“Eksperimental xəstəxana”, yoxsa "KOLXOZ BAZARI"... - NARAZILIQ!
Tarix: 19-05-2021, 09:35 | Çap et
 Bakı şəhərində, əhali tərəfindən “Eksperimental xəstəxana” adı ilə tanınan bu tibb ocağının rəsmi adı “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” PHŞ formasında yazılır. Çoxhörmətli və məşhur bir alimin adını daşıyan bu elm mərkəzini heç bir tərəddüd etmədən “kolxoz bazarı” adlandırmaq olar. Bu, mənim şəxsi fikirim olsa da, həqiqət və reallıqda bununla razılaşmaq məcburiyyətindəyəm (17.05.2021-ci il tarixində qəbulda olmuşam). Xəstəxanada iş rejimi saat 9-00 da başlasa da, artıq saat 8-20 dən etibarən içəridə olan həkimlərin telefon zəngləri əsasında bəzi pasiyentlərə (nəyinsə müqabilində) içəri daxil olmaq mümkün olur. İnsaf xatirinə qeyd etmək istəyirəm ki, giriş qapısında xidmət göstərən əməkdaşlar bunu istəməsələr də, həkimlər ardıcıl və davamlı olaraq onlara zəng edir və öz “sevilmilərini” içəri buraxdırmağa nail olurlar. Prosesin ən dəhşətli və qorxulu halı saat 9-da baş verir. Qapı açılan kimi yüzlərlə insan qeydiyyat pəncərəsinin önünə hücum çəkir. Bir-birini itələmə, kənarlaşdırma, səs-küy, qeyri ədəbi ifadələr, yaranan mənzərə “kolxoz bazarı” ilə müqayisədə daha kobud, daha acınacaqlı görünür, baxmayaraq ki, pandemiya həyatda öz işini görür. Sözsüz ki, burda nə məsafədən, nə maskadan, nə də ki, hər hansı bir sanitar normadan söhbət gedə bilməz. Kabinetlərin qarşısında divardan asılan dizenfiksiya məhlul qablarının hamısı boşdur. Bütün bu proseslərin, cəngəllik qanunlarının canlı şahidi olaraq, nəhayət ki, üçüncü mərtəbədə işləyən (qapıda nömrə yoxdur) Rasim Arif oğlu Quliyev adlı həkimin qəbuluna göndəriş ala bildim. O, məni qəbul etdi və təmkinlə ağrılarım haqqında informasiya topladıqdan sonra göndərişin üzərində bəzi qeydlər apararaq birinci mərtəbəyə, 11 saylı kabinetə, doppleroqrafiya müayinəsindən keçmək üçün istiqamət verdi. Bəli! “Kolxoz bazarı”nın əsl sifəti, daha doğrusu, bütün “gözəllikləri”, bütün dəlilləri və həqiqi reallıqları bundan sonra başladı. 11 saylı kabinetdə işləyən həkim Ələsgər Əliyev heç bir tərəddüd etmədən dedi: -- 50 manat ödəməlisiniz... -- Mən Akademik Mirqasımov adına RKX-dan göndərişlə gəlmişəm. -- Bunun heç bir əhəmiyyəti yoxdur. Həmin zaman Əliyev Ələsgərə bir tibb bacısı yaxınlaşdı və soruşdu: -- Mənim tanışım gəlibdir. Öyrənmək istəyir ki, doppler müayinəsi neçəyədir? Ələsgər Əliyev gözünü, belə, qırpmada dedi: -- Əlli manat... Tibb bacısı kabineti tərk etdikdən sonra, mən həkimə bildirdim ki, göndərişlə gəlmişəm, II qrup əliləm, sığortam var və s. Elə etməyin ki, şikayət edim. O, dedi: -- Kimə istəyirsən get de. Ümumiyyətlə kabineti tərk et. Mənim bu söhbətlərə va-xtım yoxdur... Mən, kabineti tərk edib, baş həkimin (Yusif Əliyevin) qəbul otağına yollandım. Katibə bildirdi ki, baş həkim “beş” dəqiqəlikdədir. Yaxşı olar ki, direktorun qəbuluna gedəsiniz. Mən direktorun (Rauf Ağayevin) qəbul otağına gəldim. Burda katibə bildirdi ki, direktor məşğuldur, baş həkimlə nəyisə müzakirə edirlər. Mən əsəbi halda dedim: -- Əla! Bu, daha yaxşı oldu. Katibə məni dinlədikdən sonra direktorun otağına keçdi. Bir müddətdən sonra çxaraq dedi: -- Gözləyin! Həkimə zəng edirlər. Çox keçmədi ki, içəidən direktor çıxıb katibəyə dedi: -- Zəng et!.Gəlib xəstəni aparıb müayinədən keçirsinlər... Katibənin zəngindən sonra bir tibb bacısı məni yenidən 11 saylı kabinetə Əliyev Ələsgərin yanına apardı.O, deyinə-deyinə məndən pul istəmədiyini bildirərək dedi: -- Bəyəm mən kimdənsə rüşvət alıram?! Ancaq həmən məndən əvvəl ki, xəstədən 100 manat aldı və 50 manat qalığı qaytardı. Sözün açığı onun müayinəsini dəyərli hesab etmirəm. Çünki onun başdan etmə hərəkətləri diqqətimdən yayınmadı. Artıq məni müayinənin nəticəsi yox, hüq-uqlarımın bərpası maraqlandırırdı.Mən isə buna nail oldum! Nə vaxta kimi Azərbaycan səhiyyəsi “kartof-soğan” satılan “Kolxoz bazarı”nı xatırladacaqdır. Bu gün, səhiyyə daha bərbad vəziyyətdədir, ümumiyyətlə, başqa cür də ola bilməz. Əgər bir arvadın üç kişisi varsa-Səhiyyə Nazirliyi, TƏBİB və Sığorta Agentliyi, -- demək, -- uşağın atası bəlli olmayacaqdır...
Veydəddin PİRƏLİYEV, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. //araz.az//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
|