"MTN-ın generalları Teymur Quliyevə hər ay 50.000, Sübahir Qurbanova isə 100.000 dollar göndərirdim" - Vidadi Zeynalovdan şok ifadələr
Tarix: 17-11-2016, 10:27 | Çap et
 Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun istintaq zamanı verdiyi ifadə məlum olub. APA-nın əldə etdiyi məlumata görə, o, ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərib ki, özünün və ailə üzvlərinin heç birinin adına özəl şirkət yoxdur: “Yaxın qohumumun adına “PLZ” adlı şirkət var. Həmin şirkət tikinti və turizm sahəsində fəaliyyət göstərir. Nazirlikdə 2 birlik, 5 MMC və 3 idarə fəaliyyət göstərir. Nazirlikdə aparat rəhbəri işlədiyi dövrdə nazir Əli Abbasovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi Beytulla Hüseynova verdiyi tapşırığa əsasən Beytulla Hüseynov 2009-cu ildə ayda 200.000 manat, sonradan birliyin gəlirləri artdığından 2012-ci ildə aylıq olaraq 300.000 manat, bəzi hallarda, yəni həmin ilin yanvar-fevral aylarında 500.000-600.000 manat məbləğində pul verib. Belə ki, hər ayın sonunda Beytulla Hüseynov Əli Abbasovun qəbuluna gələrək birliyin gəlirləri, verəcəyi pul barədə məlumat verib: “Beytulla Hüseynov nazirin qəbulundan çıxandan sonra mənimlə görüşürdü və bildirirdi ki, birliyin baş mühasibi Anar Mustafayev mənimlə əlaqə saxlayacaq. Bir müddət sonra Anar Mustafayev mənim yanıma gələrək birliyin gəlirləri, yuxarıda qeyd edilən pul məbləğlərini və yazılı qeydləri mənə verirdi. Mən də onun gətirdiyi məlumat əsasında birliyin gəlir və xərclərini hesablayıb ümumi məbləğ tərtib edib Əli Abbasova verirdim. Aldığım pulu isə otağımdakı seyfdə saxlayırdım”. Bundan başqa, V. Zeynalov ifadəsində göstərib ki, aylıq pul verənlər BTRİB və “Aztelekom” MMC olub. “Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən isə 220.000-240.000 manat məbləğində pul verilib. Lakin həmin struktur bölmələri həmin məbləğləri mütəmadi olaraq verməyib. Elə vaxtlar olub ki, gəlirləri olmayıb və həmin strukturlar pul verməyib. Bundan əlavə, qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə verilib. BTRİB və “Aztelekom” MMC üzrə verilən aylıq puldan onlara verilməyib. Belə ki, onların fəaliyyət sahələri nisbətən geniş olub. Müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50.000-100.000 manat pul qalıb. “Aztelekom” MMC-dən hər ay pulu cəmiyyətin direktoru Məmməd Məmmədov və ya onun Qulu adlı köməkçisi, həmçinin cəmiyyətin baş mühasibi Oqtay adlı şəxs verib. V. Zeynalov ifadəsində bildirib ki, qeyd olunan ödənişlərlə bağlı hər birliyin və idarənin rəhbəri nazirə əvvəlcədən məlumat verib və verəcəkləri pulun miqdarını onunla razılaşdırıblar. Onda toplanan pullar isə nazirin göstərişi ilə paylanılıb. Nazirin tapşırığı ilə bir il yarım ərzində həmin puldan hər ay 50.000 ABŞ dolları MTN-in Monitorinq Xidmətinin rəisi Teymur (MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev) adlı şəxsə onun sürücüsü, 2011-ci ildən başlayaraq isə hər ay 100.000 ABŞ dollarını nazirliyin kuratoru Sübahir (MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov-red.) adlı şəxsə sürücüsü vasitəsi ilə göndərib. Bundan əlavə, hər ay toplanan puldan 200.000-300.000 manat nazirin şəxsi işlərinə sərf olunması üçün onun özünə verib. 520.000 manat isə nazirliyin şöbə rəisləri vasitəsi ilə nazirliyin əməkdaşlarına paylanılıb. Təxminən 50.000 manat digər xərclərə, o cümlədən bayram şənliklərinə, qonaqlara hədiyyə alınmasına sərf edilib. Bundan, əlavə həmin puldan hər ay əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat onun özünə ayrılıb və ona verilib. Nazir müavinlərinə ayda əvvəllər 15.000-20.000 manat, son iki ildə isə hər birinə 30.000 manat verib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
|