Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                 

"Mən nə olursa-olsun hər gün onlara zamanımı ayırıram"
Tarix: 22-05-2023, 09:59 | Çap et
"Mən nə olursa-olsun hər gün onlara zamanımı ayırıram"
Tanınmış aparıcı Könül Muxtarova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Könül xanım, bu gün doğum gününüzdür. Sizi ürəkdən təbrik edirəm. Bu ilki doğum gününüzü necə qeyd etdiniz?

- Bu gün 34 yaşım tamam olur. Ötən ilki doğum günümü böyük çevrədə və təntənəli şəkildə qeyd etmişdim. 44 günlük Vətən müharibəsindən sonra, artıq il yarım idi ki, mənim ailəmdə, evimdə xoş günlər qeyd olunmurdu. İstəsəydim də, edə bilmirdim. Deyirlər ki, 33 yaş qadın üçün cənnət yaşıdır. Ona görə də keçən il şəhid qadınlarının halallığını alaraq, onların ilk çıxışıyla başlayan tam fərqli formada özümə doğum günü keçirmişdim. Bu ilki 34 yaşımı ümumiyyətlə qeyd etmədim. Çünki doğum günümdə işdə-səhnədə oldum. Amma may ayının 20-dən 21-nə keçən gecə ailəm, övladım, ən yaxın, doğma, sevdiyim insanlar yanımda oldular. Onlar mənə sürpriz etdilər. Hədiyyələrim çox fərqli, çox maraqlı idi. Bu il mənim hədiyyələrim yalnız qızıldan ibarət oldu. Bir az gülməli səslənir. Elə bil doğmalarım sözü bir yerə qoymuşdular. Düşünürəm ki, xanım üçün bu da ən gözəl hədiyyələrdəndir.

- Könül xanım, illərin aparıcısısınız. Sizi bir çox baxımlı verilişlərdə izləmişik. Bu gün niyə efirlərdə görünmürsünüz?

- Televiziya aləminə gəlməyimdən artıq 17 il keçdi. Son 2 ildir ki, efirə çıxmıram. Əslində bunun bir çox səbəbləri var. Düzünü desəm, özüm də can atmıram. Sağ olsun televiziya kanallarının əməkdaşları, rəhbərləri, onlar tərəfindən bir çox dəvətlər də olur. Amma mən nədənsə istəmirəm. Bilmirəm, gələcəkdə bəlkə yenidən efirə çıxacam. Hamı çox yaxşı bilir ki, mən Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşıyam, orada bədii rəhbərəm. Bu vəzifəmdən çox böyük zövq alıram. Çünki çox məsuliyyətli işi çiyinlərimə götürmüşəm. Mədəniyyət işçisiyəm, həmçinin də anayam. Bu məsuliyyətlər mənə bəs edir. Düzünü desəm, efirə aparıcı kimi çıxmağa nə həvəsim, nə də ki, vaxtım var.

- Ümumiyyətlə efirlərdən tamam uzaqlaşmısınız desəm daha doğru olar. Çünki aparıcılar var ki, efirdə fəaliyyətlərini davam etdirməsələr belə, verilişlərdə çıxış edirlər. Sizdə isə tam əksinədir.

- Əslində olur. Ara-sıra hansısa efirlərə qonaq kimi çıxıram. Çox az sayda diqqətimi çəkən verilişlər var. Televiziyaya qarşı marağım və həvəsim ölüb. Bilmirəm ki, buna səbəbkar kimdir yaxud nədir?! Nəyə
görə belə oldu?! Amma nəticə etibarı ilə bu dəqiqə efir mənə maraqlı deyil.

- Tamaşaçı kimi efirləri izləyə bilirsiniz?

- Əlbəttə, izləyirəm. Bu mənim bir az vaxt qıtlığımla da bağlıdır. Efirlərimizdə nə baş verirsə, daha çox sosial şəbəkələrdə onları görürəm. Ən azından məlumatlıyam.

- İzləyərkən nə düşünürsünüz?

- Nə düşündüyüm qoy mənə qalsın. Heç vaxt kimsəni qınamamağa çalışıram. Hər kəsin bir seçimi var, zövqlər fərqlidir. Əlbəttə ki, bizim çox gözəl verilişlərimiz də var. Təəssüflər olsun ki, bunlar o qədər az saydadırlar ki! Çox təəssüf! Düşünürəm ki, hər şey yaxşı olar. Allah hər kəsin ruzisini bol etsin. Televiziya əməkdaşlarının televiziya üçün çəkdikləri əziyyətə, zəhmətə, itirdikləri zamana görə inşallah ki, qazancları daha bol olar. Çünki televiziya işi çox məsuliyyətlidir.

- Tamaşaçılar efirə çıxmadığınıza görə sizi sorğu-sual edirlər?

- Çox olur. Toyda da məni görüb, yaxınlaşıb “niyə efirə çıxmırsınız?” sualını ünvanlayırlar. Verilişlərimə, canlı efirlərimə baxdıqlarını, hətta filan qonaqla, filan barədə söhbət etdiyimi də deyirlər. Hələ 2 ildir efirə çıxmıram. Tamaşaçı xatırlayır, diqqətli tamaşaçılarımız çoxdur. Bu suallar olur. Onlara cavab olaraq deyirəm ki, mən hal-hazırki vəziyyətimdən və tutduğum işimdən çox məmnunam. Bu mənim öz seçimimdir. Buna görə də şadam.

- Gününüz necə keçir?

- Günüm çox dinamik keçir. Haradan başlayıb, harada bitir bilmirəm. Çox az yuxu yata bilirəm. Bu mənə çox xoşdur. Yenə də dediyim kimi Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı olduğuma görə, tədbir və konsertlərimizin təşkili və aparıcılığı mənim üzərimdədir. Mən böyük zövq alaraq bu işi görürəm. Digər saatlarım əlbəttə ki, mənim qızım, onun ehtiyacları, təhsili ilə bağlıdır. Mən buna çox önəm verirəm. Qızım artıq 4-cü sinfi bitirir. Onun dərsi ilə, gedəcəyi yerlərlə, hər bir addımı, gün ərzində geyinəcəyi geyimi, hətta saç düzümü ilə belə özüm maraqlanıram. Təbii ki, həftə sonları konsertlər və el şənliklərində aparıcılıq edirəm. Bu işimdən də çox böyük zövq alıram. Çünki illərdir bir çox ailələrin təkrar-təkrar məclislərində aparıcılıq edirəm.

- Həyatınızı plan üzrə yaşayırsınız?

- Mən planlı insanam. Bunu hər kəs bilir. Mənim ən azı aylıq, həftəlik, gündəlik planım öncədən yazılır. Mən həyatımı bu planla yaşayıram. Təbii ki, bu plana bəzən arzu olunan və arzu olunmayan məqamlar da daxil olur. Mən elə bilirəm ki, bu 34 ili ömrümün son iki ilində yaşadığım kimi yaşamışam. Elə bilirəm ki, həyatımda indi olan insanlar 34 il mənimlə bərabər olublar. Mən bundan sonrakı həyatımı da elə bu günüm kimi yaşamaq istəyirəm. Əlbəttə ki, insanın arzusu olmalıdır. O arzuya çatmaq üçün can atmalıdır. Allahıma hər zaman dua edirəm və deyirəm ki, şükür verdiklərin üçün. Əlbəttə ki, daha çoxunu arzulamalıyam. Daha çox olsa nə xoş halıma. Yetər ki, verdiklərini almasın. Mən bu axarla da, bu minvalla da, bu sevgi, huzur, həyatımda hal-hazırda var olan insanlarla da, ömrümün sonuna qədər yaşamaq istəyirəm. Əlbəttə ki, 1-2 şəxsi arzularım var ki, çox az qalıb ki, onlar da reallaşsın. O zaman sevgim, huzurum, yuvam tam olacaq.

- Həyatınızdakı ən böyük sevgi nədir yaxud kimdir?

- Həyatımın ən böyük sevgisi təbii ki, mənim qızım İncidir. Mən sevirəm, sevilirəm, xoşbəxt qadın, xoşbəxt, bəxtəvər anayam, övladam, sirdaşam, dostam. Ən böyük sevgim elə ətrafımda olan doğma, əziz bildiyim insanlardır ki, onların varlığı ilə mən xoşbəxt oluram. Mən nə olursa-olsun hər gün onlara zamanımı ayırıram. Çünki o dövrdür ki, sevdiklərimizdən möhkəm yapışmalıyıq. Sabah başımıza nə gələcəyi bəlli deyil.

- Güvəndiyiniz dağlara qarlar çox yağıb?

- Düşünürəm ki, hər kəsin həyatında güvəndiyi dağlara qar yağıb. Amma mən çox pozitiv insanam. Çox qəribədir ki, mən heç kimə nə kin bəsləmirəm, nə də ki, kimləsə küsülü qalıb, beynimdə o neqativi saxlamıram. Məndə ümumiyyətlə neqativ deyilən bir şey yoxdur. Bəzən küsülü olduğum insanlarla salamlaşıram, sonra yadıma düşür ki, bu insandan incimişdim. Heç kimdən ummuram, küsmürəm, heç kimə güvənmirəm ki, onlara qar yağanda da pis olum. Çox şükür bura qədər öz gücümə, qüvvəmə, halal zəhmətimə, savadıma, bacarığıma görə gəlib çatmışam. Məncə insan bu həyatda kiməsə güvənərək yaşamasa, onda o dağlara qar yağanda da pis olmaz.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru