Türkiyədəki yanğınlar zamanı tərfiləyirdilər... İNDİ İSƏ... - FHN şefinin qürubuna yığışanlar...
Tarix: 17-08-2022, 11:19 | Çap et
 Bir neçə gündür ki, sosial şəbəkələr və media FHN əməkdaşlarının intim görüntüləri ilə çalxalanır. Maraqlıdır ki, 7-8 il bundan əvvəl çəkilmiş görüntülər bu gün dövriyyəyə buraxılıb və məqsədli şəkildə tirajlanır, gündəmdə saxlanılır. Məsələnin mahiyyətinə varmayan, kimlərinsə sifarişlərinə alət olanlar isə olayı şar kimi böyütməkdən yorulmurlar. Heç bir halda hansısa dövlət strukturunda, ələlxüsus FHN kimi strateji bir qurumda belə halların baş verməsinə, çəkilişlərin aparılmasına haqq qazandırmaq mümkün deyil. Bu yazını yazmaqda da məqsədimiz baş verənləri malalamaq yox, sadəcə hadisələrə soyuq başla, sağlam məntiqlə yanaşmaqdır.
Bir daha qeyd edim ki, 8 il əvvəl baş verən bir hadisəni indi gündəmə gətirmək (yəqin ki, o vaxt bunu etməyə DÖVT-ləri çatmayıbmış) sırf məkrli məqsədlərə xidmət edir və bunu bilmək üçün münəccim olmağa heç bir ehtiyac yoxdur. Ölkənin ən prestijli və saat kimi dəqiq işləyən strukturu olan FHN-i və bu mexanizmi formalaşdıran Kəmaləddin Heydərovu vurmaq üçün heç bir səbəb tapmayanda məhz belə iyrənc və şərəfsiz metoda əl atmağı planlayıblar. Sözü kişi kimi üzə deməyi bacarmayanlar qurşaqdan aşağı hücuma keçiblər. Elə yayımladıqları rolikdəki əxlaqa sahib olanlar dolayısıyla K.Heydərovu zərbə altında qoymağa, gözdən salmağa çalışırlar. Bir daha qeyd edirəm ki, baş verənlərə heç bir haqq qazandırmaq fikrim yoxdur. Sadəcə bu yerdə ataların bir məsəli yadıma düşür-düzəlib hər yarağımız, qalıb saqqal darağımız. Guya digər nazirliklərdə, dövlət strukturlarında hamı milli geyimlərdə, başında kəlağayı, əynində beştaxta tuman gəzirmiş, bir FHN-də əxlaqsızlıq baş alıb gedirmiş. Heç başqa nazirliklərə getməmisinizmi- bulvarda, "Tarqovu"da geyinilməyən paltarlarla gəzirlər bu dövlət orqanlarında. İrilərini demirəm, hər xırda məmurun ətrafında 5-10 “huri” fırlanır, daha çox “əməkdaşa” sahib olmaq uğrunda sanki yarış gedir. Amma bunları görən yoxdur, çünki hələ sifariş gəlməyib, çəkiliş ortaya qoyulmayıb. FHN-də heç olmasa xidməti formalarda gəzirlər, bir hərbi nizam-intizam var. Digərlərində isə kimin keyfi necə istəyirsə, eləcə də geyinir və yaxud geyinməyir. Son günlər kadr sahəsində bəzi dəyişikliklər aparıldı- Gömrük Komitəsinin sədri vəzifəsindən azad olundu, hətta bəzi həbslər də oldu. Görünür, bundan ruhlananlar növbəti hədəf kimi K.Heydərovu görürlər. Uzun illər dövlətə sədaqətlə xidmət edən, istər Gömrük Komitəsində, istərsə də FHN-də güclü struktur formalaşdıran, əsl məmur, dövlət xadimi imicinə malik olan K. Heydərovu öz aləmlərində “vurmaq” üçün kişiyana bir səbəb tapa bilməyənlər məhz belə iyrəncliyə əl atıblar. Atası millət vəkili, ağsaqqallar şurasının sədri olan, hələ gəncliyindən özü də ağsaqqal ağırlığında olan bir şəxsə belə gədəcəsinə hücum yaraşarmı ? Hamı bilir ki, məqsəd kabinetdə cütləşən iki “aktyoru” hədəfə gətirmək deyil. K.Heydərov məqamında, yerində düzgün qərarlar qəbul etməyi bacaran bir şəxsdir. Onun rəhbərlik etdiyi nazirlik nəinki ölkə daxilində, hətta qoşu dövlətlərdə baş verən föqəladə hallarda özünü təsdiq edib. Təkcə qardaş Türkiyədə baş verən meşə yanğınlarında FHN-nin xidmətlərini qeyd etmək kifayətdir. Bütün bunları görməyənlər isə sevişməyə yer tapmayan iki kabinet aşiq-məşuqunun üzərindən hücuma keçiblər. Siz ondan danışın ki, rəhbərlik etdiyi nazirliyə tabe olan məktəb direktorunu işdən çıxarmağa cəsarəti çatmayan nazir var bu ölkədə. Bir əmri imzalamaq üçün beş kabinetdən məsləhət alanarla doludur məmləkət. Nə əcəb bunları heç kim görmür, amma 8 il bundan əvvəl çəkilənlər bu gün gündəm olur. Bir də yadıma məhşur filmdəki ifadə düşdü- “Kişinin qoluna qandalı da gərək kişi vursun!” Rubrika.Az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
|