“Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                 

TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir? - İLGİNC FAKTLAR
Tarix: 17-03-2022, 12:04 | Çap et
TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir?
Hamıya məlum olduğu kimi son illər Azərbaycanda səhiyyə sisteminin beynəlxalq standartlar səviyyəsində qurulması məqsədi ilə bir neçə Dövlət Proqramı təsdiq olundu və zaman-zaman bu proqramlar həyata keçirildi. Müasir dövrdə səhiyyənin inkişafına və ən müasir ləvazimatlarla təchiz olunması məqsədilə bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin yeni formalarının tətbiq edilməsi, habelə yeni təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər öz nəticəsini verdimi?

Azərbaycanda “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması səhiyyə sistemində aparılan islahatların tərkib hissəsi oldu. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. Prezident İlham Əliyevin 2018-ci ilin dekabrında imzaladığı fərman da məhz ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyırdı.

Bundan sonra respublikamızın şəhər və rayonlarında fəaliyyətdə olan bir çox tibb müəssisəsi Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildi. Bunların arasında elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, təcili tibbi yardım müəssisələri, ambulator-poliklinikalar, poliklinikalar və digər müəssisələrlə yanaşı Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazası da yer alıb. Səhiyyə Nazirliyinin alınaraq TƏBİB-ə verilən tibb müəssisələrinin konkret sahələr üzrə insanların sağlamlığının qorunmasına, müayinə və müalicəsinə xidmət etdiyini hər birimiz bilirik. Bəs Xüsusi Tibbi Təchizat Bazasının Səhiyyə Nazirliyinin tərkibindəki funksiyası nədən ibarət olub?

Sözügedən qurumun istər Səhiyyə Nazirliyinin tərkibində, istərsə də TƏBİB-in tərkibindəki fəaliyyətini araşdırarkən ətraflı heç bir məlumat əldə edə bilmədik. Qeyd edək ki, Azərbaycanda bir çox nazirliklərin təchizat idarələri,bazaları mövcuddur ki, onların funksiyalarına büdcə vəsaiti hesabına aid olduqları nazirliklərə tabeli obyektlərin təmir-tikintisi, bərpası, zəruri olan mal-materialların alınması, xidmətlərin göstərilməsi və sair daxildir. Amma bizə məlum olduğuna görə səhiyyə müəssisələri təmir, bərpa, təsərrüfat materialların alınmasını və xidmətlərin göstərilməsini satınalmalar yolu ilə həyata keçirir. TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası da bu kimi xidmətləri satınalmalar yolu ilə həyata keçirir. Amma necə?

Aktualinfo.org dövlət satınalmalarının vahid internet portalı üzərindən ( TƏBİB-ə tabe olmasına baxmayaraq Səhiyyə Nazirliyinin qurumu kimi göstərilir) Xüsusi Tibbi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Məlum oldu ki, burada keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilib, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməyib, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələr naməlum səbəblərdən ictimaiyyətə açıqlanmayıb.

Məsələn Xüsusi Tibbi Təchizat Bazası tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, dəftərxana və təsərrüfat malları, tikinti materialları üzrə 11.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, tikinti materialları üzrə 21.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, dəftərxana və təsərrüfat malları üzrə 09.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Xüsusi Tibbi Təchizat Bazasının Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

Xüsusilə qeyd etmək istərdik ki, apardığımız araşdırmalar zamanı TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası Tender Komissiyasının keçirdiyi tender və kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında ümumiyyətlə heç bir məlumat yerləşdirilmədiyini müəyyən etdik.

Bu nəzarətsizlik haradan qaynaqlanır? Təbii ki, Xüsusi Tibbi Təchizat Bazasının tabe olduğu TƏBİB-dən və onun üst qurumu olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən. Son vaxtlar yaradılmış bu hər iki qurumun fəaliyyəti ilə dövrü mətbuatda çoxsaylı məlumatlar yayılmaqdadır. Elə ictimaiyyət arasında da bu qurumların fəaliyyəti qənaətbəxş hesab edilmir.

Dövrü mətbuat yazır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumlar tərəfindən keçirilən tenderlərdən külli miqdarda pul qazanır. İstər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, istərsə də TƏBİB-in keçirdiyi tenderlərə bir çox məsələlərə görə vəsaitlər ayrılır. Buraya tibbi avadanlıqların alınması, təmir-tikinti ilə yanaşı, xəstəxanaların pulsuz təchiz edildiyi dərman vasitələri də daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin açıqlamasına görə 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə qaldırılıb. Bütün bunları isə Dövlət Agentliyi ilə TƏBİB həyata keçirir ki, tenderlərin qalibi daim eyni şirkətlər olur. Onda sual yaranır. Bəs Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir?

Respublikanın tibb müəssisələrini lazımı mal materiallrla təchiz etmək, yoxsa gizli yollarla tender və kotirovka sorğuları adı altında ayrılan vəsaitləri naməlum istiqamətlərə yönəltmək? Çox istərdik TƏBİB bunlara aydınlıq gətirsin. Biz cəhd etdik, sorğumuza belə cavab vermədilər. Sözügedən qurumun keçirdiyi tender və kotirovka sorğuları barədə məlumatlar nə üçün ictimaiyyətə açıqlanmır, gizli saxlanılır. Burada məqsəd nədir?
Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru