DAHA BİR SAHƏDƏ QİYMƏTLƏR QALXDI
Tarix: 1-12-2011, 12:43 | Çap et
BƏRBƏRXANA XİDMƏTLƏRİ 20% BAHALAŞIB
2011-ci ilin noyabrında Azərbaycanda bərbərxana xidmətlərinin qiymətləri keçən ilin həmin dövründə olduğu ilə müqayisədə orta hesabla 20% artıb.
Bakı bərbərxanalarından birinin sahibəsi Xalidə Hüseynovanın Turan-a bildirdiyi kimi, paytaxtın gözəllik salonlarında bərbərxana xidmətlərinin bahalaşmasına səbəb ərzaq mallarına olan qiymətlərin gözə çarpacaq dərəcədə artması olub. В«Son aylar ərzində ət, süd, yağ, meyvə-tərəvəz və digər ərzaq məhsulları kəskin surətdə bahalaşıb və bu, bizi də bərbərxana xidmətlərinin qiymətlərini artırmağa vadar edirВ», deyə o, əlavə edib.
Belə ki, əgər əvvəllər xanım salonunda saç fasonu düzəltdirmək haqqı 5 manat idisə, indi 6 manat olub. Həmçinin saç düzümü, manikür və pedikür də 1 manat bahalaşıb.
Hüseynovanın sözlərinə görə, bərbərxana xidmətlərinin bahalaşmasında sanitar-epidemioloji stansiya əməkdaşlarının aldıqları rüşvətin artmasının da rolu az deyil. В«Korrupsiyaya qarşı mübarizə adlanan kampaniya başlanandan sonra sanitar-epidemioloji stansiya əməkdaşları rüşvətin məbləğini 2 dəfə artırıblar. Əgər əvvəllər hər bir bərbərxana sahəsindən asılı olaraq hər ay 20-50 manat rüşvət verirdisə, indi bu məbləğ 50-100 manat olub. Suyun da dəyəri artıb. Son bahalaşmadan sonra salonumuz hər ay 80-120 manat su pulu verirВ»,deyə o, əlavə edib.
Xanım sahibkarın sözlərinə görə, onun bərbərxanasında kassa aparatı olmasına baxmayaraq o, hər ay vergi xidməti əməkdaşlarına 50-60 manat verir. Əgər buraya yanğından mühafizə xidmətinə edilən xərcləri də əlavə etsək, bərbərxananın qanunsuz В«solВ» xərcləri artıq 300-400 manat təşkil edir. Bu hələ hamısı deyil, axı bərbərxana sahibləri hələ icarə haqqı da ödəyirlər və yerindən asılı olaraq bu məbləğ bəzən 1200 manata çatır.
Onu da qeyd etmək lazımdır ki, hal-hazırda bərbərxana biznesi məişət xidmətləri sahəsində ən gəlirli olanlardan biridir. Belə ki, hətta ən bərbad bərbərxanaya belə gündə orta hesabla 10 xanım gəlir və faydalandıqları xidmətlər üçün orta hesabla hərəsi 20 manat ödəyir, bu isə gündə 200 manat, ayda isə 6 min manat deməkdir.
Aşağıda Bakının gözəllik salonlarında bərbərxana xidmətlərinin qiyməti göstərilib (manatla):
Saç düzümü 6 Saç vurdurma 6 Saç fasonu düzəltdirmək 15-25 Manikür 6 Pedikür 10-12 Saçların reflesi 20 Saçların boyadılması (boya haqqı daxil deyil) 6 Saçların burulması 10 Dırnaqqoyma 4 Kiprikqoyma 5-6
Fəqət hətta bütün bunlara baxmayaraq salonların qazandıqları azlıq edir. Hüseynovanın qeyd etdiyi kimi, yeni ildən bərbərxana xidmətləri, ola bilsin, daha 10% bahalaşacaq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00 |
|
|
|
| • Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44 |
|
|
|
| • Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38 |
|
|
|
| • Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36 |
|
|
|
| • Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15 |
|
|
|
| • Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11 |
|
|
|
| • AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08 |
|
|
|
| • Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06 |
|
|
|
| • Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05 |
|
|
|
| • Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02 |
|
|
|
| • Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00 |
|
|
|
| • Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59 |
|
|
|
| • Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47 |
|
|
|
| • “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44 |
|
|
|
| • Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41 |
|
|
|
| • TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30 |
|
|
|
| • “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26 |
|
|
|
| • Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25 |
|
|
|
| • "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23 |
|
|
|
| • “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19 |
|
|
|
| • Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18 |
|
|
|
| • "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16 |
|
|
|
| • Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15 |
|
|
|
| • Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09 |
|
|
|
| • SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07 |
|
|
|
| • Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06 |
|
|
|
| • Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27 |
|
|
|
| • Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24 |
|
|
|
| • Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Dünən, 12:22 |
|
|
|
| • Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Dünən, 12:13 |
|
|
|
| • İranın daxili işlər naziri Bakıya gəldi
Dünən, 11:40 |
|
|
|
| • TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Dünən, 11:31 |
|
|
|
| • Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 11:28 |
|
|
|
| • “TikTok” və “Instagram”ın işində problem yarandı
Dünən, 11:21 |
|
|
|
| • Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Dünən, 11:20 |
|
|
|
| • "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Dünən, 11:11 |
|
|
|
| • İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Dünən, 11:09 |
|
|
|
| • Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Dünən, 11:08 |
|
|
|
| • 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Dünən, 11:06 |
|
|
|
| • Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Dünən, 10:57 |
|
|
|
| • “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Dünən, 10:52 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Dünən, 10:49 |
|
|
|
| • Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Dünən, 10:46 |
|
|
|
| • Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Dünən, 10:26 |
|
|
|
| • "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Dünən, 10:17 |
|
|
|
| • Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Dünən, 10:16 |
|
|
|
| • Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Dünən, 10:02 |
|
|
|
| • ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Dünən, 10:00 |
|
|
|
|