Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                 

ETİBAR PİRVERDİYEVİN MAXİNASİYALARI
Tarix: 6-01-2012, 12:12 | Çap et
ETİBAR PİRVERDİYEVİN MAXİNASİYALARI

“AZENERJİ” PREZİDENTİ “TOK”DAN PUL ÇIXARIR

DİA.AZ: - “Azərenerji”də nələrin baş verdiyi haqda çox yazılıb, çox deyilib. Məsələ budur ki, bu qurumun rəhbəri Etibar Pirverdiyev sözün həqiqi mənasında həm əhalini, həm də hökuməti barmağına dolayıb. Eyni zamanda, bu dolama sayəsində yüzlərlə insan aldadılır və onların ödədikləri pullar mənimsənilir. Məhz bu səbəbdəndir ki, Pirverdiyev barəsində bir sıra məlumatlar meydana çıxır və onun əməllərinin üzərinin açılmasına səbəb olur.

Məlum olduğu kimi, В»AzərenerjiВ» Səhmdar Cəmiyyətində kadr seçimində ciddi nöqsanlar, korrupsiya faktları və ən əsası, təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən tez-tez insan ölümləri baş verir. Neqativ hallara şərait yaradan sözügedən qurumun prezidenti Etibar Pirverdiyev isə bunlarla kifayətlənməyərək, hökumətə sanki kələk gəlməkdən də çəkinmir.

Etibarlı mənbələrdən verilən məlumatlara görə, Etibar Pirverdiyev 1 kvt enerjiyə sərf olunan şərti yanacağın qiymətini süni şəkildə artırır. Halbuki, bunun aşağı salınması mümkündür. Mənbə deyir ki, hazırda Azərbaycanda 1 kvt/saat enerjiyə sərf olunan şərti yanacağın miqdarı 386 qramdır. Uzun illərdir ki, bu rəqəm dəyişmədən saxlanılıb. Onun sözlərinə görə, halbuki, İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri dünya ölkələrinin təcrübəsindən çıxış edərək, bu rəqəmin 20 faiz azaldılmasının mümkünlüyünü təsdiqləyiblər. В»Hətta bu, əsaslandırılmış şəkildə dövlət proqramına da daxil edilib. Səhv etmirəmsə, 2006-cı ildə həmin proqramı ölkə prezidenti İlham Əliyev də təsdiqləyibВ».

Lakin ötən beş il ərzində E.Pirverdiyev bu istiqamətdə heç bir addım atmayıb. Bu isə onun hökumətə sanki kələk gəlməsindən başqa bir şey deyildir. Çünki enerjinin maya dəyəri 20 faiz aşağı düşərsə, bu, istehlakçılara satılan enerjinin qiymətinin də aşağı düşməsinə səbəb olardı. Yəni o, dövlət proqramına əməl etməklə, həm hökuməti, həm də xalqı qazanclı çıxara bilər. Lakin hər zamankı kimi, Pirverdiyevi yalnız öz mənfəəti düşündürür.

Mənbə deyir ki, Pirverdiyev bu hərəkətləri ilə hökuməti də çətin vəziyyətə qoyur. Onun sözlərinə görə, Etibar Pirverdiyevin saxta hesabatları səbəbindən Tarif Şurası 6 yanvar 2007-ci ildə energidaşıyıcılarının qiymətini qaldırdı. Xatırladaq ki, o zaman Etibar Pirverdiyev sözügedən quruma müraciətində fantastik rəqəmlər daxil etmişdi. Təəssüf ki, hökumət bunları araşdırmadan qismən qəbul etdi.

Onu da bildirək ki, hazırda bəzi bölgələrdə əsasən yüksəkgərginlikli və şəbəkələrarası elektrik xətlərində ciddi itkilərin olduğu qeyd edilir və bunu da xətlərin köhnə olması ilə əlaqələndirirlər. Ancaq bu itkilərin böyük hissəsi oğurluq enerji satışına görə yaranır. Bu isə şəbəkə rəislərindən başlayaraq, В»AzərenerjiВ»nin rəhbərliyinə qədər uzanan asan korrupsiya xəttidir. Bu və ya digər faktları tam üzə çıxarıb, təsdiqləmək üçünsə, В»AzərenerjiВ» və onun tabeliyindəki müəssisələrdə qısamüddətli yoxlamalar təşkil etmək kifayətdir. O zaman Etibar Pirverdiyevin hansı oyunlardan çıxdığını sübut etmək çətin olmayacaq.

Əslində, Etibar Pirverdiyev В»AzərenerjiВ»ni şəxsi obyekti kimi idarə edir. Bunu təkcə hansısa mənbələr deyil, elə şirkətin özündəki işçilər də söyləyirlər. Onların sözlərinə görə, Etibar Pirverdiyev enerji sahəsində mütəxəssis kimi tanınan savadlı kadrları işdən çıxararaq öz yerlilərini onların əvəzinə işə götürüb. Bu baxımdan da Azərbaycanın enerji sahəsi bərbad vəziyyətə düşüb. В»AzərenerjiВ»nin işçiləri bildirib ki, əslində qurumda idarəetməni Etibar Pirverdiyevin tapşırığı ilə onun köməkçisi Məhərrəm Nəcəfov həyata keçirir: В»Məhərrəm Nəcəfov, həm işə qəbul edir, həm işdən çıxarır, həm də nə isə paylayır. Onun razılığı olmadan heç bir işçi addım belə ata bilməz. Hətta Etibar Pirverdiyevin telefonlarını da Məhərəm Nəcəfov qaldırırВ».

Etibar Pirverdiyevin işi isə yalnız qurumda müxtəlif adlar altında idarələr yaradıb-ləğv etməkdir. İşçilər deyir ki, В»AzərenerjiВ» prezidenti bir ayda bir neçə idarə yaradır, sonra da ləğv edir: В»Bir müddət əvvəl Enerji Təchizat İdarəsi ləğv edilərək, səlahiyyətlər Elektrik Enerjisinin Ötürülməsi İdarəsinə verildi. Çox az bir müddət keçəndən sonra idarə yenidən bərpa olundu və köhnə müdir Hikmət Həsənov vəzifəsinə qayıtdı.В»

Bir başqa məlumatı da diqqətnizə çatdıraq. Vaxtilə В»AzərenerjiВ»nin tərkibində В»AzərenerjinəzarətВ» MMC fəaliyyət göstərirdi. Onun rəisi sabiq nazir Əli Nağıyevin qardaşı Muxtar Nağıyev idi. Əli Nağıyev nazir vəzifəsində azad ediləndən sonra sözügedən MMC də ləğv olundu. Onun yerində eyni adlı idarə yarandı. Həmin idarəyə smart-kart tipli sayğacların inhisarçısı, Etibar Pirverdiyevin dostu Saleh Məmmədli rəis təyin olundu. Saleh Məmmədlinin əli ilə də maxinasiyalar həyata keçirilir.

В»AzərenerjiВ»nin işçiləri bir maraqlı faktı da diqqətimizə çatdırıblar. Onların sözlərinə görə, sayğaclaşma prosesində milyonlarla manat vəsait mənimsənilir: В» Etibar Pirverdiyev hesabat verir ki, tutaq ki, filan rayonda 5000 sayğac quraşdırılıb. Əslində isə həmin sayğaclar şəbəkəyə qoşulmayıb. Sadəcə yerlərdə xüsusi briqadalar yaradılır və formal olaraq tender həyata keçirilir. Tender adı altında hər bir işçiyə 2-3 manat pul verilir, onların da işi divara bir mismar vurub sayğacı ordan asmaqdan ibarətdir. Faktiki olaraq sayğac var, amma şəbəkəyə qoşulmayıb. Çünki abonentə sayğacla enerji verilsə, onlara lazım olan qədər istifadə olunmayacaq. Yəni, abonentə sayğacsız enerji veriləndə sərfiyyat çox göstərilir. Bu isə külli miqdarda vəsaitin mənimsənilməsinə yol açırВ».








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Bu gün, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Bu gün, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru