Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ .....                     Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər .....                     Bank olmayan kredit təşkilatlarının SONU gəlir? .....                     Bir olmağa məhkumuq... .....                     Bu ölkələr türklərə nifrət edirlər... .....                     Nəvai həbsxanada nə edir? .....                     Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi .....                     Azərbaycanda toylarla bağlı yeni vəziyyət .....                     Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib .....                     Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                 

“Kanallara nəzarət edən bədii şuralar kağız üzərində fəaliyyət göstərir...”
Tarix: 12-02-2021, 17:16 | Çap et
“Kanallara nəzarət edən bədii şuralar kağız üzərində fəaliyyət göstərir...”
Bir neçə il bundan öncəyə qədər müğənnilər daha çox şairlərə və bəstəkarlara müraciət edir, ifa etdikləri mahnıların sözlərinə daha çox diqqət ayırmağa çalışırdılar. İndi isə gündəmdə olan mahnıların əksəriyyətini müğənnilərin özləri yazıb, arenjeman edirlər.

Tanınmış musiqilərin söz yazarı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədlə bu mövzu ilə bağlı söhbət etdik. Moderator.az-ın suallarını cavablandıran Vüqar Əhməd hələ də şair və bəstəkara müraciət edən sənətçilərin olduğunu vurğuladı.

- Artıq yeni dönəmə qədəm qoymuşuq. Həm yeni mədəniyyət naziri təyin edilib, həm də yeni dönəmə qalib xalq kimi başlamışıq. Yəqin ki, bu yeniliklər sizin də işlərinizə və layihələrinizə təsir edəcək.

- II Qarabağ müharibəsi Azərbaycanın zəfər tarixi kimi həyatımıza qızıl hərflərlə yazıldı. Çox həyəcanlı günlər idi. Gecə səhərə qədər yatmır, Ali Baş Komandanın azad olunmuş torpaqların siyahısını təqdim etməyini gözləyirdim. Bilirsiniz ki, yaradıcılığımın 30 faizini Qarabağa həsr etmişəm. Bu mövzu insanların indi daha çox yadına düşüb və başlayıblar Qarabağdan yazmağa. 44 günlük müharibə ərəfəsində müğənnilər gecə ilə keyfiyyətli, keyfiyyətsiz mahnılar yazdırmağa başladılar. 30 il idi ki, torpaqlarımız işğal altında idi. Bu illər ərzində 20 faiz işğal altında olan torpaqlarımızı tez-tez gündəmə gətirmək və bu mövzu üzərində kifayət qədər işləmək lazım idi.

- Bəs bundan sonra yaradıcılığınızı hansı mövzuya həsr edəcəksiniz?

- Bundan sonra da daha nisgilli yox, qələbə ruhunda yazmağa çalışacam. Hətta sizə deyim ki, biz həmin ərəfələrdə belə boş dayanmadıq. Belə ki, mərhum sənətkarımız Nailə Mirməmmədli ilə “Qələbə marşı”-nı işlədik. Həmin mahnını İlkin Əhmədov oxumalıdır. Şəbnəm Tofiqqızı ilə müharibəni əks etdirən mahnı hazırladıq.

- Karantin dönəmində nələr etdiniz? Yəqin ki, yaradıcılıqla məşğul olmaq üçün kifayət qədər zamanınız olub.

- Karantin dönəmində “Rəsulzadə” romanım çap olundu. Bundan başqa “Koroğlu” dastanın motivləri əsasında “Koroğlu” romanım işıq üzü gördü. “Molla Nəsrəddin” ensiklopediyasını hazırladıq. Ədəbiyyat İnstitutunda rəhbərlik etdiyim Mətbuat tarixi və publisitika şöbəsinin xətti ilə Gülbəniz Babayeva ilə Təhminə Vəliyevayla birlikdə 500 səhifəlik bir ensiklopediya ərsəyə gətirdik. Bu cənab prezident İlham Əliyevin sərəncamı ilə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuşdu. Jurnalın ideya müəllifi İsa

Həbibəylidir. Yəni karantin günlərində də kifayət qədər işləmişik. Belə tarixi işdə imzam olduğu üçün şadam.

- Vüqar müəllim, sizi daha çox ötən illərin məşhur musiqilərinin söz yazarı kimi tanıyırıq. Bu gün trenddə olan musiqlərin sözlərini anlamaq, aydın etmək olmur. Bəzən sözlər o qədər bəsit olur ki, tamaşaçının ondan necə zövq ala bildiyini düşünməyə bilmirsən.

- Bu danılmaz faktdır. Ola bilər ki, ifaçı istedadlı olsun, yaxşı səs tembrinə sahibləsin. Ancaq bir adam 3 istiqamətdə necə istedadlı ola bilər? Demirəm mümkün deyil, ancaq nadir hallarda olar. Bəzən görürsən ki, musiqi plagiatdır, mahnıdakı mətn söz yığınından başqa bir şey deyil.

Eləsi də var ki, gözəl şairdir, ancaq onun yazdığı mətn musiqiyə düşmür. Çünki musiqi duyumu yoxdur. Musiqidən kənar adamdır. Elə sözlər var ki, onlar nəğmə mətnində olmaz. Nəğmə mətnində müəyyən qədər sadəlik lazımdır. Musiqi ilə harmoniya təşkil etməlidir.
- Bu işdə şans və naxış da müəyyən qədər rol oynayır.

- Elə şairlərimiz var ki, yaşı 60-ı keçsə də bugünə qədər mahnı yazmayıb. Görəndə ki, bu vaxta qədər tutuzdura bilməyib, tanınmır müğənnilərlə işləməyə başlayır. Oxuya bilməyən müğənnini efirdə tərifləyir ki, onun sözlərinə mahnı yazdırsın. Dünyasını dəyişən tanınmış xalq şairimiz bir dəfə mənə dedi ki, müğənnilər sözlərimə mahnı yazdırmırlar. Ona dedim ki, siz böyük şairsiniz, sadəcə olaraq yazdığınız sözləri musiqiyə düşməyib.

- Bu gün o bayağı mahnılar keyfiyyətli musiqilərdən daha çox dinlənilir.

- Tamaşaçı bütün günü efirlərdə o ifaçıları görür. Efirə kim çox çıxırsa elə bilir ki, həmin ifaçı yaxşı oxuyur. Ancaq şox şükür ki, bu gün peşəkar şairlər, bəstəkar və ifaçı triolarından gözəl nəğmələr yaranır. Az da olsa onlar hələ də fəliyyət göstərir. Hinddən, ərəbdən, farsdan musiqiləri oğurlayıb, yerinə söz qoşaraq Azərbaycan musiqisinə haram gətirirlər. Bu tək musiqidə belə deyil, incəsənətin digər növlərində də var. İndi yaradıcı insanları pul qazanmaq düşündürür. Onların 70 faizi “kimin cibini necə soyum?”- düşüncəsi ilə yaşayır. Karantin başlayandan da pul qazana bilmədilər. Bunları gördükdə Milli Elmlər Akademiyasında çalışan alimlərimizin bir qisminə heyran qalıram. Az maaşla yenə də vicdanla işləyirlər.

- Sizcə televiziyalarımız bayağı musiqilərin reklamı və təbliğatı ilə məşğul olmurmu?

- Azərbaycan Dövlət Televiziyasını və Murad Dadaşov gəldikdən sonra Xəzər televiziyasını çıxmaq şərti ilə, digər televiziyalarda tez-tez bayağı musiqilərə rast gəlirik. İndi danışıram, bilirəm ki, həmin kanallar da sonra da məni qara siyahıya salacaq. Elə televiziyalar var ki, məni 13 il qara siyahıda saxlayıb. Elə ki, onları tənqid etdin qara siyahılarına düşürsən. Düzdür, əslində bu məni o qədər də maraqlandırmır, ancaq dediklərim danılmaz faktdır.

- Axı bunlara nəzarət edən Bədii Şura var. Bu ifaçılar efirə necə asan yol tapa bilir?

- Kanallara nəzarət edən bəddi şura kağız üzərində fəaliyyət göstərir. İndi ən öndə gedən kanallarda bayağı müğənnilər at oynadır. Elə müğənnilər var ki, gözəl səsi olsa da oxuduğu mahnının sözləri bərbaddır, musiqisi, onun milli mənsubiyyəti bilinmir. Ancaq bütün günü efirlərdədir. Təbii ki, sözüm bütün kanallara şamil olunmur.

- Bəlkə də həmi ifaçıları sevən televiziya işçilərinin özüdür ki, onları dəfələrlə eyni verilişə dəvət edirlər.

- Məhəmmədhüseyn Şəhriyar deyirdi ki, “Bizdən irəlidədir Avropalılar, işi iş bilənə tapşırırlar”. Məhz bu səbəbdəndir ki, bizim televiziyalarımızda nümayiş olunan layihələr beynəxlalq televiziya standartları ilə ayaqlaşa bilmirlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
• Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər - "AXİOS"
Bu gün, 08:12
• Bank olmayan kredit təşkilatlarının SONU gəlir? - AKTUAL
Bu gün, 08:11
• Bir olmağa məhkumuq... - ÇAĞIRIŞ
Bu gün, 08:03
• Bu ölkələr türklərə nifrət edirlər... - FAKT BUDUR...
Bu gün, 07:58
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
• Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10
• Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44
• Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru