"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                 

Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı - İTTİHAM VAR
Tarix: 16-02-2017, 11:52 | Çap et
Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı
Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyinin baş verdiyi, Palatanın idarə heyətinin üzvü, hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarovun “öz istəyi ilə” yerini Əfqan Baxışova verdiyi xəbəri yayıldı. Aldığımız bilgiyə görə, F. Cabbarov heç də öz istəyi ilə görəvindən ayrılmayıb. Sən demə, Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) savaş əlilləri, şəhidlərin “qanpulu”nu yemə korrupsiyasına MBNP də ortaq olmaq yolunu tutub. El arasında “Sığorta Mamed” kimi tanınan DSKŞ sədri Məmməd Məmmədovun “qanpulu” ilə “bəslədiyi” ləğv edilən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidmətinin (rəisi Namiq Xəliov) yerini Maliyyə Bazarlarına Nəzarət Palatası alsa da, yenə də əlil, şəhid ailələrinə qarşı “qanpulu dələduzluğu”na son qoyulmayıb. Qan kompensasiyalarını ala bilməyən Qarabağ əlilləri və şəhid ailələrinin Palataya müraciətləri Konstitusiyaya uyğun yox, yenə də rüşvət, korrupsiya prizmasından “çözülür”. Fəxriyar Cabbarovun işini itirməsi də bununla bağlıdır . DSKŞ вЂ“ dəki sığorta dələduzluğuna hüquqi qiyməti verilməməsindən, şirkətin sədr müavini A.Hacıyevin MBNP–nın idarə heyətinin üzvü Fəxriyar Cabbarova 19.01.2017 tarixli rüşvət-korrupsiya “iyi verən”, Konstitusiya Məhkəməsinin (KM) 28.01.2014 tarixli Qərarına etiraz etdiyi cavabından yazmışıq. Fikir verin, Qarabağ əlilinin MBNP–yə daxil olan müraciətinə baxan Palatanın baş icraçı direktoru İbrahim Alışov və idarə heyətinin üzvü Fəxriyar Cabbarovun DSKŞ sədri Məmməd Məmmədova ünvanladığı 18.10.2016 tarixli 04/10- 3664 saylı “Konstitusiya Məhkəmıəsi Plenumunun 28.01.2014 tarixli Qərarını rəhbər tutaraq sığorta ödənişinin verilməsinin təmin edilməsi tələbi”nə 3 aydan sonra (??) 19.01.2017 – də şirkətin sədr müavini imtina ilə cavab verib. Özü də cavab icraçı direktora yox, idarə heyətinin üzvünə ünvanlanıb. Belə çıxır ki, icraçı direktoru ya saymırlar, ya da ona da şirkətin sədri ayrıca cavab yazıb. İstənilən halda “Vətəndaşların müraciətləri haqqında” qanunun pozulması göz önündədir. Amma pozulan təkcə bu qanun yox, həm də ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyadır. Baxın, Palatanın Fəxriyar Cabbarovu DSKŞ-nin “çaldığı qanpulundan rüşvət - korrupsiya havasına” necə “əl götürüb oynayır”: Fəxriyar Cabbarov və istehlakçıların və investorların hüquqlarının müdafiəsi idarəsinin rəisi Günel Cavadovanın MBNP - nın adından imzaladıqları 30.01.2017 tarixli 10-871 saylı məktubla bildirlir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə və Binəqədi rayon İcra Şöbəsinin 27.02.2013 tarixli qərarına əsasən qanunvericiliklə müəyyən olunmuş 880 manat sığorta ödənişi DSKŞ tərəfindən aidiyyəti üzrə Binəqədi Rayon İcra Şöbəsinin bank depozit hesabına köçürülmüşdür. Qanpulunun – sığorta ödənişinin qanını verən Qarabağ əlilinin yox, guya icra şöbəsinin hesabına köçürülməsi dələduzluğunu bir yana qoyaq. Axı qanunvericiliklə müəyyən olunan məbləğ 880 manat yox, bundan 10 dəfə çoxdur! Konusitutsiya Məhkəməsi Plenumun 28.01.2014 tarixli Qərarında sığorta məbləğinin 20.10.2006 –cı ildə müəyyən olunan 11 min manatdan az ola bilməzliyi təsbit olunub axı! Elə Palatanın DSKŞ-ya yuxarıda vurğuladığımız 18.10.2016 tarixli məktubunda Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014 tarixli Qərarının 2-ci hissəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin hal-hazıra qədər almayanlara ödənilməli olması tələb olunub. Fəxriyar Cabbarov özünün 3 ay 12 gün öncə imzaladığı məktubu unudub, yoxsa KM-in sözügedən qərarını? İstənilən halda bu “unutqanlığın” “qanpulu korrupsiyası”ndan qaynaqlanması açıq – aşkardır. Elə bu “qanpulu bazarlığı” da F.Cabbarovu “öz istəyi ilə” bazara nəzarətdən uzaqlaşdırıb . Dövlətin ayırdığı sığorta ödənişini yeməklə “sığorta” ayaması qazanan DSKŞ sədrinə Qarabağ əlilləri və şəhid ailələri artıq yeni “titul” ayırıblar: ”Qanpulu Mamed”. Layiqli addır! Palata da “Qanpulu Mamed”in “qanpulu” yemindən sığortalanmayıbmış! Qanını – canını verən (Anadolu türkləri demiş) ƏSGƏR - MEHMETCİK, qan (pulu) sümürən “Sığorta Mamed”! Bazar açıblar. Qan bazarı. Dövlət və hökumət başçılarının bazarı bağlamaq istəyi görünmür. Allah kəssin belə bazarı...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Dünən, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Dünən, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Dünən, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Dünən, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru