mən bu addımları müsbət qiymətləndirirəm. Vətəndaşlarda belə fikir yarana bilər ki, kiminsə həbsi və ya cəzalandırılması niyə keçmiş polis zabiti tərəfindən belə yüksək qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, cinayət tərkibi olan hadisəni törədənlər mütləq şəkildə cəzalandırılmalıdır. Bu baxımdan prosesi müsbət qiymətəndirmək vacibdir. Əgər cinayət baş veribsə və cəza yoxdursa, bu, zəncirvari reaksiyaya səbəb olur və davam edir, genişlənir. Amma cinayətə adekvat olaraq cəza varsa, bu, gələcəkdə belə halların baş verməməsi baxımından müsbət rol oynayır. Bəli, son dövrlər iri çaplı məmurların, icra başçılarının, indi isə səhiyyə sistemindəki bəzi yüksək çinli şəxslərin saxlanılması və həbsi müşahidə edilir. Buna da qanunauyğun şəkildə yanaşmaq lazımdır. Yeri gəlmişkən, bir neçə il əvvəl bu cür hallar baş vermirdi.

- Sizcə, niyə?

- Son dövrlər dövlət məmurlarının həbs edilməsində, onların qanunsuz əməllərinin ifşa edilməsində Baş Prokurorluğun tərkibində fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əsas rola malikdir. Əlbəttə, haqlı sual ola bilər ki, əvvəllər bu cür hallara qarşı niyə mübarizə aparılmırdı? Respublika ictimaiyyəti və fəal insanlara bəllidir ki, Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu bir neçə il əvvəl hansı gündə idi. Hər iki qurumun rəhbərliyi səviyyəsində kadr islahatları aparıldı, böyük dəyişiklik oldu, hətta keçmiş MTN-də 20-dən çox yüksək çinli zabit və generallar həbsə atıldı. Respublika Prokurorluğunda həbslər olmasa da, baş prokuror və birinci müavini vəzifəsindən azad edildi. Kadr islahatı olandan sonra ciddi mübarizənin aparılması ona dəlalət edir ki, dəyişikliklər düzgün olub. O dövrdə MTN-in rəhbərliyində təmsil olunanların əksəriyyəti SSRİ zamanı polisdə “obxs” işləyənlər idi. Bunlar, demək olar ki, dövlət təhlükəsizliyimizə qarşı olanlarla mübarizə aparan nazirliyi “obxs” sisteminə çevirdilər. Necə ki keçmişdə kafelərə, çayxanalara, kababxanalara “rəhbərlik” edib pul yığırdılar, MTN-də də işlərini bu səviyyədə qurdular. Baş Prokurorluq isə həmin dövrdə “dişsiz” qurum idi. İstər SSRİ, istərsə də indiki dövrdə prokurorluq hüquq-mühafizə orqanları sırasında ən yüksəkdə duran orqan sayılır. Çünki qanunvericiliklə prokurorluq qanunlara nəzarət edən ali orqandır. Həm də prokurorun əlində prokuror nəzarəti haqqında əsasnamə var. Əvvəlki dövrdə prokurorluq orqanları onlara verilən bu səlahiyyətdən qanuna nəzarət funksiyası olan orqan kimi istifadə etmirdilər. İnsanlarda belə təsəvvür yaranmışdı ki, prokurorluq hüquq-mühafizə orqanı deyil, qeyri-hökumət təşkilatıdır. Yəni ictimai birlikdir. Amma orada dəyişiklik olan kimi real fəaliyyət ortaya qoyuldu.

- Axı, sabiq Baş prokuror Zakir Qaralov, eləcə də onun birinci müavini Rüstəm Usubov təsadüfi şəxslər deyildi, onlar uzun illər bu sistemdə müxtəlif vəzifələrdə işləmişdilər. Necə oldu ki, onların dövründə prokurorluğun nüfuz və imici bu qədər aşağı düşdü?

- Bəli, təsadüfi adamlar deyildilər, uzun müddət prokurorluq sistemində çalışmış şəxslər idi. MTN-ə gedənlər haradasa təsadüfi adamlar idi, öz səviyyələrinə uyğun da iş qurdular. Amma prokurorluğun keçmiş rəhbərliyi təsadüfi şəxslər sayıla bilməz. Ancaq təsadüfi adam olmasalar da, işi qurmaq prinsipi başqa məsələdir. Bir var qanunlara qanun çərçivəsində nəzarət edəsən, bir də var işi şəxsi münasibətlər, qohumluq və maraqlar zəminində qurasan. Fikrimcə, o dövrdə prokurorluq qanunlara ali nəzarətedici orqan olmasına baxmayaraq, bunu həyata keçirmirdi. Niyə həyata keçirmirdi? Yəqin ki, müəyyən şəxsi münasibətlər, digər maraqlar, qohumluq və dostluq əlaqələri onları vadar edirdi ki, belə yanaşma ortaya qoysunlar. Onlar çıxdı, başqa şəxslər gəldi və qanunla onlara verilən hüquqlardan istifadə etməyə başladılar. Məncə, həm də gördülər ki, iri çaplı məmurlarda qanuna qarşı loyallıq yaranıb, qanundan qorxuları, qanun qarşısında məsuliyyət hissləri yoxdur. Adı çəkilən qurumların rəbərliyi dəyişdikdən sonra qanun çərçivəsində işə başladılar. Təbii ki, bu zaman istər icra qurumlarında, istər səhiyyə sistemində olan nöqsanlar ortaya qoyuldu, cinayətkarlara qarşı ölçü götürməyə başlanıldı. Bu da müsbət hadisədir və inanıram ki, müsbət də nəticələri olacaq.

- Mümkündürmü ki, bundan əvvəl adını çəkdiyiniz qurumların rəhbərləri ölkə başçısına doğru-dürüst məlumat verməyiblər?

- Çox maraqlı sualdır. Çox güman ki, obyektiv, səmimi şəkildə ortada olan problemlər ölkə başçısına düzgün çatdırılmırmış. Ehtimal etmək olar ki, yuxarıda oturanlardan kimlərsə onları müdafiə edirmiş. Bəli, belə hal mümkündür. Halbuki törədilən cinayətlərin əksəriyyəti açıq əməllərdir. Qanunda bir açıq, bir də bağlı cinayət əməlləri var. Başvermə şəraitinə görə cinayətlər fərqlənir. Məsələn, mənzil oğurluğu bağlı şəraitdə, xuliqanlıq və ya soyğunçuluq isə açıq şəraitdə baş verən cinayətlərdir. Mən keçmiş əməliyyatçı və istintaqçı kimi hesab edirəm ki, dövlət məmurlarının etdiyi cinayətlər əslində açıq şəraitdə baş verən cinayətlərdir. Bunun açılması üçün məxfi əməliyyat tədbirləri həyata keçirmək, istintaq qurmaq kimi məsələlərə ehtiyac da yox idi. İstər icra qurumunda işləyənlər - icra başçıları, müavinləri, memarları, bələdiyyə sədrləri, icra nümayəndələri, istərsə də səhiyyə xidmətində təmsil olunanlar bu cinayətləri açıq şəraitdə törədirdilər. Onlarda qanuna qarşı arxayınçılıq və məsuliyyətsizlik əmələ gəlmişdi. Düzdür, bəzi icra başçıları, müavinləri və memarlar tutuldu. Amma elə bilirsiniz ki, yerdə qalan icra başçıları təmiz adamlardır? Tam məsuliyyətlə deyirəm ki, icra sturukturunda işləyənlərin, icra başçılarının, onların mavinlərinin böyük əksəriyyəti vəzfiə cinayətlərinin subyektidir. Yəni potensial cinayətkarlardır. Çox güman ki, zəncirvari reaksiya gedir, DTX və prokurorluq orqanları bunların da cəzasını verəcək. Bir daha qeyd edim ki, onların cinayətləri açıq şəraitdə baş verən cinayətlər kateqoriyasına aiddir. Deməyim odur ki, bunlar elə cinayətlər törədirlər ki, hüquq-mühafizə orqanlarının əziyyət çəkib məxfi əməliyyat işi aparmasına da ehtiyac yoxdur.

- Mahmud müəllim, hüquq mühafizə-orqanları xeyli icra başçısı, məmur, baş həkim və s. həbs edib. Sizcə, bu həbslərin digərlərinə də təsiri olacaq, yoxsa...

- Olacaq. Buna əminəm. Əvvəl ümumiyyətlə belə tədbirlər görülmürdü. Səbəbini dedik. Məncə, son dövrlər atılan bu addımların təsiri olacaq və əslində, bu hiss olunur. Azərbaycan Avropa Şurasına daxil olarkən biz ölüm cəzasını qaldırdıq. Məsələn, Çin niyə son 20 ildə bu qədər inkişaf etdi? Orada belə fəaliyyətlə məşğul olan dövlət məmurlarını həbsə atıb aylarla istintaqını da aparmırlar. 15-20 günə müəyyən faktları götürürlər və güllələyirlər. Güllələyəndə də həmin şəxsi dizi üstə qoyub əllərini arxadan bağlayır və başını da aşağı dikib boyun nahiyəsindən vururlar. Ona görə belə formada güllələyirlər ki, onlar törətdikləri cinayətə görə başlarını dik tutub dövlətə baxa bilməzlər.

Amma məsələn, Xətai rayonu Qaçaq Nəbi küçəsində yolun sağ və solunda iki məktəb var. Təsəvvür edin ki, bu küçədə piyadalar üçün nəzərdə tutulan yolu satdılar və orada 40-a yaxın mağaza tikiblər. Bu, faktdır. Buna görə əməliyyat və ya istinataq işi aparmağa ehtiyac yoxdur. Buna kim razılıq verib? İcra başçısı, onun memarı. Bir də orada ağacları qırıb bu işi görürdülər. Beləcə cinayətkar şəbəkə yaranıb və bu cinayətə yol veriblər. Məktəb fəaliyyət göstərəndə orada analara və şagirdlərə baxanda adamın ürəyi ağrıyır - valideynlər uşaqların əlindən tutub avtomobil yolu ilə hərəkət edirlər.

Eləcə də Əhmədli metrosundan üzü yuxarı çıxanda böyük ağaclıq vardı. Həmin ağaclığı 4-5 il əvvəl qırdılar. Bildiyim qədər 30-35 ədəd eldar şamı və küknar ağacını kəsdilər və yerində ticarət mərkəzi tikdilər. Ticarət mərkəzinə də giriş və çıxış düz avtomobil yoluna çıxır. Bu faktları təsadüfən demirəm. Qanunlara tüpürərək belə biabırçılığa, daha doğrusu cinayətə əl atırlar. Odur ki, bunların törətdiyi cinayətlər açıq şəraitdə törədilən cinayətlərdir. Onu da əlavə edim ki, bu hallar Xətai rayonunun keçmiş icra başçısının dövründə olub.

- Deməli əvvəllər belə açıq cinayətlərə görə cəzalar olmayıb. Amma indi var. Və bu da rüşvət və korrupsiyanın kəskin azalmasına səbəb olacaq? Axı, bu həbslər xeyli vaxtdır başlayıb, amma hələ də öz işində olanlar var...

- Bu tendensiya təzə başlayıb və davam edir. Əlbəttə, birdən-birə cinayətin kökünün kəsiləcəyini demək yanlış olardı. Amma bu, öz təsirini göstərir. Əvvəlki əhval, cinayətlər, qanunlara qarşı hörmətsizlik yoxdur. Ən azından bu hiss edilir. Demirəm ki, tamam aradan qalxıb. Hesab edirəm ki, bu proses davam etməli, cəzalar olmalıdır.

Əslində, insanların xarakterindən, tərbiyəsindən də çox şey asılıdır. Təəssüflər olsun ki, onların gözü doymur. Rüşvət və korrupsiya onları elə pozub ki, gözləri ayaqlarının altını görmür. Şəmkir nümunəsi var. Bir il əvvəl Ağstafanın icra başçısını, müavinini və digər şəxsləri həbs etdilər. Şəmkirlə Ağstafanın arası elə də uzaq deyil. Ağstafada əməliyyat keçirildi, həbslər aparıldı, amma Şəmkirin icra başçısı bundan nəticə çıxarmadı. Əməllərini davam etdirdi. Yəni rüşvət, korrupsiya, haram yolla zənginləşmək bunların qanına və şüuruna işləyib. Odur ki, mütləq qaydada həbslər davam etdirilməlidir. Əlbəttə, bir qisim məmur bundan dərs götürür. Amma eləsi var ki, yanındakı gözü çıxan qardaşına baxıb nümunə götürmür. Deməli, həbslər davam etməlidir.

Dünyada epidemiya baş alıb gedir, insanlar koronavirusdan ölür, can verir. Amma bizim Azərbaycanda iki böyük xəstəxananın baş həkimi “makler” tutaraq pul yığıblar. Söhbət də 5-10 manatdan getmir, 3-5 min manatdan bəhs olunur. Bu, dəhşətli haldır. Çindən misal çəkdim. Ölkənin ən ağır günündə belə məmurun sağ qalmasının nə mənası var? Biri gətirib valideynini ora qoyur və iki gündən sonra valideyni vəfat edir. Pul verdiyi şəxsə deyir ki, sizə filan qədər pul vermişdim, qohumum vəfat edib. Evdə yas vermək lazımdır. O da cavab verir ki, mən sizdən pulu onun sağalması üçün deyil, çarpayıya görə almışam. Səhiyyə sistemində çarpayını, palatanı satarlar? Palata, çarpayı satan iri səhiyyə müəssisəsinin rəhbərindən biz nə gözləyə bilərik? Odur ki, həbslər davam etməli, yerdə qalanlar da bundan, nəhayət, dərs çıxarmalıdırlar.

“AzPolitika.info”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru