Beyləqanın icra başçısı vəzifə başında çox qalmayacaq - Vaqid Abdullayev rəsmən üsyana zəmin hazırlayır
Tarix: 17-04-2014, 12:44 | Çap et
 Yerlərdə özlərini küllü-ixtiyar sahibi kimi aparan bəzi icra başçılarının qanunsuz əməlləri ilə bağlı çox yazılıb. Onlarla icra başçısı isə bu kimi əməllərinə görə, sərt şəkildə cəzalandırılıb, vəzifələrini itiriblər və s. Amma deyəsən görülən bu tədbirlər yerlərdəki qanunsuzluqları tam olaraq aradan qaldırmaqda acizdir.
Belə olmasaydı ayrı-ayrı icra başçılarının qanunsuz əməlləri ilə bağlı yeni faktların şahidi olmazdıq. Elə “Unikal” qəzetinin redaksiyasına daxil olmuş konkret məsələlər əsasında qələmə alınmış bu yazıda həmin mövzudadır. Redaksiyamıza daxil olmuş şikayət isə Beyləqan rayonundakı məmur özbaşınalığı ilə bağlıdır.Qəzetimizə daxil olan məlumatlarda qeyd olunur ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin qanunlara söykənməyən idarəçiliyi rayonda dözülməz atmosfer yaradıb. Məlumat üçün bildirək ki, bundan əvvəl Xızı rayonuna rəhbərlik etmiş Vaqif Abdullayev Beyləqan rayon icra hakimiyyətinin başçısı vəzifəsinə 2012-ci ildə təyinat alıb. Yəni, onun rayona rəhbərlik etməsinin elə də böyük tarixi yoxdur. Amma icra başçısı bu 2 il müddətində də “özünü unutdurmayacaq” şok əməllərə imza atmağa nail olub.İcra başçısı Vaqif Abdullayevin həyata keçirdiyi В«islahat”lar nəticəsində durumu pisləşən Beyləqan camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğuldur. Vəziyyətin dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində rüşvət tələb olunduğundan camaat nə edəcəyini bilmir. Eyni zamanda rayona ayrılmış küllü miqdarda dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması da daxil olan məlumatlar arasındadır. “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri əslən İmişli rayonundan olan bir iş adamına həvalə edir. Hazırda Beyləqanın icra başçısı ilə həmin iş adamını bağlayan şübhəli tellərlə bağlı araşdırmalarımız davam edir və odur ki, bu məsələyə yenidən qayıdacağıq. Hələliksə Vaqif Abdullayevin rayondakı sahibkarlara qarşı qanunsuz əməllərinə işıq salmağa çalışaq.Beyləqanın icra başçısı Vaqif Abdullayevin yerli sahibkarlarla hər zaman problemləri olub. Bu baxımdan yalnız bir faktı xatırlatmaq kifayətdir ki, bir müddət öncə iş adamı Tərlan Kamaloğlu ilə aralarındakı yaranmış münaqişədə icra başçısı döyülərək, xəsarət almışdı. O zaman məsələ kifayət qədər böyümüş və icra başçısı “yuxarılar” tərəfindən ciddi şəkildə tənbeh olunmuşdu. Amma bu hadisədən sonra bir çoxları elə zənn edirdi ki, Vaqif Abdullayev baş verənlərdən nəticə çıxaracaq. Amma gözlənilənlərin tam əksi baş verdi və icra başçısının sahibkarlarla problemləri davam edən xətt üzrə inkişaf etdi.Vaqif Abdullayevin qanunsuz təzyiqləri ilə üzləşən sahibkarlardan biri isə Beyləqan rayonunda fəaliyyət göstərən Şirə Zavodunun direktoru Həsən Quliyevdir. Qəzetimizə daxil olan məlumatlara görə, icra başçısı bütün tələb olunan qanuni sənədlərlə zavod direktoruna məxsus olan 1,5 ha ərazini heç bir qanuna söykənmədən 80 min manata Şakir İsmayılov adlı şəxsə satıb. İcra başçısının bu qanunsuz hərəkətindən haqlı narazılıq ifadə edən Həsən Quliyev isə məhkəməyə müraciət edərək öz hüquqlarının bərpası istiqamətində fəaliyyətə başlayıb. İlkin məhkəmə instansiyası da Həsən Quliyevə məxsus olan 1,5 ha ərazinin digər bir şəxsə satılmasını qanunsuz sayaraq zavod direktorunun iddiasını əsaslı sayıb. Hazırda isə həmin iş Ali Məhkəmənin icraatındadır. Mənbəmizin sözlərinə görə bu icra başçısının sahibkarlara qarşı ilk qanunsuz addımı deyil və bu günə qədər müxtəlif iş adamlarına məxsus ərzilər heç bir əsas olmadan icra başçısı tərəfindən satılıb. Mənbəmiz iddia edir ki, artıq sahibkarlar Beyləqandakı bu dözülməz vəziyyətlə bağlı Prezident Adminstrasiyasına da müraciət ünvanlamağı düşünürlər. İcra başçısının qanunsuzluqlarının cəzasız qalmayacağı isə şübhəsizdir. Hər halda İsmayıllı və Quba iğtişaşlarının indi də Beyləqanda təkrarlanmasını heç kim arzulamaz.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
|