“O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                 

Azad Rəhimov milyonları necə yeyir... - İTTİHAM
Tarix: 15-06-2020, 09:35 | Çap et
Azad Rəhimov milyonları necə yeyir...
O, hökumət üzvüdür. Ticarət, tikinti, nəqliyyat, kənd təsərrüfatı, sənaye, İKT və digər sahələrdə fəaliyyət göstərən çoxşaxəli biznesi var. Beynəlxalq hesabatlarda korrupsiyanın sistemli xarakter aldığı qeyd olunan bir ölkədə nazir statusu ona dövlət vəsaitlərini asanlıqla əldə etməyə şərait yaradır. O, hökumətdə yüksək vəzifələr tutan şəxslərin son bir neçə ildə kənarlaşdırılmasından sonra biznesmen-oliqarx mövqeyini saxlamağa müvəffəq olub. 14 ildir ki, Gənclər və idman naziri postunu tutan 56 yaşlı Azad Rəhimov.

Əslində, Azad Rəhimov nazir vəzifəsinə birbaşa biznes aləmindən gətirilib. Təyinatadək bu keçmiş nomenklatur komsomolçu “İtalDizayn” QSC-nin baş direktoru və iki təsisçisindən biri idi. Qiymətli saat, bijuteriya və zərgərlik məmulatı, ev aksessuarları və tekstili, mebel, qab-qacaq, santexnika malları satışı ilə məşğul olan şirkət Azad Rəhimovun nazir təyinatından sonra mağazalar şəbəkəsini genişləndirib və indi Bakıdakı lüks dükanlarının sayı 20-ni keçir.

Nazir xanımının zorən biznesə gəlişi

Rəsmi mənbələrdə Azad Rəhimovun hansısa şirkətdə birbaşa təsisçi olduğuna təsdiq edən məlumat yoxdur. Qanun məmurlara bizneslə məşğul olmağı qadağan edir. Amma qanun biznesi yaxın ailə üzvləri vasitəsilə qurub idarə etməyi yasaq etməyib. Bu amil ona manevr imkanı yaradıb. Məsələn, holdinqə daxil olan “İtaldizayn Qrup” MMC-nin (hazırda “İD Qrup” MMC) təsisçisi Lüksemburqun “Argulux SARL” şirkətidir. “İtalDizayn” QSC-nin baş icraçı direktoru Elçin Zeynalov bu şirkəti Lüksemburqda 2008-ci ilin oktyabrında Azad Rəhimovun həyat yoldaşı Zülfiyə Zülfüqar qızı Rəhimova ilə bərabər paylarla yaradıb. İki aydan sonra isə Bakıda “İtaldizayn Qrup” MMC təsis olunub. Qrup daha bir neçə şirkətdən ibarətdir. Bu ilin mart ayının əvvəlində holdinq “İD Qrup” MMC ilə yanaşı, bir neçə mağazanın idarəedici şirkətinin: “Sonata Ltd” MMC, “Eleqant-R Ltd” MMC, “Ellips-Z” MMC və “Sistem LTD” MMC-nin ona qoşulduğunu elan edib. Adıgedən şirkətlərdən birinə rəhbərlik edən Tamilla İsmayılovna Əlixanova 2006-cı ildə Bakıda təsis olunan daha bir neçə şirkətin (“Modul-SM” MMC, “Elektroşans-D” MMC və “Texnoservis-Ş” MMC) direktorudur.

Şirkətlər qrupunun internet səhifəsində onun çoxprofilli holdinq olduğu vurğulanır. Tərkibinə İT və telekommunikasiya (“Evrodizayn” QSC), Bakı, Gəncə, Yevlax, Ağstafa və Hacıqabul şəhərlərində telefon rabitəsi və intetnet xidməti (“TransEvroKom” MMC) göstərən şirkətlərin, aqroparkın (“İD-Agropark” MMC), “Shur” və “Chio-Chio San” restoranlarının daxil olduğu qeyd edilir. Restoranlar “Imesko” MMC-yə məxsusdur. Bu, həmin şirkətdir ki, Azad Rəhimov 1994-1998-ci illərdə onun direktoru işləyib.

“Alximik” şirkəti Milli Elmlər Akademiyasının nəzdində Yüksək Texnologiyalar Parkının rezidentidir. O, İspaniya və Almaniya texnologiyası əsasında təmizləyici və dezinfeksiyaedici məhsullar istehsalçısıdır. 2017-ci ildə yaradılan bu şirkətə Aybək Bağırlı rəhbərlik edir. A.Bağırlı həm də holdinqə daxil olan şirkətlərin bir çoxunun yerləşdiyi ofislərdən birində (Bakı şəhəri, Azərbaycan prospekti, 19) yaradılan “Crops and Stock” MMC-nin direktoru və “İtalDizayn” qrupunun korporativ hüquqşünasıdır.

“İtalDizayn” şirkətlər qrupunun korporativ internet səhifəsi yenilənib istifadəyə veriləndən sonra buraya Bakı varlılarının və Azərbaycan oliqarxiyasının toy və şənliklərinin keçirildiyi “Buta Palace”-ı idarə edən “İD Keytrinq” MMC haqda məlumat daxil edilməyib. Halbuki, şirkət 2008-ci ildə “İtalDizayn” QSC-nin təsisçiliyi ilə yaradılıb. Bu şirkət iaşə xidmətlərindən (furşet və çay fasiləsi) tutmuş, tədbirlərin təşkilinə qədər geniş spektrdə fəaliyyət göstərir.

Qrupa daxil olan şirkətlərdən biri də “Zebra-İD” MMC-dir. Şirkət 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı, keçmiş komsomol funksioneri Eldar Əzizovun oğlu Şamil Əzizovun şərikliyi ilə yaranıb, direktoru da odur. Bu şirkətin fəaliyyəti barədə informasiya resurslarında açıq məlumat yoxdur.
Gənclər və idman naziri Azad Rəhimov
Nazirə tendersiz verilən milyonlar

Əvəzində “Evrodizayn” QSC-nin fəaliyyəti barədə kifayət qədər informasiya var. Dövlət satınalmaları portalının təqdim etdiyi məlumatlara görə, o, təkcə 2012-2020-ci illərdə dövlət müəssisə və təşkilatlarından (maliyyə və iqtisadiyyat nazirlikləri, Dövlət Neft Fondu, “DOST” Agentliyi və s.) müsabiqə yolu ilə 7 milyon 757 min manat dəyərində 20-dən çox müqavilə alıb. Bunun təxminən yarısı (3,8 milyon manat) “Azərişıq” ASC-də SCADA və İnformasiya İdarəetmə Mərkəzi üçün server və avadanlıqların alınması üçün ödənilib. Lakin heç də bütün dövlət qurumları İKT ilə bağlı çözümləri həll etməyə cəhd edərkən açıq müsabiqə yolunu seçməyib. Məsələn, “Azərenerji” ASC ölkənin elektrik enerjisinin ötürülməsinə nəzarəti həyata keçirən optik rabitə sisteminin yenidən qurulmasını bu şirkətə müsabiqəsiz tapşırıb. “Azərenerji”nin 31 istehsal sahəsində enerji sisteminin operativ idarə olunması və video bağlantı yaratmaq üçün “Cisco Telepresence” avadanlığının tətbiqi üzrə müqavilə də birbaşa “Evrodizayn” QSC-yə verilib. Elə Gənclər və İdman Nazirliyi (GİN) də indiyədək İKT həllərinə olan ehtiyaclarını tendersiz-filansız ödəyib. Bakıda təşkil olunan I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, F-1 Avropa Qran Prisi yarışları, Avropa Gənclər Olimpiya Festivalı və digər beynəlxalq idman yarışlarının İT infrastrukturunun yaradılması üçün milyonlarla manat dövlət vəsaiti bu şirkətə ödənilib. Nə “Azərenerji”, nə də GİN bu müqavilələrin dəyərini açıqlayır.

Prezident Administrasiyasında daxili, eləcə də 67 regional mərkəzlə video-konfrans sistemini bu şirkət qurub. Heç bir tender keçirilmədən.

2008-ci ildə “Evrodizayn” QSC Suriya vətəndaşı Hassan Aouilin (sərmayənin 70%-i) iştirakı ilə “Siqma Teknikal Servises” MMC təsis edib. Bu şirkətin nəzdində həm də kalibrləmə laboratoriyası var. Laboratoriya ölçmə vasitələrinin kalibrlənməsi sahəsində fəaliyyət göstərməkdən ötrü 2019-cu ilin dekabr ayında akkreditasiyadan keçib.

“İtalDizayn” QSC və “İD Qrup” MMC birləşdirilmiş maliyyə hesabatlarını sonuncu dəfə 2017-ci ildə ictimaiyyətə açıqlayıb. Sənədlərə görə, bu iki şirkətin 2016-cı ildəki gəlirləri 36 milyon manata çatırdı. Satışlar şirkətlərə bir ildə 5,6 milyon manat qazanc gətirmişdi. Qrupun aktivləri isə 2016-cı il ərzində 20 milyon manat artıb və 34 milyon manatı keçib.

“ARGS Logistics” MMC də bu qrupun nəzarətindədir. Dərnəgüldə yerləşən şirkət əvvəllər “Bakı-Nəqliyyat-8” ASC adlanırdı.

Fermer nazir

Holdinqə daxil olan ən yeni şirkətlərdən biri “İD-Agropark”dır. Aqropark 2016-cı ildə yaradılıb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Saatlı rayonunun Azadkənd kəndi ərazisində, “Moskva” su kanalının yaxınlığında 7 000 hektar qış otlaqlarının təyinatı dəyişdirilib. Yeni yaradılan şirkətin ixtiyarına rəqabətsiz şəraitdə verilib. Burada buğda, arpa və digər dənli bitkilərin, pambığın əkilməsi, 1000 hektar sahədə nar və 500 hektar sahədə badam bağlarının salınmasından ötrü Sahibkarlığın İnkişafı Fondu “İD-Aqropark” MMC-yə 10 milyon manat güzəştli kredit ayırıb. Şirkətdə deyirlər ki, aqroparkda soyuducu anbar, istixanalar, tövlələr, yem zavodu, quşçuluq fabriki tikiləcək.

Bu, Azad Rəhimovun yeganə aqroparkı deyil. Kürdəmir rayonunun Şilyan massivində “SM Aqro” MMC-yə 6150 hektar kənd təsərrüfatı təyinatlı torpaq ayrılıb. Şirkət “İD-Aqropark” MMC ilə təxminən eyni vaxtda – 2016-cı ilin dekabr ayında təsis edilib. Hökumət bu aqropark üçün torpaq sahəsini də nazirə, bir növ, peşkəş edib. Hazırda burada növbəli əkin qaydasında taxıl və pambıq becərilir.

Digər iri kənd təsərrüfatı müəssisələri kimi bu aqroparklar da geniş dövlət dəstəyi ilə təmin olunur: meliorasiya infrastrukturu, enerji təchizatı və digər böyük xərc tələb edən işlər milyonlarla manat dövlət vəsaiti hesabına görülür. Aqroparklar həm də dövlətin əkin sahələrinin becərilməsinə görə ayırdığı subsidiyalardan faydalanırlar. İqtisadiyyat Nazirliyində “İD-Aqropark” və “SM Aqro” aqroparklarına dövlət dəstəyi tədbirləri çərçivəsində xərclənmiş vəsaitlərin məbləği barədə suallara cavab verməyiblər.

Şəffaf olmayan “şüşə əməliyyatı”

Azad Rəhimovun həyat yoldaşı Zülfiyə Rəhimova həm də “Azer Float” MMC-nin üç təsisçisindən biridir. Digərləri İlal Mansur oğlu Əhmədov və İbrahim Yusuf oğlu Həsənovdur. Ortaqlar 2010-cu ildə şirkətin qeydiyyat ünvanı kimi İlal Əhmədovun Bakıda, Azadlıq prospektindəki mənzilini seçiblər. 2014-cü ilin martında isə İbrahim Həsənovun oğlu Yusifin Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, ev 245-dəki mənzili yeni yaradılan “AzerFloat” QSC-nin qeydiyyat ünvanı olub.

İbrahim Həsənovun mənzilində 2015-ci ildə “Sport Marketing Group” MMC yaradılıb. Ona Gənclər və İdman Nazirliyinin başçılığı ilə keçirilən idman tədirlərinin təşkili həvalə olunur.

Həm İlal Əhmədov, həm də İbrahim Həsənov şüşə sənayesinə aid adamlardır. İlal Əhmədov dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin strukturuna daxil olan “İnter Glass” ASC-nin və “Azərşüşütara” MMC-nin, İbrahim Həsənov isə özəl “AGİ-Class” MMC və “Bakı-Qlass” MMC-nin rəhbərliyində təmsil olunurlar. Bu iş adamlarını “Best Collection” MMC-də ortaqlıq da birləşdirir.

Qayıdaq “AzerFloat” QSC-yə. İqtisadiyyat Nazirliyi 2014-ci ilin dekabrın 18-də bu şirkətə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) şüşə lövhələrinin istehsalı zavodunun tikintisi üçün 12 hektar torpaq ayırıb və ona bu sənaye zonasının rezidenti statusu verilib. Qanunvericiliyə görə, bu status şirkətə 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən, eləcə də xaricdən gətirilən bu növ mallara görə gömrük rüsumlarından 7 il müddətinə azad olmağa imkan verir. Lakin indi SKSP bəyan edir ki “AzerFloat” sənaye parkının rezidenti statusunu 2014-cü ilin dekabrında deyil, 2 il yarım sonra – 2017-ci ilin iyul ayının 28-də alıb. Vergidən azad zonada yaradılan nazir şirkəti üçün bu cür güzəştin verilməsi səbəbləri müəmma olaraq qalır.

Şirkətin səhmdarları ildə 8 milyon kvadratmetr tikinti şüşəsi istehsalına 100 milyon ABŞ dolları sərmayə qoymağı nəzərdə tuturlar. Hələlik zavodun nə vaxt işə düşəcəyi məlum deyil.

Nənə və nəvə Londonda

Britaniyadakı “ID Group Europe LLP” tərəfdaşlığının təsisçilərindən biri Azad Rəhimovun 80 yaşlı anasıdır. Elmira Ənvər qızı Rəhimova (Həsənova) və Elçin Zeynalovun bu şirkətdə 2019-cu ilin fevral ayının 28-nə 120 min avro pulu vardı.

Azad Rəhimovun oğlu Arif Rəhimov əvvəlki illərdə rəsmi sənədlərdə Britaniya vətəndaşı kimi təqdim olunurdu. İndi isə o, Azərbaycan vətəndaşıdır. Nazir oğlu 2012-ci ildən bəri Londonda iki şirkət (“AR & Co Trading Limited” – əvvəlki adı “ARGS Construction ltd.” və “Hesa Construction LLP”) qurub. İkinci şirkət Belizdə qeydiyyatdan keçən “AG Invest Ltd” və “ARGS Holding Inc.” şirkətləri vasitəsilə təmsil olunsa da, Britaniyanın şirkətlər reyestrində onun yekun sahiblərinin Arif Rəhimovla Qeys Siraclının olduğu açıqlanıb. Elə 8 il bundan öncə yaradılan ilk şirkətdə də onlar ortaq idilər. İlyarımlıq fəaliyyətdən sonra şəriklər “Hesa Construction LLP” şirkətini 2019-cu ilin avqustunda ləğv ediblər. Amma maraqlıdır ki, şirkətin 2018-ci ilin iyununda Azərbaycanda açılan filialı hələ bağlanmayıb.

“Hesa Construction LLP” şirkətinin filialı Bakı, “Green Palace Recidense” yaşayış kompleksində qeydiyyatdan keçib. Bura (Tələt Şıxəliyev, ev 20, qapı 1,2,3) daha bir neçə şirkətin (“DDLAR İnşaat” QSC , “AG Development” ASC, “SM Agro” MMC və “İnşaatçı 3” MMC) hüquqi ünvanıdır. Filialın direktoru Ziya İlham oğlu Nərimanov hazırda 3 tikinti və beton istehsalı şirkətinə (“DDLAR İnşaat” QSC, “Tavv Construction” MMC, “AG Beton” MMC) də rəhbərlik edir. Kommersiya şirkətlərinin dövlət reyestri məlumatlarına əsasən, o, həm də informasiya texnologiyaları həlləri sahəsində xidmətlər təklif edən “AG Development” ASC-nin ilk direktoru olub.

Nazirin öz şirkətinə 4 günə verdiyi müqavilə

Prezident İlham Əliyev 2018-ci ilin mart ayının 23-də “Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, kompleksin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsindən 16,5 milyon manat ayrılmışdı. Dörd gün sonra Gənclər və idman naziri Azad Rəhimov Beyləqanda idi. Burada 2,61 hektar ərazi ayrılan məkanda sayca 45-ci olimpiya idman kompleksinin (OİK) artıq çalası qazılmışdı və təməli qoyulurdu. Sərəncamın mürəkkəbi qurumamış nazirlik tikinti şirkətini də tapmışdı. Bu, “Tavv Construction” MMC idi. Şirkət 2017-ci ilin oktyabr ayında Bakı şəhəri, Ağasadıq Gəraybəyli, 31 ünvanında yaradılıb. “Art Plus Design” MMC – idman kompleksinin layihəsinin müəllifi də bu ünvanda yerləşir.

“Nazirliyin sifarişi ilə inşa edilən obyektlərin podratçılarının seçilməsi “Dövlət satınalmaları haqqında” AR qanununun tələblərinə uyğun olaraq açıq tender üsulu və həmin qanunun müvafiq maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq digər satınalma metodları ilə həyata keçirilib. Podratçıların müəyyən edilməsi üçün qeyd olunan qanuna uyğun keçirilmiş müsabiqələrin təşkili ilə bağlı nəzarətedici dövlət qurumları tərəfindən nazirliyə irad daxil olmayıb. Gənclər və İdman Nazirliyinə dövlət büdcəsindən 2018-2019-cu illər ərzində ümumilikdə 11 idman obyektinin tikintisinin maliyyələşdirilməsinə 59 milyon 597 min manat (ƏDV daxil olmaqla) manat məbləğində vəsait ayrılıb”. Bunu informasiya sorğusuna cavab olaraq nazirliyin mətbuat xidməti bildirib.

Nazirliyin cavabında o da qeyd olunub ki, 2019-cu ildə quruma ayrılan vəsait hesabına Tərtər və Neftçala rayonlarında OİK-lərin, Yardımlı rayonunda idman kompleksinin tikintisi aparılıb. Tikinti işlərini isə “Unistone” MMC, “Xəzər İnşaat E” MMC və “Meqaplus” MMC yerinə yetirib. Dövlət satınalmaları potalında isə GİN-in idman komplekslərinin tikintisi məqsədilə bağlanan, ümumi dəyəri 7,6 milyon manat olan yalnız 4 müqavilə haqqında (Abşeron və Ağcabədi OİK-lərdə tamamlama işləri, Yardımlı rayonunda İdman Kompleksinin II mərhələsinin tikintisi və Əmircan qəsəbəsində mini futbol meydançasının tikintintisinə hazırlıq işləri) məlumat verilir. Bu müqavilələrdən ikisi müsabiqə keçirilmədən, yəni birbaşa bağlanıb. Həmin işlərin biri “DDLAR İnşaat” MMC-yə tapşırılıb və şirkətə 1 milyon manata yaxın pul köçürülüb.

Hafiz Babalı
*








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru