"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                 

“Qırmızı Körpü”dən şəhid ailəsinin əşyalarını Gürcüstana qaytardılar - Biabırçılıq...
Tarix: 28-09-2016, 11:22 | Çap et
“Qırmızı Körpü”dən şəhid ailəsinin əşyalarını Gürcüstana qaytardılar
Qəzetimizin 15.09.2016-cı il tarixli sayında “Qırmızı Körpü”də şəhid ailəsindən izahat tələb edirlər” sərlövhəli tənqidi material dərc olunmuşdu. Əslində bu məqalə Tovuz Gömrük İdarəsinin tabeliyində fəaliyyət göstərən “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəhbərliyi və əməkdaşları tərəfindən şəhid ailəsi Ofelya Qurbanovanın, eləcə də daha bir neçə nəfər vətəndaşın hüquqlarının kobud şəkildə pozulmasından bəhs edən yazılardan sadəcə biri idi. Amma, sən demə bu yazının bir özəlliyi varmış ki, bundan heç bizim özümüzün də xəbərimiz olmayıb. Məsələ bundadır ki, məqalənin çapa hazırlandığı gün, yəni sentyabr ayının 14-də, “Qırmızı körpü” gömrük keçid məntəqəsinin əməkdaşları uzun müddətdən bəri şəxsi istifadələri üçün Gürcüstandan gətirdikləri mallarını gömrüyün anbarından ala bilməyən vətəndaşların problemlərini “həll” edirlərmiş...

Xatırladaq ki, hüquqları pozulan vətəndaşlardan biri, Ağstafa rayonu, Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlu ilk dəfə redaksiyamıza etdiyi müraciətində göstərmişdi ki, o, öz ailəsinin dolanışığını özünə məxsus olan 05 BC 388 nömrə nişanlı QAZ 53 markalı avtomobilin istismarı ilə təmin edir. Daha sonra şikayətçi “Qırmızı körpü” gömrük keçid məntəqəsində rastlaşdığı özbaşınalığın təfərrüatlarını belə təsvir edirdi: “Mən 24 avqust 2016-cı il tarixdə təmənnasız olaraq, şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızının Gürcüstan Respublikasının Lilo bazarından qızı üçün aldığı cehizlik ev əşyalarını, həmçinin Məhərrəm və Nurlan adlı şəxslərin şəxsi istifadə üçün aldıqları məişət əşyalarını sənədləri ilə birlikdə öz maşınımla Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” kömrük məntəqəsinə gətirdim. Maşınımda hər bir vətəndaşın adına məxsusi sənədlərlə birlikdə bir ədəd televizor, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd tozsoran vardı. Rəis Mehman Sadıqovun göstərişi əsasında mənə məxsus olan avtomobili “Sınıq körpü” məntəqəsində möhürləyib saxlayıblar. Halbuki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaşın xarici ölkədən şəxsi istifadə üçün 1500 (min beş yüz) dollar dəyərində əşya alıb gətirə bilər. Mehman Sadıqov özü bilərəkdən 305 saylı qərarın əksinə gedərək bizi incidir...” Eyni zamanda da redaksiyamıza Vahid Eyyubovun şikayət əeizəsində adlarını çəkdiyi vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətlərin surətləri də təqdim olunmuşdur. Belə ki, Ağstafa rayonu, M.Allahverdiyev küçəsi, ev 64 ünvanında yaşayan şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızı, eləcə də Ağstafa rayonu, Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm Abdulla oğlu və Əsgərli Nurlan Nəsimi oğlu tərəfindən imzalanmış şikayət ərizəsində də Vahid Eyyubovun təqdim etdiyi faktlar tamamilə təsdiq olunurdu.

İndi isə, qayıdaq sentyabr ayının 14-də “Qırmızı körpü” kömrük məntəqəsində cərəyan edən hadisələrə. Əldə etdiyimiz son məlumatlarda bildirilir ki, həmin gün gömrük keçid məntəqəsinin rəhbərliyi bu məsələ üzrə “araşdırma” aparıb və nəhayət ki, qərar qəbul edib. Həmin qərara əsasən, Vahid Eyyubov 19 sentyabr 2016-cı il tarixdə 50 manat məbləğində cərimə olunub. Digər vətəndaşlara məxsus mallar (məişət texnikası) isə, Gürcüstan Respublikasına geri göndərilib. Şəhid ailəsi Ofelya Qurbanovanın ölkə rəhbərliyinə ünvanladığı və surəti redaksiyamıza təqdim olunan növbəti ərizədə bu barədə deyilir: “...Bizim çoxsaylı ərizə və şikayətlərimiz əsasında 14 sentyabr 2016-cı il tarixdə Gömrük Komitəsinin təhqiqatçısı Mirşahin və Rəhim müəllim tərəfindən şifahi araşdırma aparıldı. Biz vətəndaşlara bildirdilər ki, üç adam birləşib bir yük maşınında şəxsi istifadə üçün yük gətirə bilməz. Guya buna qanun yol vermir və Nazirlər Kabinetinin 305.2.1.2 saylı qərarına əsasən yalnız tək-tək mal gətirmək səlahiyyətimiz var. Sürücü Vahid Eyyubovu 19 sentyabr 2016-cı il tarixdə 50 manat cərimə edib, bizə məxsus olan, şəxsi istifadə üçün gətirdiyimiz əşyaları Gürcüstan Respublikasına geri qaytararaq, bizə maddi ziyan vurdular. Amma maraqlıdır ki, sadə vətəndaşlara qarşı münasibətdə qanunlara belə dəqiqliklə “əməl edən” gömrükçülər, özlərinə gəlincə bütün qayda-qanunları unudurlar. Belə ki, 14 sentyabr 2016-cı il tarixdə Tovuz Gömrük idarəsinin ərazisində duran AA 800 AA nömrə nişanlı, “İnfiniti OX 56” model, Gürcüstan serialı və qiyməti 100 min manat olan maşın Tovuz Gömrük idarəsinin rəis müavini Polkovnik Elmiraz Hüseynova məxsusdur. Rəis müavini nümunəvi bir məmur kimi niyə Azərbaycan serialı maşın idarə etmir? Eyni zamanda da, bu məmur həmin avtomobili depozitə pul qoymadan idarə edir. Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov isə, bu qanunsuzluğa özü şərait yaradır. Xahiş edirik, Elmiraz Hüseynova məxsus olan maşının Respublika ərazisindən çıxarılmasına məhdudiyyət qoyulsun. Tovuz Gömrük idarəsinin rəisi Polkovnik Mehman Sadıqovun çirkin əməlləri, bütün nazirliklərdə və komitələrdə nəzarətə götürülüb, araşdırılsın...”

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Dünən, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Dünən, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Dünən, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Dünən, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru