Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                 

Azərbaycanlı müğənni: "İçimdə bir uşaq var..."
Tarix: 29-09-2014, 08:54 | Çap et
Azərbaycanlı müğənni: "İçimdə bir uşaq var..."
DİA.AZ müğənni Sevinc Musayevanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Sevinc Musayeva - bu ad çoxlarına nə dərəcədə tanışdır? Bəlkə, bunu özünüz deyəsiniz?

- Əslində, özüm barədə danışmağım bir az düz çıxmaz. Amma demək olar ki, məni tanıyanlar tanıyır. Sənətə qalmaqalla gəlməmişəm. Ən azından, çoxlarından fərqli olaraq musiqi təhsilim var. Düzgün oxunuş qaydalarına bələdəm. Məncə, bunlar mənim necə müğənni olduğuma kifayət qədər dəlil, sübutdur.

- Yəni düşünürsünüz ki, özünüzü kifayət qədər sübut edə bilmisiniz...

- Sübut etməmiş olsa idim, bu gün istər efirlərdə, istərsə də “toy bazarı”nda adı çəkilən müğənnilər arasında olmazdım.

- Toylara ildə bir dəfə, yoxsa tez-tez dəvət alanlardansınız?

- Şükür Allaha ki, toylarım olur. Həm bütöv toyu idarə edirəm, həm də yarım saatlıq proqramlara gedirəm. Publikanı əla almağı bacardınsa, toyların da bol olacaq. Təkcə səs deyil, səhnə mədəniyyəti də önəmlidir. Bu, əsas amildir.

- Hər bir müğənninin peşə fəaliyyətinə onun möhürünü vuran bir mahnı olur. Daha doğrusu, loru dildə desək, onunla “tutuzdurur”. Bəs sizin məşhurluğunuzu birə-beş artıran hansı mahnınız oldu?

- Düşünürəm ki, “Əziz müəllimim” adlı mahnı ilə mən öz sənətimə möhür vurdum.

- Çox maraqlıdır, o mahnını məclislərdə sifariş edirlər?

- İnandırıcı gəlməsə də, edirlər. Hətta elə olub ki, mən içəri girən kimi məndən birinci o mahnını ifa etməyi xahiş ediblər.

- Soyunmaqla gündəmə gələnlərdən olmadınız. Bu vaxta qədər də sizin açıq-saçıq şəkillərinizi nə bir göz gördü, nə də ki qalmaqallarınızı qulaq eşitdi. Bu nədən irəli gələn bir amildir?

- Uşaq vaxtından məndə formalaşan xarakterdən irəli gəlir. Şou-biznesin çirkinliklərindən qorunmağı bacardım. Ona görə də atılan “daşlar” həmişə məndən yan keçdi.

- Bəlkə, elə buna görədir ki, indiyə qədər sponsorunuz yoxdur? Hər şeyi öz hesabınıza edirsiniz?

- Tamamilə razıyam. Mənim indiyə qədər sponsorum olmayıb. Toylardan, məclislərdən qazandığım pulları sənətimi inkişaf etdirmək üçün sərf etmişəm. Heç kimə heç nə üçün ağız açmamışam. Yalnız Allahıma güvənmişəm. Ümumiyyətlə, bizdə sponsor anlayışını çox ucuzlaşdırıblar.

- Ucuzlaşan başqa nədir?

- Mənim gözümdə hər şey ucuzlaşıb, heç nə üçün narahat olmuram. Dünya evinin həqiqətən də fani olduğunu dərk edən insanlar, yəqin ki, mənimlə həmfikir olarlar.

- Efirlərə çıxmaq üçün tələb olunan pula görə verilişlərdə az-az görünürsünüz, yoxsa buna bir o qədər də can atmırsınız?

- Bunu sırf maddiyyatla bağlamaq olmaz. Efirlərə tez-tez dəvət almasam da, amma az da çıxıram demək olmaz. Sözün düzü, mənim üçün məşhurluğun “pik nöqtəsi”nə çatmaq bir o qədər də önəmli deyil. Milyonların arasından seçilmək əsas deyil, əsas olan milyonların arasından birini seçməkdir. Bu daha çətinidir.

- Siz bunu bacarmısınız?

- Dediyim kimi, bu asan məsələ deyil. Hələ ki, buna cəhd edirəm.

- Ona görə hələ də subaysınız?

- Xeyr, mən o mənada demədim, ümumilikdə dedim (gülür).

- Mən isə məhz onu nəzərdə tuturam... Nə əcəb hələ də subaysınız?

- Bu işdə tələsmək olmaz. Hər şeyi zamana həvalə edirəm.

- Zaman sizə nə göstərdi ki?

- Zaman məni çox şeydən agah elədi. Öz yolumu tapdım. Ruhum azadlıq tapdı. Bəndələrdən yox, Allahdan “yapışdım”. Hər gün onunla danışdım. İndi də danışıram.

- İbadət əhlisiniz?

- Bəli, artıq xeyli zamandır ibadət edirəm.

- İbadətlə müğənnilik nə dərəcədə uyğun gəlir?

- Düzdür, mən əslində, içki məclislərinə getməməliyəm, kişilər olan yerdə oxumamalıyam. Amma bu mənim sənətimdir. Allah tərəfindən verilən bir istedaddır. Bu bacarıqdan bacardığım qədər düzgün isitfadə etəməyə çalışıram. Bilmək olmaz, bir də görərsiniz ki, Sevinc Musayeva tamamilə örtündü.

- Siz daxilən çox sakit və rahat insansınız, deyəsən...

- Bəli, bayaq da dediyim kimi, ruhum tam azaddır. İçimdə bir uşaq var. Hərdən mənə elə gəlir ki, mən mən deyiləm. Bütün hərəkətlərim, danışığım o uşağa məxsusdur...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru