" Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ RÜŞVƏT BUMU
Tarix: 21-06-2013, 11:20 | Çap et
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ RÜŞVƏT BUMU
TƏLƏBƏLƏR ETİRAZA QALXDI

Lənkəran Dövlət Uqiversitetinin bir qrup tələbəsi bu ali təhsil ocağında baş alıb gedən rüşvətlə bağlı PİA.AZ-a müraciət yollayıblar. Heç bir dəyişiklik etmədən həmin müraciəti olduğu kimi təqdim edirik:

В«Son baş verən hadisələrdən sonra gələcəyə yaranmış olan inamın ard-arda yavaş-yavaş itməsi və Lənkəran Dövlət Universitetində davam edən korrupsiya hallarının prorektorun tutulmasından sonra da dirçəlməyə başlaması bizi bu məktubu yazmağa yenidən vadar edir. Bu məktubumuzla məslədən xəbəri olmayanlara bildirmək istəyirik ki, prorektorun getməsi ilə universitetdə bir müddət sakitləşən röşvətxorluq yenidən canlanmağa başlayıb.

Müəllimlər elə bil tək-tək cürətlənib yenidən köhnə vərdişlərinə qayıtmağa başlaylblar. Tələbələrə yaxın müəllimlərdən birinin deyir ki, bu şəraitin yaranmasına səbəb başda rektorun özüdür. O, qapalı otaqda müəllimlərlə görüşdə deyib ki, “Olmamalıydı və ilişməməliydi Qorxmaz. Ağılnan hər şeyi eleməliydi. Olan artıq olub. Müvəqqəti çətinlikdir. Hər kəs ayıq olsun!”. Başqa sözlə rektor görünür yenə də yaşıl işığı yandırıb müəllimlərə...

Burda hər kəs bilirdi ki, prorektor Qorxmaz Ağayev Lənkəran Dövlət Universitetinin rüşvət generalı idi, xəzinədarı idi, rektorun kassiri idi, çirkin pulları yuyan idi... Cürbəcür adları var idi onun. Lakin nə onun həbsi, nə də yeni təhsil nazirinin təyin edilməsi heş bir şeyi dəyişdirmədi. İmtahan sessiyası gedir. Yenə də tələbələrin evdən gətirdiyi bir qarın çörək pulu, ev kirayəsi pulu, yol pulu əlindən alınır. Hər şey əvvəlki qaydada, köhnə üsullarla.

Biologiya kafedrasının müdiri Məmmədhüseyn Hüseynov iyun ayında keçiriləcək imtahanların pullarını may ayında yığıb qurtarıb artıq. Humanitar fakultənin dekanı Kamran Kazımov soruşanda məsum cavab verir, deyir:“Tələbələr özləri verir pulu, biz nə edək?”.

Təbiət fakultəsinin dekan müavini Nahid Paşayev bir az cəsarətli olmaq üçün deyəsən pulları içkili vəziyyətdə almağa başlayıb r bizdən. İndi artıq Qorxmaz Ağayevin əvəzinə yığılan rüşvəti cəmləmək işi Rəşid Qasımova tapşırılıb. O da qrup mayəndələrinə tapşırıb ki, pulları universitetdən kənarda yığıb, kənarda təhsil versinlər.

Hörmətli nazirimiz deyir ki, qaynar xəttə zəng vuraq. Qaynar xəttə zəng vuruldu. Gəlib yoxladılar, tapdılar, kimisə tutub apardılar. Amma heç bir şey dəyişmədi... O zaman “Qaynar xətt” nəyə lazımdır. İndi zəng vururuq korrupsiya idarəsinin Qaynar xətiinə. Həmin adamı tənbeh edirlər bir az, iş bitti. Bu necə qanun, ya da bu necə qanunun qorunması? Biz elə düşünürük ki, bu işləri araşdıranlar ya düzgün araşdırma apara bilmir, ya da nədənsə çəkinirlər. Prorektor tutulandan sonra korrupsiya ilə mübarizə idarəsindən çoxlu adamlar gəlib, bir dünya suallar verdilər. Adlar, məbləğlər, pulun yığılma yollarını öyrəndilər ve getdilər. Bu qədər... Demək belə çıxır ki, bu işləri bir tutulan prorektor görürmüş və onu da tutandan sonra görüləcək başqa iş qalmadı, bütün problemlər də həll olundu... Nəticə - yenə “Köhnə hamam, köhnə tas”.

Elan edirik: Artıq bundan sonra imtahan suallarını soruşmaq yerinə bizdən pul tələb edən hər bir müəllimin adını tək-tək yazacağıq! Atanın -ananın gələcəkdə özünə və cəmiyyətə faydalı olması üçün minbir əziyyətlə yetişdirdiyi övladını ali təhsil alması üçün qoyduğu bu müəssisədə pul adı çəkən hər bir kəsin adını tək-rək hallandıracağıq! Qoy onların cəmiyyətdə şərəfli insan kimi tanınmaları yerinə tələbələrin qarşısında nə qədər alçaldığını, faydalı insanlar yetişdirmək əvəzinə insanımıza, xalqımıza nə böyüklükdə zərbə vurduqlarını hər kəs bilsin. Bəlkə tələbələrdən çəkinmirlər, qorxmurlar amma xalqın hikkəsindən çəkinərlər. Başlanğıcda bir qisminin adından başlamağı lazım bildik:

Rakif İbadov – 30 manat imtahan üçün

Əsəd Nuriyev – 30 manat imtahan üçün

Haqverdi Babayev –50 manat praktika üşün

Sənan Əzizov – 40 manat imtahan üçün

Qoy xalq özünü qərarını versin!

Bu məktubu KİV-ə ünvanlamaqla cənab prezidentimiz İlham Əliyevdən bir daha bu məsələyə ciddi münasibət bildirməsini xahiş edirik. Bildirmək istəyirik ki, bu gün burada işləyən rektor qurmaq istədiyiniz müstəqil Azərbaycanımızın formalaşmasına və inkişafını gələcək nəsillərə düzgün təhsil verməməklə zədələyir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi burada araşdırma apara-apara o tərəfdə yenə də tələbələrdən pul yığılır. Soruşmaq lazımdır rektorda bu cəsarət hardandır, kimə güvənir və nədən qanundan qorxmur?!.. Düşünürük ki, bu rektorun buradakı özbaşınalığı başqa universitet rektorlarının da iş fəaliyyətinə təsir göstərir. Bir rektor istədiyini edib cəza almadıqdan sonra, digərləri niyə “Biznesmen” kimi davranmasınlar? Ehtimal edirik ki, rektorumuz "təhsil andı içmək" əvəzinə səhvən "tələbələrin qanını içmək" sözünü verib özünə...

Eləcə də yeni nazirimizə bildirmək istəyirik ki: Bu gün burada hüquqları pozulan tələbənin sabah haqqını aramaq Sizə çətin olacaq. Bilirsiniz ki, işə bağladığınız gündən təhsildə baş verən bütün hər şey Sizin adınızla əlaqələndirilir. Bu məsələyə gecikdirmədən bir çözüm gətirin. Bunu biz tələbələr etsək heç nədən xəbəri olmayan nazir kimi adınız hallanmağa başlayacaq. İcazə verməyin Siz gələndən sonra da bir rektorun çirkin əməllərinə görə bütöv bir universitetin adı ləkələnsin. Bir adam tutuldu və ortada bir dünya fakt var. Başqa nə lazımdır başa düşmək üçün!?...

Son söz olaraq bu torpaqda yaşayan bütün atalara, qardaşlara, dostlara və ən nəhayət xalqını və millətini sevən, az da olsa bu məsələdə kömək edə biləcək hər bir cəsarət sahibini bir borc olaraq bu məsələni ictimailəşdirməyi, onu lazımı tərəflərə çatdırmağı və bununla bağlı fikir bildirməyi xahiş edirik. Qoy bununla hər kəs zəkanın, əxlaq ölçülərinin, gücün xalqdan gəldiyini bilsin və buna görə davransınВ».
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Dünən, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Dünən, 13:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru