“BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                 

SƏLİM MÜSLÜMOVUN QOÇULARI MİLLƏTİ AĞLAR QOYUB
Tarix: 21-09-2012, 10:12 | Çap et
SƏLİM MÜSLÜMOVUN QOÇULARI MİLLƏTİ AĞLAR QOYUB

CƏLİLABADDAN ŞİKAYƏT: “BİZİ BU CÜR SEYİDLƏRİN ƏLİNDƏN QURTARIN”

DİA.AZ: - Son vaxtlar Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun əyalətdəki “qoçularından”, DSMF-nin rayon şöbələrindən gələn şikayətlərin sayı artmaqdadır. Cəlilabad rayonunda DİA.AZ-a daxil olan şikayətlərdə nədən bəhs edilir? Həsənov Azadxan bu barədə redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır:

“Artıq iki ildən çoxdur ki, kasıbçılıq içində əziyyət çəkən qızım üçün sosial yardım almaqdan ötrü əlaqədar təşkilatlara müraciət edirəm. Hər dəfə müxtəlif bəhanələrlə məni get-gələ salır, aybaay işi uzadırlar. Son dəfə Prezidentimiz İlham Əliyevə müraciət edəndən sonra şikayətimə baxıldı, qərara alındı ki, bu ilin iyulundan qızıma yardım verilsin. İndi ƏSMM Cəlilabad şöbəsi deyir ki, gedin DSMF-nin rayon şöbəsindən sosial sığorta Şəhadətnaməsi gətirin. DSMF Cəlilabad rayon şöbəsinin müdiri Mirağa Salmanov isə bizə Şəhadətnamə vermək əvəzinə “leksiya” söyləyir. Deyir ki, gedin 1 ilin sığorta pulunu gətirib mənə verin, Şəhadətnamə kartınızı verim. Həm də bildirir ki, hesablamışıq, 400 manat pul verməlisiniz. Bu qədər pulu haradan tapıb verək, bilmirik? Demək belə çıxır ki, mən bankdan kredit götürüb, bu yoldaşa 400 verməliyəm ki, nədi-nədi mənə 6 aydan sonra 30-40 manat yardım veriləcək?! Bu biabırçılığa kim son qoyacaq?

Hələ məsələ bununla da bitmir. Qızımın evinə başqa kənddən gəlin gəlib. Mirağa müəllim deyir ki, o gəlinin evindən də gəlib bizə pul köçürməlidirlər və sığorta kartları olmalıdır. Yəni, o ev də gətirib Mirağa müəllim 400 manat verməlidir, yoxsa, bizə sığorta kartı verməyəcək. Məsələ bununla da bitmir. O evə də gəlin başqa yerdən gəlib, deməli, həmin kənddəki ailə də gətirib bunlara xərac ödəməlidir. Qalmışıq odla suyun arasında. DSMF müdiri Mirağa Salmanovun əməllərindən baş aça bilmirik. Quyruq quyruğa bağlanıb gedir, Mirağa Salmanov özünəməxsus piramida sistemi qurub bizi ələ salır.

Rayonda ali savadlı, tərbiyəsi, peşəkarlığı hamını razı salan gənclər iş tapa bilməsə də Mirağa Salmanovun əksər qohumları bacarığı oldu-olmadı onun rəhbərlik etdiyi təşkilatda vəzifə alır Sanki DSMF Cəlilabad şöbəsi onun şəxsi malikanəsidir. Mirağa Salmanov adamlara deyir ki, mən seyidəm, sizin ağanızam, mənə “müəllim” yox, “ağa” deyin, Hətta işçilər də ona qorxusundan “müəllim” yox, “ağa” deyə ona müraciət edirlər, o bundan həzz alır. Bu idarəyə girən kimi görürsən hamı danışır, ağam belə gəldi, ağam elə getdi.

Hələ də başa düşmürük ki, nəyə görə uzun müddətdir ki, bu adam rayon camaatının başına olmazın oyunlar açır, amma onun əməllərinə heç bir reaksiya verilmir? Mirağa Salmanovun keçmişində bir sıra şübhəli məqamlar var. Biz istəyirik ki, onun keçmiş və indiki əməlləri bütün detalları ilə araşdırılsın”.

Cəlilabad rayonunun digər sakini İsgəndərov Amil Kərimxan oğlu da DSMF-nin Cəlilabad şöbəsindən narazıdır. O isə redaksiyamız yolladığı məktubunda bunları deyir: “Sirr deyil ki, ünvanlı sosial yardım kasıbların baş bəlasına, bu işə baxanların isə qazanc yerinə çevrilib. Yeni qaydalara görə ünvanlı yardım almaq üçün DSMf-dən Şəhadətnamə almaq lazımdır. Cəlilabadda bu Şəhadətnamənin verilməsi üçün DSMF-nin rayon şöbəsindən 12 ayın pulunu istəyirlər. Qalmışıq 2 seyid idarəsinin arasında. Get-gəllərdən bezmişik.

DSMF Cəlilabad şöbəsinə dəfələrlə gedib-gəlməyimə baxmayaraq, həmin idarənin müdiri Mirağa Salmanovu çox vaxt iş yerində tapa bilmirik. Məlum olur ki, bu adam infarkt keçirib, hələ üstəlik şəkəri də var, ona görə də işə vaxtı-vaxtında gələ bilmir. Qoca kişidirsə, qoy gedib evində otursun, xalqı niyə zülmə salır ki?! Mən 1-ci qrup əliləm, istər saat 11-də, istərsə də günorta 2-3 radələrində dəfələrlə bu idarəyə getsəm də, Mirağa Salmanovu iş yerində tapa bilmirəm. Tək mən deyiləm, çoxlu adam tanıyıram ki, ora gedib gəlir, Mirağa Salmanovu işdə tapa bilmir. Vətəndaşlar saatlarla idarənin qabağında oturub onu gözləyirlər, uzaq kəndlərdən dəfələrlə hədər yerə yol ölçməli olurlar.

Mirağa Salmanov ya işə gəlmir, gələndə də vətəndaşlarla kobud rəftar edir, söyüş söyür, qəbula gələn ağsaqqalı, qadını belə vecinə almır. Deyir ki, mən buranın ağasıyam, seyidəm, cəddim sizə göstərər. Deyirsən, “hökumətə şikayət edəcəyik”, deyir Cəlilabadın hökuməti mənəm. Məhz onun nizam-intizamının olmaması nəticəsində idarənin sənədlərində qarma-qarışıqlıq yaranıb, adi sənədi gəlib soruşursan, günlərlə axtarırlar, tapa bilmirlər. Aşağıda, birinci mərtəbədə öz bacısı oğlunu qanunsuz olaraq işə götürərək pul yığımı məsələsini ona tapşırıb.

Mirağa Salmanov idarədə əsl hərc-mərclik yaradıb. Tez-tez işçilər arasında dava-dalaş düşür. Kağız-kuğuzlar bir-birinə qarışır. O, ürəyi istədiyi vaxt qanunsuz təyinatlar verir.

M. Salmanov bir neçə ay qabaq Kərbəla ziyarətinə getmişdi, indi də Həccə hazırlaşır. Xahiş edirəm, aydınlaşdırın, o bu pulları haradan gətirir? Bizim qanımızı içərək həmin pulları qazanır, sonra gedib özünə Haci titulu alır. Mirağa Salmanov bütün pul çıxan yerlərə öz adamlarını qoyub var-dövlət qazanmaq barədə düşünür, nəticədə biz qara camaat zülm çəkirik. Sığorta .əhadətnamələrini paylamır, yığıb otağına saxlayır, qəbula gələnlərdən tələb edir ki, həmin Şəhadətnamə üçün ona 300-400 manat versinlər. Bu yaxınlarda ANS kanalından Mirağanın sığorta Şəhadətnamələri ilə bağlı törətdiyi maxinasiyalardan süjet verdilər, amma yenə də tədbir görülmədi. Sığorta Şəhadətnaməsini yığıb otağına, vermir, birinə deyir, 3 aylığın köçürməsini ver, birinə deyir 1 illiyini ver. Rayon camaatı adından xahiş edirik ki, bizi bu cür seyidlərin əlindən qurtarın”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru