"Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                 

Rus-türk ittifaqı pozularsa: Dünyanı nə gözləyir? - TƏHLİL
Tarix: 19-01-2021, 11:07 | Çap et
Rus-türk ittifaqı pozularsa: Dünyanı nə gözləyir?
Prezident seçilən Cozef Baydenin inauqurasiyasından sonra ABŞ-ın xarici siyasətində yeni dönəm başlayır.

Bu baxımdan, Bayden administrasiyasının Türkiyə ilə münasibətləri əsas prioritetlərdən birini təşkil edir. Çünki Baydenin Türkiyə siyasəti həm Yaxın və Orta Şərq, həm Cənubi Qafqaz, eyni zamanda Rusiya ilə münasibətlərə ciddi təsir göstərəcək. Cozef Baydenin vitse-prezident olduğu 2008-2016-cı illərdən fərqli olaraq, Türkiyənin regionda geosiyasi rolu və çəkisi xeyli artıb. Ona görə də Ağ Evin yeni rəhbəri özünün yeni xarici siyasətində Türkiyə amili ilə qarşılaşmalı olacaq. Ancaq ABŞ-Türkiyə münasibətlərinin yeni mərhələdə hansı müstəvidə yer alacağı hələ tan müəyyənləşməyib.

Bu prosesin qarşıdurma şəklində davam edəcəyi, yaxud əksinə, tərəflər arasında yaxınlaşmanın baş verəcəyinə dair kifayət qədər əsaslı arqumentlər gətirilir. Çünki iki ölkə arasında həll olunmamış mübahisəli məsələlər var. Eləcə də, Prezident Baydenin elan etdiyi yeni strateji hədəflərə Türkiyə amilini nəzərə almadan çatmaq mümkün deyil. Bu mənda, ilk növbədə Türkiyəyə yanaşma Bayden administrasiyasının Rusiya ilə bağlı siyasətində açar rolunu oynaya bilər. Artıq 46-cı prezidentin başlıca hədəfinin Rusiyanın beynəlxalq siyasi mövqelərini zəiflətməkdən ibarət olacağı məlumdur. Co Baydenin və Konqresin hər iki palatasında çoxluq təşkil edən Demokratlar Partiyasının Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edəcəyi gözlənilir. ABŞ-dan gələn məlumatlar, həmçinin siyasi ekspertlərin proqnozları Baydenin prezidentliyə başlamasından sonra xüsusilə, Ukrayna, Belarus istiqamətində və Yaxın Şərqdə Rusiya ilə “soyuq müharibə”nin artacağından xəbər verir.

Rusiyaya qarşı sanksiyaların tətbiqində insan hüquqlarının pozulması mühüm amillərdən birini təşkil edəcək. Hətta Bayden Rusiyanı beynəlxalq pul köçürmə sistemi olan “SWIFT”dən çıxartmağı təklif edir. Lakin Rusiyanın nə qədər zəiflədilməsi ABŞ-Türkiyə münasibətlərinin gləcək perspektivindən asılı olacaq. Son illər Türkiyənin müstəqil xarici siyasət yürütməsi, həmçinin Qərblə münasibətlərdə yaranmış ziddiyyətlər Rusiya üçün geniş geosiyasi manevr imkanları açdı. Bu, özünü həm ABŞ-la, həm də NATO ilə münasibətlərdə açıq şəkildə göstərdi. Türkiyənin Suriya böhranı ilə bağlı Astana format çərçivəsində Rusiya ilə taktiki müttəfiqlik qurması Kremlin Yaxın Şərqdə mövqelərinin güclənməsində və həmin münaqişədə qələbə çalmasına səbəb oldu. Eyni zamanda, rəsmi Ankara ilə NATO rəhbərliyi arasında fikir ayrılığının yaranmasından məharətlə istifadə edən Rusiya alyansın ən güclü üzvlərindən birini öz tərəfinə çəkməyi bacardı. Bu isə Rusiyanın “S-400” zenit raket komplekslərinin Türkiyəyə satılması, yəni NATO məkanına daxil olması ilə nəticələndi.

Son aylar isə bu əməkdaşlığı Cənubi Qafqazda-Dağlıq Qarabağ müharibəsi ətrafında görmək mümkündür. Rusiya ATƏT-in Minsk Qrupundakı həmkarları olan ABŞ və Fransanı prosesdən kənarlaşdıraraq Türkiyənin iştirakı ilə münaqişənin həllində yeni format yaradıb. Bununla da Rusiya ABŞ-da prezident seçkilərində yaranmış aralıq dövrdən istifadə edərək preventiv addımlar atmaqla Cənubi Qafqazda mövqelərini gücləndirib. Bu baxımdan, Türkiyə amili ABŞ-ın təzyiqlərindən yayınmaq üçün Rusiya üçün dayaq rolunu oynayır. Ancaq Ərdoğan hakimiyyətinin dəstəyi hesabına güclənmiş Rusiya artıq Türkiyənin özü üçün problemə çevrilməyə başlayıb.

Ona görə də son zamanlar beynəlxalq müşahidəçilər bu iki ölkəni strateji tərədaşdan daha çox rəqib kimi nəzərdən keçirir. Bu rəqabətin artması özünü Suriyada, Liviyada, Dağlıq Qarabağda, Ukraynada və digər yerlərdə göstərir.

Türkiyə rəhbərliyinin Avropa Birliyi və ABŞ-la yaxınlaşmaq istiqamətində verdiyi mesajlar da məhz Rusiya faktoru ilə bağlıdır. Görünür, Rusiyadan uzaqlaşmağa qərar vermiş Ankara artıq onunla hesablaşmaq istəməyən Kremlə təzyiq vasitələrini işə salmaqla yanaşı, Bayden administrasiyasının da hədəfinə çevrilmək istəmir. Lakin ABŞ-Türkiyə-Rusiya münasibətlərinin gələcək vəziyyəti ilk növbədə, prezident Baydenin məsələyə yanaşmasından asılı olacaq. ABŞ-ın yeni prezidenti Türkiyəyə, əsasən də prezident Ərdoğana rəğbəti olmayan siyasətçi kimi tanınır. Co Bayden Türkiyəyə təzyiqlərin Rusiyanın xeyrinə işləyən və NATO-nu zəiflədən amil olmasının da fərqindədir. Əks halda, o prezident Donald Trampın siyasi səhvlərini təkrarlamış olar. Bayden Rusiyanı geosiayasi güc mərkəzi zəiflətmək üçün Ankara ilə barışığa üstünlük verməlidir. Bu, Rusiyanın həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda təklənməsinə kömək edə bilər. Türkiyə və Rusiya arasında müşahidə olunan geosiyasi maraqlar toqquşması ABŞ-ın yeni rəhbərliyi üçün əlverişli şərait yaradır. Əgər Bayden Türkiyəyə münasibətdə Barak Obamanın yol verdiyi səhvləri təkrarlasa, Baydenin özünə düşmən hesab etdiyi prezident Putin NATO daxilində yaranmış qarşıdurmadan növbəti dəfə faydalanmağa çalışacaq. ABŞ-ın Türkiyəyə təzyiqləri Moskva ilə yaxınlaşmaq məcburiyyətində qalan Ankara üçün də yaxşı perspektiv vəd etmir. Güclü siyasi oyunçu olan Putin Türkiyənin Qərbdəki müttəfiqlərini itirməsindən istifadə edərək Ankaraya öz siyasi şərtlərini qəbul etdirmək imkanı qazanacaq. Nəticədə, Rusiyanın mövqelərinin Türkiyəni sıxışdırmasını dünyanın başqa bölgələrində olduğu kimi Dağlıq Qarabağda da görmək olar. Digər tərəfdən, Türkiyə ilə yaxınlaşma Co Baydenə NATO-nu gücləndirmək strategiyasını həyata keçirmək üçün lazımdır. ABŞ-ın xarici siyasətində yeni prioritetlərdən biri Transatlantik inteqrasiyanın sürətləndirilməsindən ibarədir. Təbii ki, Türkiyənin iştirakı olmadan bu mümkün deyil.

Ona görə də Prezident Bayden NATO-nun güclənməsi və şərqə doğru genişlənməsi üçün Ərdoğan hakimiyyəti ilə kompromisə nail olmalıdır. Yəni Bayden subyektiv münasibətləri kənara qoyub praqmatik siyasətə üstünlük verəcəyi təqdirdə, Rusiya ilə bağlı planlarını reallaşdırmaq imkanı qazana bilər. Siyasi ekspertlərin fikrincə, Türkiyə-ABŞ münasibətlərinin normal məcraya düşməsi üç məsələnin həllindən asılıdır. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları aşmaqda günahlandırılan “Halkbank”a qarşı davam edən məhkəmə prosesi bu mövzulardan biridir. Yeni rəhbərliyin ABŞ prezidenti Donald Trampdan fərqli olaraq məhkəmə prosesinə təsir göstərməyə çalışmayacağı gözlənilir. Qeyd edilən səbəbdən, “Halkbank”ın barəsində cəza qərarının çıxarılacağı istisna edilmir. İkinci vacib problem “S-400-lər”lə bağlıdir. Tramp administrasiyası, Rusiyadan silah aldığına görə, ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) çərçivəsində, 2020-ci il dekabrın 14-də Türkiyəyə sanksiya tətbiq edib. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxsləri qadağala məruz qalıb. “S-400” problemi gələcəkdə həll edilməsə, Bayden administrasiyası qanundakı digər sanksiya maddələrini də tətbiq etmək səlahiyyətinə malikdir. Sanksiyaalrın aradan qaldırılmasının əsas şərti isə Türkiyənin “S-400” sistemlərini istifadəsindən və ərazisindən çıxartmaqdan ibarətdir.

Bu məsələnin 20 yanvar tarixindən sonra baş tutacaq Ankara-Vaşinqton dialoqunda gündəmə gəlməsi gözlənilir. ABŞ-ın Türkiyəyə güzəştə gedəcəyi inandırıcı görünmür. Ancaq Türkiyə sanksiyaların ləğvinə nail olmaq üçün raketləri xaricdəki hərbi bazalarından birinə yerləşdirə bilər. Üçüncüsü, 15 İyul çevriliş cəhdinə görə, FETÖ terror təşkilatının lideri, hazırda Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin ekstradisiyası ilə bağlıdır. Bayden administrasiyasının bu məsələdə Türkiyənin gözləntilərini doğruldacağı gözlənilmir. Regional məsələlərdə ən əhəmiyyətli fikir ayrılığı ABŞ rəhbərliyinin Suriyada YPG terror təşkilatına ə dəstək verməsi ilə bağlı olacaq. “S-400” mübahisəsini ən vacib ikitərəfli problem kimi görən Vaşinqtondan fərqli olaraq, Ankara ABŞ-ın YPG ilə əməkdaşlığını əsas müzakirə olunmalı mövzu hesab edir. Ankaranın mövqeyinə görə, YPG Obamanın prezidentliyi dövründə İŞİD-lə mübarizədə yerli güc tərəfdaşı kimi yaradılıb. Ona görə də Bayden və komandası bu siyasəti gücləndirəcək. Ancaq Bayden administrasiyasının NATO və bölgə üçün əhəmiyyətli bir ölkə olan Türkiyə ilə münasibətləri pozmayacağı, Ankaranın "Yeni bir səhifə açaq" təklifinə müsbət cavab verəcəyi ehtimalı da stünlük təşkil edir. Göründüyü kimi, Co Baydenin Ağ Evə gəlişindən sonra Türkiyə ilə münasibətlərin qaydaya salınması heç də asan olmayacaq.

Buna baxmayaraq, tərəfləri yaxınlaşdıracaq pozitiv səbəblər də az deyil. Prezident Baydenin dövlət katibi postuna təyin etdiyi Antoni Blinken bu baxımdan, əlaqələrin bərpasında mühüm rol oynaya bilər. Çünki Blinken ABŞ istiblişmentində və ümumiyyətlə demokratların düşərgəsində Türkiyəyə ən isti münasibəti ilə tanınan siyasətçilərdən sayılır.

Blinken ABŞ-da Türkiyəni yaxşı tanıyan şəxslərdən biri olmaqla yanaşı, Obama administrasiyasında çalışarkən, Ankaraya qarşı sanksiyalar təklifinin qatı əleyhinə çıxıb. Məhz belə bir şəxsin ABŞ-ın xarici siyasətinə rəhbərlik etməsi tərəflər arasındakı ziddiyyəti aradan qaldıracaq mühüm amil hesab edilir. Eyni zamanda, prezident Ərdoğanın son günlər Türkiyənin Avropa Birliyinə üzv olması, Gömrük sazişinə yenidən baxılması istiqamətində verdiyi müzakirələrə başlaması ABŞ-ın yeni rəhbərliyi ilə yaxınlaşmağa hesablanmış siyasi gediş kimi dəyərləndirilir. Ancaq bu prosesin reallaşması üçün həm ABŞ-ın, həm də Avropa Birliyinin insan hüquqları ilə bağlı Türkiyədən tələbləri var. Ona görə də rəsmi Ankaranın anlaşmaya nail olmaq üçün, siyasi məhbusların azadlığa buraxılması kimi müəyyən kompromis addımlar atacağı istisna edilmir. Eləcə də Türkiyə artıq öz istehsalı olan raketdən müdafiə sistemlərinin ilkin sınağını keçirib. Yaxın vaxtlarda “S-400” problemi ilə bağlı da Qərblə anlaşmaya nail ola bilər.
Cebhe.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Dünən, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Dünən, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Dünən, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Dünən, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Dünən, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Dünən, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Dünən, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Dünən, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Dünən, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Dünən, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Dünən, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Dünən, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Dünən, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Dünən, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Dünən, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru