Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                 

AMERİKADAN AZƏRBAYCANA DAHA BİR İTTİHAM
Tarix: 31-07-2012, 13:35 | Çap et
AMERİKADAN AZƏRBAYCANA DAHA BİR İTTİHAM

“DİNİ ETİQAD AZADLIĞI MƏHDUDLAŞDIRILIR”

ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyətinə dair illik hesabatını dərc edib. Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, ölkə Konstitusiyası dini etiqad azadlığını nəzərdə tutsa da, digər qanunlar və hakimiyyətin siyasəti praktikada bunu məhdudlaşdırır.

Dini qrupların əksəriyyəti dövlətin müdaxiləsi olmadan fəaliyyət göstərir, lakin hakimiyyət bəzi ibadət yerlərində monitorinqlər keçirir, dini materialları müsadirə edir, həmçinin müsəlman və xristian konfessiyalarının bəzi üzvlərini təqib edir, saxlayır. Hökumət həmin qrupların bəzisini “qeyri-ənənəvi” hesab edir.

Həmçinin dini qrupların qeydiyyatı məsələsində məhdudiyyət var. Ötən il ərzində qanunverici məhdudiyyətlər artıb və demək olar ki, dini azadlıq hüququnun müdafiəsi üzrə yaxşılaşma baş vermir.

Dini mənsubiyyətinə və əqidəsinə görə sosial sui-istifadələr, ayrı-seçkiliklər barədə məlumatlar var.

ABŞ hökuməti dini azadlığın təşviqi və qorunması üzrə ümumi siyasəti çərçivəsində müxtəlif QHT və dini liderlərlə dini etiqad azadlığı məsələsini müzakirə edib.

Azərbaycan əhalisinin 96%-nə qədərini müsəlmanlar təşkil edir. Qalanını Rus pravoslav kilsəsinin və digər xristian qruplarının pravoslavları, yəhudilər təşkil edir. Müsəlmanların 65%-ni şiələr, 35%-ni sünnülər təşkil edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din sahəsində dövlət siyasətini həyata keçirir və dini təşkilatlarla əməkdaşlıq edir.

Xristianlar əsasən Bakıda və digər şəhərlərdə cəmləşib. Bakıda və ölkə üzrə kiçik yaşayış məntəqələrində 20000-ə yaxın yəhudi yaşayır.

Ölkədə 100 ildən çox mövcud olan kiçik dini qruplar da var: lüteranlar, katoliklər, baptistlər, molokanlar, yeddinci günün adventistləri və bəhailər.

Dini azadlıq haqqında qanun hökumətin istənilən şəxsin və ya qrupun dini fəaliyyətinə müdaxiləsini qadağan edir; lakin dini təşkilat irqi, milli, dini və ya sosial düşmənçiliyə xidmət edərsə, onun fəaliyyəti insan ləyaqətini alçaldarsa və humanizm prinsiplərinə zidd olarsa, qanun onun bağlanmasına icazə verir.

Qeydiyyat prosesi hökumətin arzuolunmayan dini qruplara qarşı əsas alətidir. Bu ona gətirib çıxarır ki, belə qruplar gizli iş şəraitinə keçir, onların məhkəmələrə şikayətləri isə təmin olunmamış qalır.

Qeydiyyata alınmış müsəlman təşkilatları QMİ-nin tabeliyindədir. Qurum məscidlərdə, islam təhsil müəssisələrində müsəlman ruhaniləri təyin edir, ibadətlərə nəzarət edir, həmçinin hər il Məkkəyə Həcc ziyarəti təşkil edir.

2011-ci ilin iyulunda Milli Məclis dini etiqad azadlığı haqqında qanuna 19 düzəlişi qəbul edib. Düzəlişlər hakimiyyətin dini təşkilatlar üzərində nəzarətini möhkəmləndirib.

Dekabrın 12 və 13-də prezident Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri təsdiqləyib. Düzəlişlərə əsasən dini ədəbiyyatın (QMİ-də təsdiqlənməmiş) qanunsuz istehsalı, yayılması və idxalına görə cəza sərtləşdirilib.

Dini etiqad azadlığı haqqında qanun xaricilərə dini təbliğatı qadağan edir, islam dini ayin və mərasimləri isə Azərbaycanda və ya xaricdə təhsil almış (hökumətin təqdiri ilə) şəxs tərəfindən həyata keçirilə bilər.

Qanuna görə, siyasi partiyalar dini fəaliyyətdə iştirak edə bilməz. Dini liderlər eyni zamanda dövlət qulluğunda çalışa bilməz. Dini obyektlərdən siyasi məqsədlərlə istifadə oluna bilməz. Konstitusiya hərbi münaqişələr əqidəyə zidd olduğu halda alternativ xidməti nəzərdə tutur. Lakin alternativ xidmətin reallaşmasına və hərbi xidmətdən imtinaya imkan verən qanun yoxdur.

Hökumət dini Qurban və Ramazan bayramlarını milli bayramlar kimi qəbul edir.

Təhsil haqqında qanunda ibtidai və orta məktəblərdə qızların hicab taxmasına qadağa yoxdur. Lakin təhsil nazirinin bunu qadağan edən əmri var.

Mayın 6-da nazirin əmri ilə əlaqədar Təhsil Nazirliyinin qarşısında dindarların kütləvi etiraz aksiyası keçirilib. Aksiya polis gücü ilə dağıdılıb, onlarla adam saxlanılıb.

Vaxtaşırı dini ayin və bayramlar zamanı hakimiyyətlə dindarlar arasında qarşıdurma yaranır. Məsələn, dekabrda Gəncədə polis şiələrdən Aşura gününün qeyd olunmamasını tələb edib.

Namaz qıldıqlarına görə ordunun üç zabitinin vəzifəsinin kiçildilməsi halları baş verib.

Hakimiyyət məscidləri, ibadət yerlərini bağlamaq yolu ilə “qeyri-ənənəvi” müsəlman icmalarının fəaliyyətini məhdudlaşdırır.

Zaqatalada və digər yerlərdə dindarların saqqallarının zorla qırxılması barədə məlumatlar daxil olub. Oktyabrın 31-də hakimiyyət dörd baptisti beş gün müddətinə həbs edib. Buna onların öz evlərində məhsul bayramını qeyd etməsi səbəb olub.

Dekabrın 31-də hökumət ümumilikdə 570 dini icmanı qeydiyyata alıb. Bunun 550-i islam, 20-i qeyri-islam təşkilatı olub.

Ümumilikdə, cəmiyyət xaricdən olan müsəlman missionerlərə (sələfitlər, İran şiələri) mənfi yanaşır, belə ki, onlar siyasi islamın yayıcıları kimi qəbul edilir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru