"Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                     Dövlət qurumlarının saytlarına kiberhücum olub .....                     Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar .....                     "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı .....                     NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... .....                     Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər .....                     Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                     Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? .....                     Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb .....                     Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı .....                     Xocavənddə “Qrad”la öldürülən Melkumyan... .....                     Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır .....                     Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                 

İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
Tarix: 25-10-2013, 12:36 | Çap et
İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
"Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatındadır.

Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin 835.5 min manat dəyərində mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə həbs edilib.

"Aqrolizinq"dəki
korrupsiyanın dərin kökləri

Qeyd edək ki, "Aqrolizinq" Azərbaycanın ən çox korrupsiyalaşmış qurumlarından hesab olunur. Bu səhmdar cəmiyyətə ayrılan dövlət vəsaitlərini bir çox hallarda təyinatı üzrə xərcləmədiyi və ya xərclərin şişirdildiyi çoxdan məlum olan, iqtisadçı ekspertlər və mediada ciddi müzakirə edilən məqamlardandır.
Hətta iş o yerə çatdı ki, bu ilin fevralında prezident İlham Əliyevin yanında keçirilən müşavirədə ölkə başçısı kənd təsərrüfatı ilə bağlı məsələlərə də xüsusi toxundu və bu zaman fermerlərə qarşı yol verilən bəzi qanunazidd əməllərlə bağlı çıxış elədi. Ölkə başçısı bu məsələ ilə bağlı olduqca kəskin xəbərdarlıqlar etdi. Bildirdi ki, bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu da onu göstərirdi ki, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyətdə korrupsiyanın səviyyəsi elə bir həddə çatıb ki, artıq dövlət rəhbəri də məsələyə münasibət bildirməli olub.
Ona görə də indi Əli Bayramovun səhmdar cəmiyyətinin hansısa filial müdirinin az qala 1 milyon dollarlıq mənimsədə ittiham edilməsi təəccüb doğurmur. Amma maraq doğuran başqa məqamlar var.

Onlar "qurban"lardır?

Əvvəla, hansısa filial direktoru bu qədər vəsaiti təkbaşına mənimsəyə bilərdimi? Mənimsəmədən "Aqrolizinq"in daha yuxarı rəhbər şəxslərinə "pay" çatmadığı təqdirdə bu qədər iri həcmli vəsaiti ələ keçirməyə kim cəsarət edə bilər?
İkinci: əgər "Aqrolizinq"in adi bir filialında 835 min manatlıq yeyinti mümkündürsə, o zaman səhmdar cəmiyyətin rəhbərliyi səviyyəsində dövlət büdcəsindən ayrılan on milyonlarla manatın taleyindən şübhələnməyə əsas yaranır. Xüsusən də Əli Bayramovun şəxsi sərvəti haqqında KİV-də davamlı səslənən faktlar, onun hətta fotoları belə mətbuata çıxan bəzi bahalı mülkləri barədə bilgilər həmin şübhələri qüvvətləndirir.
Ümumiyyətlə isə bəzi müşahidəçilərə görə, adıçəkilən səhmdar cəmiyyətin həbs edilən hər hansı aşağı ranqlı əməkdaşı olsa-olsa, "qurban"dır. Onlar səhmdar cəmiyyətin ən üst rəhbərliyi səviyyəsindəki korrupsiya əməliyyatlarının bir parçasına çevrilir, son nəticədə özləri "ilişir", rəhbərlik isə sudan quru çıxmağı bacarır. Amma o da istisna olunmur ki, artıq elə bir vəziyyət yaransın, "Aqrolizinq"in rəhbəri Əli Bayramovun özünün də aşkarlanan korrupsiya əməliyyatlarına görə istintaqa cəlb edilməsi reallaşsın.

Filial rəhbərlərinin
fərqli taleyi

"Aqrolizinq"in filial rəhbərlərinin səhmdar cəmiyyət daxilindəki korrupsiya zəncirinin sadəcə, bir həlqəsi olmasını təsdiqləyən başqa nüanslar da var. Məsələn, bir müddət əvvəl Əli Bayramovun rəhbərlik etdiyi qurumun Saatlı rayon filialının müdiri də korrupsiya səbəbi ilə çətin vəziyyətdə qalıb, həmin filialda yetərincə ciddi mənimsəmə faktları aşkarlanıb, amma hansısa yollarla bu faktlar ört-basdır edilib, Saatlı filialının rəhbəri isə Sabirabad filialının rəhbərliyinə "transfer" edilib.
Bu da onu göstərir ki, "Aqrolizinq" rəhbərliyi mümkün olduğu qədər yeyintidə iştirak edən yerli əməkdaşlarını qoruyur, amma bəzən də bu mümkün olmur. Hansı ki, biz belə bir halı İmişli filialının rəhbərinin timsalında müşahidə edirik.

Bəs ekspertlər nə deyir?

"Aqrolizinq"in korrupsiyalaşmasına dair müstəqil iqtisadçı ekspertlərin rəyi də birmənalıdır.
Məsələn, ölkənin kənd təsərrüfatı üzrə tanınmış mütəxəssislərindən Vahid Məhərrəmovun adıçəkilən səhmdar cəmiyyətlə bağlı bir müddət əvvəlki
açıqlamalarını heç bir şərhsiz diqqətinizə çatdırırıq: ""Aqrolizinq"in fəaliyyətində şəffaflıq yoxdur. Bu qurum öz fəaliyyəti ilə bağlı hesabat vermir. "Aqrolizinq" 2005-ci ildən üzübəri xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər. Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, "Aqrolizinq"in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılır. Ona görə də təklif edərdim ki, müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, müstəqil ekspertlərdən ibarət komissiya yaradılsın və bu komissiya gübrələrin keyfiyyətinin yoxlanılması ilə məşğul olsun.
Düşünürəm ki, "Aqrolizinq" ASC-nin fəaliyyəti ciddi araşdırılmalıdır. Əgər maxinasiya və korrupsiya hallarına yol verilibsə, dərhal cinayət işinə başlanılmalıdır. Aqrar sektorun, xüsusilə də heyvandarılığın ləng inkişafında bu qurumun günahı çoxdur. Bu cəmiyyət artıq özünü doğrultmayıb. Cavabdehlik olmadığından bu qurum ləğv olunmalıdır".
Nəticə:
Mətbuatın yazdıqlarında qeyri-peşəkarlıq axtaran "Aqrolizinq" rəhbərliyinin yuxarıdakı mütəxəssis
rəyinə reaksiyasının necə olduğu bizə çox maraqlıdır. Hər halda onları da hansısa mətbu orqan qərəzli şəkildə yazmır, aqrar sektorla bağlı ölkənin tanınmış ekspertlərindən biri deyir.
Və bu deyilənlərdən də Əli Bayramovun rəhbərlik etdiyi qurumda vəziyyətin şəffaflıq, hesabatlılıq və səmərəlilik baxımından nə qədər acınacaqlı olduğu təkzibedilməz arqumentlərlə ortaya çıxır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru