"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                 

"Sanki gözləyirlər ki, Emin Əmrullayev təhsilin və dövlətin axırına çıxsın..." - Prezidentə müraciət olundu
Tarix: 2-08-2022, 12:05 | Çap et
"Sanki gözləyirlər ki, Emin Əmrullayev təhsilin və dövlətin axırına çıxsın..."
DİA.AZ: - Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu Prezident İlham Əliyevə növbəti müraciətini ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətəd deyilir:

"Mən bu müraciətimdə bir ağsaqqal kimi Azərbaycan Təhsilində baş verən özbaşınalıqlardan, eybəcərliklərdən və törədilmiş çirkin əməllərdən reallıqları yazıram. Emin Əmrullayev Təhsil Naziri olandan Azərbaycan təhsili özünün ən pis günlərini yaşayır. Çünki bu adam və onun komandası başda özü olmaqla nazir müavini Muxtar Məmmədov, nazirliyin əsas idarəedici rəsmisi Orxan Abbasov, şöbə müdiri Eşqi Bağırov, regional təhsil müdirlərindən Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin müdiri Anar Qədiməliyev hamısı bütövlükdə bir şəbəkədir. Bu adamların məqsədi təhsilə yenilik gətirmək yox, əksinə təhsili uçuruma aparmaqdı. Təsadüfi deyilki bu gün böyük əksəriyyət müəllim ordusu Azərbaycan təhsilinin işindən narazıdır. Mən bunları bir-bir xırdalayıb yazıram, amma ağsaqqal kimi sözlərimə qulaq asan yoxdur. Elə bil sanki gözləyirlər ki, Emin Əmrullayev təhsilin və dövlətin axırına çıxsın. Bu adam kimə və nəyə qulluq edir hələ də məlum deyil. Bir nazir ki, mənə deyə- “Mən ölkədə heç kimdən qorxmuram” məntiqlə qeyd etdiki, hətta Prezidentdən qorxmuram. Mən bu nazirə nə qiymət verim. Mənim düşüncəmdə bu fikir, bu söz anormallıqdır. Eyni qaydada Gəncə Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də kim yanına gedirsə həmin sözləri təkrar edir. Hazırda Göygöl Rayon Prokurorluğunda Gəncə şəhər 1 nömrəli orta məktəbin direktoru Mətanət Qarayevanın Anar Qədiməliyevin əlindən özünü intihara cəhd etməsi ilə bağlı fakt əsasında cinayət işi qaldırılmışdır. Hazırda istintaq gedir, amma Anar Qədiməliyev Mətanət Qarayevanı şantaj etməklə hər yerdə danışır ki,-“Mən Baş Prokuror Kamran Əliyevdən qorxmuram.” Elə bu səbəbdən də Gəncə şəhəri 44 nömrəli məktəbin direktoru təcrübəli pedaqoq Knyaz Süleymanovunda üstünə əsassız hücumlar etməkdə davam edir. İyul ayının 29-da idarədə hamının qarşısında Knyaz müəllimi söyüb, təhqir etmişdir. Knyaz müəllim isə baş prokurora teleqram vurmuş və Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ay başınıza dönüm mən deyirəm ki, bu adam Gəncə Təhsilinə rəhbərlik etdiyi gündən ancaq qərəzçilik ilə məşğuldur. Bunun psixoloji durumu yerində deyil. Bu insan idarəçilik bilmir, təhsildən anlayışı yoxdur, adi müəllimlərlə yanaşma qabiliyyəti, davranış münasibətləri yox dərəcəsindədir. Məktəb sistemi Anar Qədiməliyevdən ötəri qaranlıq-zülmət bir dünyadır, üstəlik bu insan SOROS-un adamıdır. Gəncədə YAP-a və Dövlətə qarşı təbliğat aparır, dövlətin sədaqətli adamlarını qəsdən bilə-bilə ölkə rəhbəri kimi Sizdən narazı salır. Hazırda idarəni ancaq və ancaq dedi-qodu yolu ilə idarə edir. İşləyən adamları incidir, işləməyən savadsız adamları isə irəli çəkir. Emin Əmrullayev isə bunları bilir, amma dostluq naminə onun bütün mənfi hərəkətlərinə göz yumur. Belə çıxır ki, Anar Qədiməliyev ixtisasca kənd təsərrüfatı işçisi olan bu kəs toxunulmaz şəxsiyyətdir. İndi mən Baş Prokuror Kamran Əliyevdən də xahiş edirəm ki, onun barəsində gedən cinayət işlərini xüsusi nəzarətə götürsün, çox ciddi və qətiyyətli tədbirlər görsün. Bir sözlə Anar Qədiməliyevi bir gündə olsun Gəncədə saxlamaq günahdır. Ümumiyyətlə Təhsil Nazirliyində işləyən bir qrup mafiya üzvləri barədə, o cümlədən başda Emin Əmrullayev olmaqla Muxtar Məmmədov, Eşqi Bağırov, Rəşad Xanlarov, Səbuhi Rzayev barədə tezliklə lazımi tədbir görülməlidir. Bir ağsaqqal təhsil işçisi kimi mənim nöqteyi nəzərimdə bu adamlar Azərbaycan Təhsilinə qara ləkədir. İndi də bunların növbəti oyunbazlığı ölkədə müəllimlərin növbəti sertifikasiyasıdır. Hansıki ölkənin bu vaxtında heç kimə lazım olmayan bir şeydir. Gəlin açıq başla düşünək. Özləri təhsil işçisi olmaya-olmaya müəllimləri necə imtahan edə bilərlər. Məqsəd yenə də öz mənafelərini güdməkdir. Ulu Öndər Heydər Əliyev vaxtında deyib ki, “Təhsil millətin gələcəyidir” Bu dahi sözün əksinə Emin Əmrullayev öz komandası ilə birgə düşünülmüş formada təhsildə genosid aparır.
Cənab Prezident! Mən ancaq reallıqları yazıram. Əgər inanmırsızsa sertifikasiya məsələsini böyük müəllim ordusunun müzakirəsinə verin. Əsil həqiqət onda aşkar olunacaq. Bütün bunların nəticəsidir ki, məhz məni 65 yaşından təqaüdə göndərdilər. Çünki mən bunlara xeyr etmirəm. Hansı ki, ölkədə 500-ə yaxın adi məktəb direktorları qalıb işləyir. Emin Əmrullayevin, Anar Qədiməliyevin heç kimdən qorxmamağının, heçkimdən çəkinməməklərinin, ən nəhayət cənab Prezidentə hörmətsizliklərini bağışlamayacağam. Mən söz verirəm ki, yerində olmayan, təhsildən xəbərsiz bu insanlarla sona qədər vuruşacağam. İndi təsəvvür edin ki, Anar Qədiməliyev üstəlik əsgəri xidmətdə olmayıb, saxta xəstəlik kağızı çıxarıb. Təəssüflər olsun ki, bu faktları yoxlayan yoxdur.
Cənab Prezident yuxarıda göstərdiklərimi nəzərə alaraq Sizdən, Baş Prokuror Kamran Əliyevdən, Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevdən xahiş edirəm ki, növbəti yoxlamalarını ancaq Təhsil Nazirliyində aparsınlar. O zaman tək mən yox, bütün Azərbaycan xalqı sizə öz minnətdarlığını və təşəkkürünü bildirəcək. İnanıram ki, İlham Əliyev prezident olduğu ölkədə ədalətsizliyə son qoyulacaq, SOROS öz cəzasını alacaqdır, YAP qalib gələcəkdir. Cənab Prezident, 28 iyul tarixində Təhsil Nazirliyinin adının dəyişdirilməsi ilə əlaqədar “Elm və Təhsil Nazirliyi” olduğundan güman edirəm ki, Emin Əmrullayevin elmi dərəcəsi olmadığı üçün onun nazir vəzifəsində qalması artıq qeyri mümkündür. Çox sağolun ki, bu fərman siz tərəfindən vaxtında verilmiş oldu. Odur ki, bütün ziyalılar sizin arxanızda durub və sizi dəstəkləyirlər. Mənə elə gəlir ki, Emin Əmrullayev epoxası qurtardı".

Müraciətlə bağlı bütün maraqlı tərəfləri diaaz.space olaraq dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Dünən, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Dünən, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Dünən, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Dünən, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru