“Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                 

İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır – Kitab satıb pul qazanmaqla, yoxsa…
Tarix: 21-01-2022, 11:21 | Çap et
İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır
Azərbaycanda əhali arasında arıqlama, daim bir çəkidə qalmağın yoları ilə bağlı böyük məlumatsızlıq var. İnsanlar həkim məsləhəti olmadan dietalar saxlamaqla, müxtəlif bitki çayları içməklə, yaxud da ən bahalı fitness klublara, ya da idman zallarına getməklə, bu arzularına çatacaqlarını düşünürlər. Baxmayaraq ki, uzun zamanlardır bu sahə üzrə püxtələşmiş, dünyanın ən məşhur həkim-dietoloqları da insanlara tövsiyyə edirlər ki, hər bir orqanizm spesifik olduğu üçün,tətbiq olunacaq dieta formulu da spesifik olmalıdır. Yəni, həkim nəzarətindən keçmədən, təzyiq, şəkər, qan analizləri vermədən hansı dieta formulasının insana uyğun gəldiyini bilmək olmaz.

Buna baxmayaraq insanlar qeyri-peşakarlar tərəfindən qazanc əldə etmək məqsədi ilə yaradılan psixoloji, arıqlama mərkəzlərinə üz tuturlar. Bu kimi mərkəzlərdə insanların dolandırıldığı barədə sosial şəbəkələrdə çoxsaylı narazılıqlara, şikayətlərə rast gəlmək mümkündür. Hazırda Bakı şəhərindəı belə mərkəzlər çoxdur. Bu mərkəzlərin göstərdiyi xidmətlərdən nə kimi nəticələrin əldə olunması özü də qaranlıq qalan məqamlardandı. Vədlər verərək pasientləri cəlb etdikdən sonra istənilən nəticəni verməyən, insanların narazılığına səbəb olan belə mərkəzlərin fəaliyyəti necə tənzimlənir, kimin haqlı, kimin haqsız olduğu necə müəyyən edilir. Əsas suallar da elə buradan yaranır.

Aktualunfo.org-a müraciət edən, adının hallanmasını hələlik istəməyən Naxçıvan sakini də yuxarıda qeyd etdiyimiz problemlərlə üzləşdiyini, aldadıldığını bildirir. Üzləşmiş olduğu bu problemi ictimailəşdirilməsini istəyən vətəndaş həm də ödədiyi pulun geri qaytarılmasını tələb edir. Onun şikayətini olduğu kimi diqqətinizə çatdırırq.

“Yazaraq bildirirəm ki, 18.07.2021 ci il tarixdə Denizegece.azerbaijan instagram səhifəsində gördükdən sonra İlahə adlı xanimla telefon danışığımız oldu. İlahə xanim bizə yiyərək qalıcı arıqlama, insulin dirəncinin bərpası, zob hormonlari, gərginlik, özünə qapanma və s. kimi problemlərin aradan qaldırılmasına əlavə pisxoloqlar cəlb olunacağına 100 % qarantiya verdikdən sonra 22.07.2021 ci il tarixdə bizə Şahverdiyev Murad adlı şəxsə məxsus Kapital Bank karti şəklini göndərdi. Mən həmin gün 15.34 radələrində 1035.00 AZN pulu həmin karta yüklədim, mənə hər hansı bir kassa mədaxil orderi təqdim olunmadı. Bizə Bakı şəhərindən kitab və qulaqçıqlar göndərildi. Proseslərə başlarkən 10 yaşlı qızımın 64 kq çəkisi varıydı. Həftədə 1 saat olmaqla Gövhər xanim qızım ilə WhatsAPP vasitəsi ilə danışıqlar aparırdı. Bir müddət keçdikdən sonra marafona qoşulmaq üçün Gövhər xanim əlavə olaraq 90 azn pul istədi. Daha sonralar bizdən gün ərzində qızımın minimum 20 000 maksimum 30 000 addım atmasını istədilər. O aralarda qızımın çəkisi 57 kq yendi. Çəkinin yenmə səbəbi isə qızımın dayanmadan aylarca yürüş etməsi idi . Yürüş dayandıqdan sonra qızım əvvəlki çəkisinə çatdı. Halbuki İlahə xanimla biz danışanda yürüş söhbəti olmamışdır. Proseslər bitdikdən sonra mən İlahə xanimla danışdım və məni Günel adlı xanima yönləndirdi. Günel xanim məndən onlara 1 ay müddət verməyimi xahiş edərək qızıma qəti qarışmamağımızı tələb etdi və razılaşdıq. Bir ayın tamamında qızımın çəkisi 69.5 kq çatdı. Mən vəziyyəti İlahə xanima bildirmək üçün 2 gün ərzində zənglər etdim. Təsüf ki, mənim telefonlarımı açmadı. Hal-hazırda övladımın pisxaloğyası korlanıb, yuxarıda göstərdiyim vədlərin heç birnə əməl olunmadı, ən əsasıda ödədiyim 1035.00 AZN mənə qaytarılmır. Bu yazdıqlarımın hər birini sübuta çatdırmağa səs yazısı və WhatsAPP yazışmaları mövcutdur. Əlavə olaraq oraya ödədiyim pulun qəbzini, övladımın mövçud şəklini və lahə xanimla olan səs yazılarını CD şəklində sizə təqdim edirəm. Sizdən xahiş edirəm ki ödədiyim vəsaitin mənə qaytarılmasına köməklik göstərəsiz.”

Aktualinfo.org vətəndaşın bu müraciəti əsasında internet resursrları üzərində apardığı araşdırmalar zamanı sözügedən arıqlama mərkəzi barədə o qədər də səhih məlumatlar toplaya bilmədi. Yalnız məlum oldu ki, ““Deniz Egece Neuroscience Academy” Türkiyədə yaradılıb. Türkiyə vətəndaşı olan Deniz Egece 35 yaşına qədər fabrika sahibi və iş adamı olub. Günün birində işlərini ataraq özünü kəşf etmək və müalicə olunmaq üçün çıxdığı yolda, özünü araşdırmalara həsr edib.

Deniz Egece, Uzaq Şərq, Avropa və Amerikada Neyroelm sahəsində xüsusi təhsil alıb. Keçdiyi təlimlərdən bəziləri yoqa terapiyası, kontemplasiya, pilates, NLP, hipnoz, özünə-hipnoz, qidalanma pozğunluqları, kvant fizikası, foto-yaddaş, ayurveda, reyki, fen-şuy, bioenerji və bədən dili olublar. Ən son Deniz Egece Harvard Universitetinin Nyu-York Film Akademiyasında (NYFA) şüuraltına təsir göstərən səs və işıq texnologiyaları üzrə təhsil alıb.

Deniz Egece özü də qalıcı olaraq 40 kq çəki atıb, xəstəliklərini müalicə edib və asılılıqlarından azad olub. “Təlimlə Qalıcı Çəki” və “Təlimlə Öz-özünə Qalıcı Müalicə” metodlarını inkişaf etdirib. Bir çox milli və beynəlxalq qəzet, jurnal, televiziya verilişləri və xəbərlərdə qonaq olub, dünyanın bir çox şəhərində universitet və məktəblərdə seminarlar keçirib.

Türkiyə, Azərbaycan, Almaniya, İsveçrə və ABŞ-da Deniz Egece Neyroelm Akademiyası və İnstitutunu yaradıb. Deniz Egece sağlamlıq sahəsində işləyən insanlara öz metodunu öyrədərək təlimçilər yetişdirib, müxtəlif ölkə və şəhərlərdə “Qalıcı Arıqlama Düşərgələri” və “Onlayn Qalıcı Arıqlama Təlimləri” keçirtməyə davam edir. “Dinləyərək Şüur Kodlama” və “Görüntülü Şüur Kodlama” cihazlarını icad edib. “Yatarkən arıqla” və “Musiqi ilə subliminal mesajla arıqlama” məhsullarını icad edib. Deniz Egece “Arıqlamada Son Söz”, “100% Qalıcı Arıqlama”, “Şüurlu Arıqlama”, “Arıqlamada dəyişim müddəti”, “Arıqlamada Düşüncə Fasiləsi” adlı kitabların müəllifidir.

Bəs bun arıqlama metodları Azərbaycana necə gəlib? https: www.denizegece.com.tr saytına yerləşdirilmiş məlumata görə https://www.denizegece.com.tr/deniz-egece-norobilim-akademisi-azerbaycanda-kuruldu/ Azerbaycanlı iş adamı ve hukukçu Nail Şahverdiyev ve eşi Gülmira Şahverdiyeva yatırım yaparak 28 Ocak 2019 tarihinde Azerbaycan’ın başkenti Bakü’de Deniz Egece Nörobilim Akademisi kuruldu.

Yönetim kurulu başkanı Nail Şahverdiyev şöyle konuştu:

“Akademimizin genel merkezi Azerbaycan’da olup buradan Azerbaycan, Rusya, Kazakistan, Ukrayna, Beyaz Rusya, Özbekistan, Türkmenistan, Kırgızistan, Letonya, Estonya, Litvanya, Tacakistan, Gürcistan, Moldovya, Çek cumhuriyeti ve İngiltere olmak üzere 16 ülkeye hizmet verecektir. Tüm Deniz Egece’nin ürün ve hizmetlerinin yayını, tanıtımı ve dağıtımı Bakü’de kurduğumuz merkez Akademi tarafından gerçekleşecektir.”

Nail Şahverdiyev kimdir? “Varidat Consulting” şirkətinin sahibi. “Varidat Consulting” 1994-cü ildə Nail Şahverdiyev tərəfindən Azərbaycanda təsis edilmiş, professional hüquq, biznes və maliyyə konsaltinqi xidmətləri göstərən bir şirkətdir.

Nail Şahverdiyevin adı hələ 2018-ci ildə, azərbaycan əsilli rusiyalı biznesmen, milyarder Fərhad Əhmədovun qanuni təmsilçisi kimi Bakının Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alan İtaliya şirkəti “Paghera” ilə F.Əhmədov arasında qarşılıqlı ittihamlarla müşaiyət olunan qalmaqalda hallanmışdı.

Mərkəzin www.dena.az vev-saytı naməlum səbələrdən işləmir. Azərbaycanda yaradıldığı 2019-cu il göstərilsə də 2018-ci ildən sosial şəbəkələrdə reklam olunub. Hətta bəzi televiziyalarda da mərkəzlə bağlı reklam xarakterli süjetlər verilib. Daha çox instagram üzərindən reklam olunur. Facebook sosial şəbəkəsi üzərində olan səhifədə son paylaşım 11 aprel 2020-ci ildə olub. Apardığımız araşdırmalarda Denizegece.azerbaijan-nın direktoru Nail Şahverdiyevin qardaşı Murad Şahverdiyev olduğu ortaya çıxdı. Bu həmin şəxsdir ki, Naxçıvan sakini onun Kapital bank hesabına 1035 manat pul köçürüb.

İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır
İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır

Apardığımız araşdırmalar zamanı həmçinin məlum oldu ki, Naxçıvan sakinin ödədiyi 1035 manat “DENİZ EGECE KİTAB” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülüb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DENİZ EGECE KİTAB” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev 15, qanuni təmsilçisinin isə Tağıyev Roman Dünyamalı oğlu olduğu göstərilir.

İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır
İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır
İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır
İTTİHAM: “Denizegece” Azərbaycanda pasientləri hansı üsullarla arıqladır

Bütün bunlar Denizegece.azerbaijan haqqında internet üzərindən, açıq mənbələrdən əldə etdiyimiz məlumatlardır. Şikayətçinin redaksiyamıza təqdim etdiyi telefon nömrəsi ilə əlaqə saxladığımız mərkəzin nümayəndəsi bizi hüquqşünasla calaşdırdı. “Varidat Consulting” şirkətinin meneceri Elmar Hüseynzadə şikayətçinin narazılığından məlumalı olduğunu bildirdi. Görüş zamanı Elmar Hüseynzadə həmçinin onu da əlavə etdi ki, pasientlərlə təlimatlar fərdi qaydada aparılır. Seanslar daha çox pasientlərin istəyi ilə həyata keçirilir. Yəni mərkəzə gələn də olur, evdə qalmaqla seans qəbul edən də. Qiymətlərə gəlincə Elmar Hüseynzadə bildirdi ki, bu arıqlama paketlərindən asılıdır. Arıqlama paketlərinə isə kitablar, SD disk daxildir və müxtəlif qiymətlərədir. Şikayətçinin narazılığına gəldikdə isə. Elmar Hüseynzadə günahın daha çox pasientdə olduğunu, təlimatlara əməl etmədiyini bildirdi. Bununla belə onlar şikayətçinin narazılığına yenidən baxmağa hazır olduqlarını və hər hansı kompromis varianta gəlmək üçün onunla yenidən əlaqə saxlayacaqlarını bildirsə də, artıq bir həftədən çox keçməsinə baxmayaraq şikayətçi ilə heç bir əlaqə yaratmayıblar.

Bütün bunlardan görsənən odur ki, Denizegece.azerbaijan respublikada arıqlamaq üzrə kitab satışı ilə məşğuldur. Burada arıqlama üsrə hər hansı həkim-mütəxəssis nəzarətindən söhbət gedə bilməz. Burada təlimatlandırılmış şəxslər tərəfindən pasientlərə kitab satılır. Yəni, mərkəz kitab satmaqla pul qazanır. Yuxarıdakı reklam olunan şəkillərdə hər arıqlama kitab paketinin qiyməti göstərilir. 40 manatdan, 250 manata qədər. Bəs bir ay WhatsAPP-la həftədə yarım saat təlimata 1035 manat haradan yaranıb? Bu qiymətləri kim müəyyən edir? Ümumiyyətlə bu mərkəzin fəaliyyətinə lisenziyanı kim verib, yaxud varmı? Digər tərəfdən. Şikayətçi bildirir ki, mərkəzin nümayəndəsi arıqlamanın seanslardan sonra qalıcı olacağına zəmanət verib, lakin bir aydan sonra yenidən kökəlmə baş verib və uşaq depresiyaya düşüb, psixoloji problemlər yaranıb. Bəs bu problem aradan necə qaldırılacaq?

Mövzu ətrafında araşdırmalarımız davam edir. Tərəflərin irad və mövqelərini yenidən dərc etməyə hazırıq.

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru