Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                 

Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Tarix: 18-05-2026, 07:19 | Çap et

Azərbaycanda keçirilən, dövlət qurumları tərəfindən elan edilən tender layihələrinin də ölkənin daha bir həlli mümkünsüz ciddi probleminə çevrildiyi heç kəsə sirr deyil. Yatırımlar sahəsində ciddi pozuntular, əsaslı vəsait qoyuluşunda qeyri-şəffaflıq, dövlət satınalmalarında şok yaradan korrupsiya, büdcə qanunvericiliyinin pozulması… kimi neqativ amillər ədalətli keçirilməyən əksər tenderlərin boğazından asılmış zəncir kimidir — dartsan da açılan deyil. Dövlət qurumlarının saysız-hesabsız tender fırıldağı birbaşa iqtisadi inkişafa, rəqabət mühitinə və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə çox ciddi ziyan vurur — Goranboy rayonundakı kimi. Bu bölgədə tenderlərin elan olunmasından, onların nəticələrinin açıqlanmasınadək pozuntular kifayət qədər olur.

Bunun acı nəticəsidir ki, rayonun mərhum rəhbəri Nizaməddin Quliyevdən sonra, indiki icra başçısı Məhərrəm Quliyev bölgədə heç bir abadlıq və quruculuq işləri aparmayıb. Yerli sakinlərin dediyi kimi, Goranboy gündən-günə dağılır, infrastruktur getdikcə çökür.

Məhərrəm Quliyevin rəhbərlik etdiyi Goranboy Rayon İcra Hakimiyyəti və tabeliyində fəaliyyət göstərən qurumların son dövrlərdə bağladığı satınalma müqavilələri ilə bağlı Arazpress.com xəbər portalının əməkdaşlarının apardıqları araşdırmalar da diqqətçəkən rəqəmləri üzə çıxarıb. Konkret desək, dövlət satınalmaları üzrə məlumatların təhlili göstərir ki, təkcə Goranboy şəhər inzibati ərazisi üzrə həyata keçirilən bir-neçə tenderin ümumi məbləği təxminən 961 min manata yaxın olub. Tenderlərin əsas hissəsi isə şəhərdə abadlıq işləri, yolların əsaslı təmiri və yaşayış binalarının yenidən qurulması adı altında rəsmiləşdirilib.

Araşdırma zamanı məlum olub ki, iri məbləğli satınalmaların böyük hissəsi eyni şirkətin — “Star Təmir Construction” MMC-nin üzərinə düşür. Şirkətin qısa müddət ərzində ard-arda bir-neçə iri tenderin qalibi olması isə, ortada müəyyən suallar doğurur. Tender sənədlərinə əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ilk iri satınalma “Goranboy şəhərində abadlıq işləri” adı altında keçirilib. Bu müqavilə üzrə qalib yenə də “Star Təmir Construction” MMC olub və şirkətə 294 min 792 manat 16 qəpik vəsait ayırılıb.


Bundan başqa, həmin şirkətlə S. Vurğun küçəsi, 15 və 17 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri ilə bağlı daha bir müqavilə bağlanıb. Bu tender üzrə dövlət büdcəsindən 155 min 780 manat 95 qəpik ödəmə nəzərdə tutulub.

Ən iri satınalmalardan biri isə şəhər yollarının əsaslı təmiri ilə bağlı olub. Rəsmi məlumatlara görə, “Goranboy şəhərində yolların əsaslı təmiri” işləri üçün keçirilən tenderin qalibi yenə “Star Təmir Construction” MMC seçilib və müqavilənin ümumi dəyəri 485 min 332 manat 97 qəpik təşkil edib.

Beləliklə, təkcə bir şirkətə verilən üç əsas tenderin ümumi məbləği 935 min manatdan artıq edir. Bu isə Goranboy şəhəri üzrə ayrılmış vəsaitlərin demək olar ki, əsas hissəsinin eyni podratçıya yönləndirildiyini göstərir.

Araşdırmalar zamanı diqqət çəkən digər məqamlardan biri də layihə-smeta sənədlərinin hazırlanması üçün ayrıca satınalmaların keçirilməsidir. Belə ki, “Huseynli Partners Architecture and Construction” MMC ilə abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 6 min 489 manatlıq müqavilə bağlanıb. Digər satınalma isə, “Kon-Lay Project” MMC ilə həyata keçirilib. Müqaviləyə əsasən, yaşayış binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasına görə şirkətə 6 min 950 manat ödənilməsi nəzərdə tutulub. Müqavilənin başlanma tarixinin 29 may 2025-ci il olduğu göstərilir.


Bununla yanaşı, çoxmərtəbəli yaşayış binalarında lift təsərrüfatına texniki qulluq və cari təmir işləri də ayrıca tender predmeti olub. Bu istiqamətdə keçirilən satınalmanın qalibi “Real-3” müəssisəsi olub və şirkətlə 9 min 882 manat 50 qəpik məbləğində müqavilə bağlanıb.

Araşdırma zamanı əldə olunan məlumatlar göstərir ki, Goranboy Rayon İcra Hakimiyyətində son dövrlər əsas prioritet istiqamətlərdən biri məhz abadlıq və tikinti layihələri olub. Rəsmi məlumatlarda rayon rəhbərliyinin şəhərdə infrastruktur və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər gördüyü qeyd edilir.

Lakin diqqət çəkən əsas məqamlardan biri tenderlərin eyni şirkətin ətrafında cəmləşməsidir. Açıq mənbələrdə yayılan məlumatlara görə, “Star Təmir Construction” MMC 2021-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı cəmi 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisinin Zaur Maarif oğlu Əsgərov olduğu göstərilir. Açıq resurslarda şirkətin geniş fəaliyyəti və ya iri tikinti layihələri üzrə təcrübəsi barədə geniş məlumatların olmaması da suallar doğuran məqamlardan hesab olunur.

Mütəxəssislər hesab edir ki, dövlət vəsaiti hesabına həyata keçirilən iri satınalmalar zamanı şəffaflıq, rəqabətlilik və ictimai hesabatlılıq xüsusi önəm daşımalıdır. Çünki milyonlarla manatlıq layihələrin eyni şirkətlərə yönləndirilməsi gələcəkdə həm maliyyə səmərəliliyi, həm də işlərin keyfiyyəti ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi. Buna görə, Arazpress.com bu mövzuda araşdırmalarını davam etdirir. Tezliklə daha maraqlı yazımızı dərc etməyi planlaşdırırıq. Bizi izləyin.

Məhi ELSEVƏR /Arazpress.com/









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru