Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                 

Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı” - VİDEO
Tarix: 5-01-2018, 10:43 | Çap et
Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı”
Bakıda onu bir çoxları “ev sökən” icra başçısı kimi tanıyır. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun belə tanınması əbəs deyil. İllərdir ki, mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə “ev sökmə əməliyyatları” haqda xəbərlər yazır, tikinti icazələrinin hansı şərtlərlə verildiyini də az qala hər kəs bilir. Bilinən həm də odur ki, “sökmə əməliyyatı”na ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanovun da adı tikinti-söküntü işlərində qırmızı xətlə keçir.

Sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan İlqar Süleymanov rəsmi vəzifəsi ilə yanaşı Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə də baxır. Mətbuatda İlqar Süleymanovun 1 gecənin içində Zeytunluq deyilən ərazidə sonradan 1 milyon manata satılacaq irı torpağı zəbt edib hasarlaması haqda da xəbərlər var. Q.Bayramovla İ.Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar Xaləddin İsgəndərovun qardaşı oğlu Nicata ötürülür. Sonuncunun qardaşı Valehin də adı Binəqədidəki tikinti-söküntü məsələlərində toplanan pullara nəzarət edən şəxs kimi keçir. Valehlə bağlı yeni məlumatlardan biri də budur ki, o, kefinin yaxşı vaxtında telekanallardan birinin məşhur aparıcılarından birinə qiyməti 1 milyon manata yaxın villa bağışlayıb.

Belə məlumatların mətbuatda bol olduğu bir vaxtda Xaləddin İsgəndərovun qurub-yaradan icra başçısı kimi tanınması heç ağlabatan da görünmür. Sən demə, belə deyilmiş...

2 ünvan üzə çıxıb ki, oralarda Xaləddin İsgəndərovu başqa tərəfdən tanıyırlar. Bu ünvanlardan biri Xaləddin İsgəndərov doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənddə, digəri isə istirahətini keçirdiyi Göygöl rayonunun Mixaylovka kəndindədir. Bakıdan uzaq olan bu ünvanlarda icra başçısı sah saraylarını xatırladan mülklər inşa etdirib. Bəli, bəli məhz inşa etdirib, sökdürməyib.

Bu məlumatları eşitdik və yerindəcə yoxlamaq üçün həmin ünvanlara yollandıq. Xanqərvənddə İsgəndərovların mülklərini axtarmaq üçün çox da vaxt sərf etməzsən. Yolun bir tərəfində uçuq-sökük, nə vaxtsa məhəllə dükanı olmuş qapı-pəncərəsi sınıq-salxaq balaca hücrə var, bir balaca qarşıda isə böyüklüyü, nəhəngliyi diqqəti cəlb edən mülk gözə çarpır. Bir qədər irəlidəki Xanqərvənd kənd orta məktəbi belə icra başçısının bir neçə il əvvəl tikdirdiyi mülklə bəhsə girməz.



Sakinlər deyirlər ki, Xaləddin İsgəndərovun burada da ilk işiməhz sökmək olub. İşə sanki Binəqədidə kasıb bir kişinin evini sökürmüş kimi başlayıblar. Başçı Xanqərvənddəki ata evini gün yarıma özülünə qədər sökdürüb. Qısa bir müddətdə ərazidən köhnə evin qalıqları ağır tonnajlı yük maşınlarına yüklənərək naməlum istiqamətə daşınıb. Əraziyə ölkənin dörd bir tərəfindən bahalı tikinti materialları daşınıb, az sonra adi bir kənd evinin yerində nəhəng bir mülk ucaldılıb. Köhnə hasar da uçurularaq əvəzində “Çin səddi” inşa edilib, Bakıda iri bir darvaza sifariş olunaraq Xanqərvəndə İsgəndərovların mülklərinə gətizdirilib. İndi hər kəs Xanqərvənddə X.İsgəndərovun necə varlanmasını və hansı miqyasda tikinti işləri aparmaq qüdrətinə çatmasını bu mülkə baxmaqla özü üçün aydınlaşdıra bilir. Binəqədidə ev sökən kimi ad çıxaran başçı Xanqərvənddə mülk ucaldandan sonra istirahətini də sakit, gözəgəlimli bir məkanda keçirmək haqda düşünməyə başlayıb.

Deyilənə görə, həmin günlərdə Xaləddin İsgəndərov varlı-karlı iş adamlarının torpaq aldıqları məkanlarla maraqlanıb. Ona Göygöl rayonunun Mixaylovka kəndini nişan veriblər. İndi Mixaylovkaya hansı səmtdən getsən villaların arasında iri bir malikanə diqqətini cəlb edəcək. Həmin malikanəni kənardan görənlərdə “Bura bəs kimindir” sualı yaranır. Ora da Xaləddin İsgəndərovundur.

Əsasən tikinti işlərinin sıx aparıldığı yay mövsümündə Xaləddin İsgəndərovun qoçu dəstələri kənd-kəsəkdə ev söküb, pul qoparıb tikintilərə icazə verdiyi vaxtlarda başçı Mixaylovka kəndindəki malikanəsində istirahət etməyi xoşlayır. Dağlar arasındakı kəndin ən gözəgəlimli yerindəki malikanə sanki bir gözətçi qülləsidir. Haradan baxsan, onu görürsən. Onun bir neçə hektarlıq üzümlüklərlə əhatələnən malikanəsindəki sarayı Aşıqlı kəndindən Mixaylovkaya gedən yoldan belə diqqəti cəlb edir. Yerli sakinlər deyirlər ki, son illər Göygölə gələn turistlər bu malikanənin fonunda foto çəkdirir, buraları nağıllardan reallığa köçürülən məkan bilirlər. Mixaylovka həm də Göygöl rayonunun ən bahalı torpaq sahələrinin satıldığı kənd kimi də tanınır. Burada torpağın sotu Bakının bir çox rayonlarında satılan torpaq sahələrindən bahadır. Xaləddin İsgəndərovun Mixaylovkada bir neçə hektar torpağı hansı məbləğə satın almasını dəqiq söyləmək çətindir. Binəqədinin icra başçısının Mixaylovkadakı malikanəni təkcə maaşı hesabına əldə etmədiyi isə dəqiqdir. Binəqədidə tikinti-söküntü işlərindən əldə olunan gəlirlərin bu məkanlara axıdıldığı da istisna deyil.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru