Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                 

SƏLİM MÜSLÜMOV MEHDİYEVƏ QARŞI
Tarix: 11-11-2011, 16:14 | Çap et
SƏLİM MÜSLÜMOV MEHDİYEVƏ QARŞI

İŞLƏR İDARƏSİ TƏRƏVƏZÇİLİK-SÜDÇÜLÜK SOVXOZUNDA NƏ İŞLƏR ÇEVİRİRMİŞ?

DİA.AZ: - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi arasında qarşıdurma yaranıb. Buna səbəb Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin dövlətə olan 87583 manat borcunu ödəməməsidir. Bu barədə "Dünya" İnformasiya Agentliyinə (diaaz.space) Prezident Adminstrasiyasına yaxın mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Prezidentin İşlər İdarəsinin 2000-ci il tarixli sərəncamı ilə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və İşlər İdarəsinin tabeliyində olan tərəvəzçilik-südçülük sovxozu ləğv edilib: "Bundan sonra onun bazasında təsisçisi İşlər İdarəsi olmaqla Kənd Təsərrüfatı Müəssisəsi yaradılıb. Bu müəssisə Ədliyyə РЊazirliyində sərbəst hüquqi şəxs kimi qeydiyyata alınıb. Müəssisənin rəhbərliyi səlahiyyətini aşaraq sərbəst istehsalat-kommersiya fəaliyyəti göstərib, daha doğrusu, özbaşınalıq edib və müəssisənin istifadəsində olan əmlakı, torpaqları fiziki və hüquqi şəxslərə satıb. Bu əməllərə görə müəssisə rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmaqla məhkəmə tərəfindən 2001-ci ildə məhkum olunub". Mənbənin sözlərinə görə, müəssisə uzun müddət dövlət büdcəsinə ödənişlər apamayıb. РЊəticədə onun müxtəlif dövlət orqanlarına, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna borcları yaranıb. 2006-cı ildə isə Kənd Təsərrüfatı Müəssisəsi fəaliyyət göstərmədiyinə görə İşlər İdarəsi müdirinin sərəncamı ilə onun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qeyd edək ki, müəssisənin borclarından 31770,60 manatını əsas borc, 87583 manatını isə sosial sığorta qaydalarının pozulmasına görə maliyyə sankiyaları üzrə borc təşkil edir. Mənbə onu da bildirdi ki, Prezidentin İşlər İdarəsi 12 iyul 2011-ci il tarixdə 22/1-688 saylı məktubla DSMF sədri Səlim Müslümova müraciət edərək büdcədən maliyyələşən dövlət qurumu olaraq Kənd Təsərrfatı Müəssisəsində çalışmış fəhlə və qulluqçuların gələcəkdə pensiya hüquqlarının təminatına kömək məsədilə Dövlət Sosial Müdafiə Fonduna olan 31770,60 manat əsas borcu ödəməyi öz üzərinə götürməklə dövlət sosial sığorta qaydalarının pozulmasına görə maliyyə sankiyaları üzrə yaranmış 87583 manat borcun silinməsini xahiş edib: "28.07.2011-ci ildə göndərdiyi 02/04-189 saylı məktubla DSMF rəhbərliyi İşlər İdarəsinə rədd cavabı verib. Daha doğrusu, bildirib ki, mövcud qanunvericilikdə dövlət sosial sığorta haqları üzrə yaranmış borcların silinməsi halları nəzərdə tutumayıb və bu məsələ DSMF-nin səlahiyyətləri xaricindədir".

Prezidentin İşlər İdarəsinin mövqeyinə gəlincə, mənbənin sözlərinə görə, idarə borcun silinməsi barədə müraciətə rədd cavabı verilməsi ilə razılaşmır və bunu DSMF-in məsələyə formal yanaşması kimi dəyərləndirir: "İşlər İdarəsində hesab edirlər ki, mövcud qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqı dövlət ödənişi olmaqla yanaşı daha çox kommersiya, təsərrüfat fəaliyyəti ilə məşğul olan təşkilatlara tətbiq olunur və dövlət büdcəsinin formalaşmasına xidmət edir. Yəni İşlər İdarəsi də bilavasitə büdcədən maliyyələşən qurumdur və onun sərbəst maliyyə vəsaitləri yoxdur. Bunu əsas götürən İşlər İdarəsi 87583 manat borcun silinməli olduğunu bildirir".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mövqeyi isə fərqlidir. Mənbə deyir ki, qurumda hesab edirlər ki, DSMF respublikada məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır və həm Fond, həm də onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara, dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürələrə, müafiq ştamplara və blanklara malik olan hüquqi şəxlərdir. "Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsini əsas götürən Fond rəhbərliyi Azərbaycan Respublikasında fəaliyyət göstərən, mülkiyyət və təşkiati-hüquq formasından asılı olmayaraq, Azərbaycan Respubliksının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkiatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər-sığortaedənlər hesab olunduğunu önə çəkir və sığortaedənlərin məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkiatda qeydiyyata durmalı olduğunu vurğulayır.

"Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu" qaydalarının 4-cü bəndinə əsasən, dövlət qeydiyyatı haqqında sənədlərdə hüquqi ünvanı Bakı şəhəri olan hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri DSMF tərəfindən müəyyənedilən DSMF orqanında uçota alınırlar. Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfat Müssisəsi də 2005-ci il tarixdən Fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərə İş Departamentində qeydiyyata alınıb. Qeyd edək ki, "Sosial Sığorta haqqında" Qanununun 21-ci maddəsinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə, gecikdirmənin hər gününə görə (lykin bir ildən çox olmamaq şərti ilə) sığorta haqqının 0,1 faizi məbləğində peniya hesablanır.

Həmin qanununun 18-ci maddəsinə görə isə məcburi dövlət sosial sığorta haqqını vaxtında ödəməyən və ya ödənişi gecikdirən sığortaedənə DSMF-in yerli orqanları tərəfindən xəbərdarlıq edilir. Xəbərdarlıq müddətində bu hərəkətlər sığortaedən tərəfindən aradan aldırılmadıqda hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvercilikdə müyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcun ödənilməsi üçün iddia qaldırılır. Əldə etdiyimiz məlumata görə, Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 01 aprel 2011-ci il tarixə 119353,68 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranıb. DSMF-in Bakı şəhəri üzrə Hüquqi Şəxslərə İş Departamenti müəssisəyə həmin borcu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, müəssisə borcu ödəməyib.

Qeyd edək ki, mənbənin məlumatına görə, Prezidentin İşlər İdarəsinin haqq-hesab cədvəllərində 1 iyul 2003-cü il tarixə 119353,69 manat borcun olduğu əksini tapıb. Belə ki, 1998-2000-ci ildə 72583,36 manat, 2000-2003-cü illərdə isə 46770,32 manat borc yaranıb. Əldə etdiyimiz məlumata görə, DSMF sədri Səlim Müslümov borcun ödənməsində israr etdiyi üçün Prezidentin İşlər İdarəsi maliyyə sanksiyaları üzrə yaranış 87583 manat borcun silinməsi tələbi ilə DSMF-ə qarşı iddia qaldırıb və tərəflər məhkəmədə üz-üzə gələcəklər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Bu gün, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Bu gün, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru