“O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                 

Daşkəsəndə özbaşına qalan bələdiyyə sədri... - Vətəndaş CANA DOYUB
Tarix: 13-09-2021, 11:00 | Çap et
Daşkəsəndə özbaşına qalan bələdiyyə sədri...
"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Daşkəsən rayon "Çanaqçı" kənd sakini Abdullayev Oktay Abdulla oğlu tərəfindən müraciət daxil olmuşdur.

Müraciətində Oktay Abdullayev bildirir ki, oğlu Abdullayev Elnur Oktay oğluna məxsus 20 ha heyvandarlıq üçün nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməsinə "Çanaqçı" kənd bələdiyyəsinin sədri Eyvaz Vəliyev süni əngəllər yaradaraq, sözügedən torpaq sahəsini mənimsəməyə çalışır.

Hətta torpağın illik dövlət vergisini ödəmək üçün bələdiyyə sədrinə müraciət edən Oktay Abdullayevə, müraciətindən bir neçə gün sonra Eyvaz Vəliyev ödəniş üçün hesab nömrəsi yazılmış sənədi təqdim edib.

Ödənişi etmək istəyərkən məlum olub ki, sənəddə Elnur adına qeyd edilən hesab nömrəsi sən demə Oktay Abdullayevin oğlu Elnurun yox, Eyvaz Vəliyevin öz oğlu Vəliyev Elnur Eyvaz oğlunun adına imiş. Özü də illik vergisi 20 (iyirmi) AZN olduğu halda, sədrin təqdim etdiyi sənəddə həmin məbləğ 223.27 (iki yüz iyirmi üç. İyirmi yeddi) AZN olaraq qeyd edilib.

Bundan əlavə Oktay Abdullayev onu da bildirir ki, 2007-ci ildən ona məxsus olan 12 sot həyətyanı torpaq sahəsini də Bələdiyyə sədri Eyvaz Vəliyev süni əngəllər yaradaraq, əlindən almağa çalışır. Əlində hüquqi sənəd olaraq dövlət kadastrı arayışı olduğu halda, Eyvaz Vəliyev rəsmi çıxarış alması üçün ona maneələr yaradır.

Kənd sakini bildirir ki: "Eyvaz dəfələrlə mənə təklif edib ki, "gəl sənə başqa yerdən torpaq verim, ordan əl çək". Mən bununla razılaşmamışam. Sonra, necə edibsə mənə məxsus 12 sot həyətyanı torpaq sahəsinin təyinatını dəyişdirib. İndi həmin 12 sot torpaq sahəsi də kənd təsərrüfatı təyinatlı olub."

Məsələni yerində aydınlaşdırmamız üçün üz tutduq Daşkəsən rayon "Çanaqçı" kəndinə.

Sözügedən hər iki torpaq sahəsini gördük, sənədləri ilə tanış olduq.

İlk öncə onu nəzərinizə çatdıraq ki, sözügedən 12 sot torpaq sahəsi kəndin orta məktəbi ilə üzbəüz yerləşir. Orta məktəbin düz qarşısında kənd təsərrüfatı olduqca ağlasığmaz görünür.



Əslində Eyvaz Vəliyevin həmin həyətyanı torpaq sahəsini kənd təsərrüfatı olaraq qeydə aldırması o ərazidəki mənzərəni görən hər kəsə başadüşülən görünə bilər. Belə ki, həmin 12 sot torpaq sahəsinin düz yaxınlığında Eyvaz Vəliyevin özünə məxsus balıq gölləri var. Orada balıqçılıq təsərrüfatı ilə məşğul olan E. Vəliyev həmin balıqları Daşkəsən və Gəncə şəhərlərində satdırır.

Bütün bunlar barəsində obyektivliyi qoruyaraq, qarşı tərəfin də fikirlərini dinləmək məqsədilə Eyvaz Vəliyev ilə telefon əlaqəsi saxladıq. E. Vəliyev bildirdi ki, "rayondayam, gəlin söhbət edək". Bizim Daşkəsən rayon mərkəzinə getməyimiz təqribən 2 saata yaxın vaxt apardı. Gedib rayon mərkəzinə çatıb, E. Vəliyevi yenidən aradıq. E.Vəliyev özünəməxsus danışıq tərzi ilə bizə cavab verdi ki: "Mən uje kənddəyəm. Gəlmədiniz, mən də çıxdım getdim. Oturub sizi gözləməyəcəm ki. Nə var e.. orda güya" deyib, telefonu söndürdü.

Eyvazı lap uşaqlığından tanıyan kənd sakinləri deyir onun heç bir ali təhsili yoxdur.

Əslində bu elə verdiyi cavabdan, danışıq tərzindən bəli idi. Çünki, o cür danışıq tonu ziyalı insanlara tamamilə yad davranışdır.

Doğrudur, deyə bilərsiniz ali təhsili olmasa onu bələdiyyə sədri təyin etməzlər.

Haqlısınız.

Eyvaz Vəliyevin diplomu var. Lakin, o diplomu necə almasının tarixçəsini də bizə danışdılar.

Əlqərəz...

Bütün bu sadalananlar yetmirmiş kimi kənd sakinlərinin sözlərinə görə "ali təhsilli" bələdiyyə sədri dövlət mülkiyyətində olan yeraltı sərvət sayılan bulağı belə mənimsəyib. Bulağın suyunu borular vasitəsilə öz həyətinə çəkdirib. Başqa sakinlərin istifadəsinə qəti şəkildə imkan vermir.

Şəxsi biznesləri və öz mülkü kimi istifadə etdiyi bələdiyyə torpaqları ilə doymayan gözünü, sakinlərin 10-15 sot torpaqları ilə doyurmaq istəyən bələdiyyə sədrinin təkbaşına bu qədər "irəli getməsi"nin mümkünsüz olduğu və onun himayədarının kim, yaxud kimlər olduğu hər kəsdə sual doğurur.

P.S: Qeyd edək ki, bələdiyyə sədri Eyvaz Vəliyevin bütün özbaşınalıqları barəsində redaksiyamız tərəfindən müraciətlər hazırlanıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir.

Məsələ diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru