""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." .....                     "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT .....                     Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ .....                     Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər .....                     Bank olmayan kredit təşkilatlarının SONU gəlir? .....                     Bir olmağa məhkumuq... .....                     Bu ölkələr türklərə nifrət edirlər... .....                     Nəvai həbsxanada nə edir? .....                     Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi .....                     Azərbaycanda toylarla bağlı yeni vəziyyət .....                     Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib .....                     Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                 

Qara dənizdə Rusiya-NATO toqquşması? - TƏHLİL
Tarix: 24-06-2021, 08:11 | Çap et
Qara dənizdə Rusiya-NATO toqquşması?
Dünən Rusiya Müdafiə Nazirliyi sensasion məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, Rusiyanın keşikçi gəmisi Qara dənizdə Böyük Britaniyaya məxsus “Defender” gəmisinə (destroyer) xəbərdarlıq atəşi açıb, “Su-24 M” döyüş təyyarəsi isə gəminin hərəkət kursu istiqamətinə bombalar atıb. Rusiya tərəfi iddia edir ki, Britaniya gəmisi Krımdakı Fiolent burnu rayonunda Rusiya sərhədini pozaraq 3 km irəliləyib və bununla bağlı xəbərdarlıqlara məhəl qoymayıb: “Gəminin hərəkətini dayandırmaq üçün “Su-24 M” təyyarəsi onun hərəkət kursu iqtiqamətinə 4 ədəd OFAB-250 T qəlpə-fuqas bombası atıb. Sonra “Defender” Rusiya ərazi sularını tərk edib”.

Lakin Britaniya tərəfi Rusiya Müdafiə Nazirliyinin iddialarını təkzib edib. Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, onların gəmisi beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın ərazi sularından dinc keçid edib. Nazirlikdən qeyd ediblər ki, “Defender” gəmisinə xəbərdarlıq atəşi açılmayıb və onun yoluna bomba atılmayıb, sadəcə olaraq, həmin vaxt ruslar dənizdə atəş təlimləri keçirirmişlər.

Britaniya gəmisinin Krım akvatoriyasında üzməsi barədə Rusiya tərəfinin açıqlaması böyük ehtimalla həqiqətdir. Amma məsələ burasındadır ki, belə olsa belə, bu, Rusiya dəniz sərhədlərinin pozulması demək deyil. Çünki beynəlxalq hüquqa görə, Krım Ukrayna ərazisidir və Böyük Britaniya dövləti də Krımı Ukrayna hesab edir. Bu baxımdan hər hansı pozuculuq faktından söhbət gedə bilməz.

Qeyd edək ki, “HMS Defender” esminetsi (destroyer) 2009-cu ildə suya buraxılıb. Onun uzunluğu 152 metr, sürəti saatda 55 km-dir. Gəmidə radiolokasiya stansiyası, zenit artilleriyası və raket qurğusu quraşdırılıb. Gəmi iyunun 14-də Niderlanda məxsus “HNLMS Evertsen” hava hücumundan müdafiə freqatı ilə birlikdə Qara dənizə daxil olub. Məlum olduğu kimi, Krımın ilhaqından sonra NATO Qara dənizdə öz mövcudiyyətini artırmağa başlayıb və hər ay ittifaqa üzv ölkələrin hərbi gəmiləri dənizə daxil olur və Ukraynaya dəstək nümayişi kimi bu ölkənin limanlarına yanaşır. Bu isə Rusiyada ciddi narazılıqla qarşılanır. Rusiya hərbi rəhbərliyi NATO gəmilərinin dənizdə aktivliyinin provokasiya məqsədi daşıdığını iddia edir.

Qara dənizdə suların isinməsinin əsas səbəbi şübhəsiz ki, NATO dövlətlərinin Ukrayna ordusunun gücləndirilməsi və modernləşdirilməsi, onun hərbi dəniz donanmasının dirçəldilməsi istiqamətində atdığı addımlardır. Elə cəmi 2 gün əvvəl – iyunun 21-də məhz “Defender”ın göyərtəsində Ukrayna və Büyük Britaniya hökumətləri arasında önəmli sənəd imzalanıb. Ukrayna müdafiə nazirinin müavini Aleksandr Mironyuk və Britaniya hökumətinin müdafiə sahəsində alqı-satqılar üzrə naziri Ceremi Kvin tərəfindən imzalanmış Memorandumda hərbi gəmilərin birgə layihələndirilməsi və tikintisi, Ukrayna gəmiqayırma müəssisələrinin rekonstruksiyası və Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2 bazanın tikintisi nəzərdə tutulur. Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin oktyabrında Londona səfəri zamanı imzalanmış sazişə əsasən isə Britaniya Ukrayna ordusu və hərbi donanmasının inkişafı üçün 1,25 milyard funt-sterlinq ayırıb.

Moskvanı narahat edən başqa bir məsələ 28 iyun – 10 iyul tarixləri arasında Qara dənizdə Ukraynanın iştirakı ilə keçiriləcək “See Breeze” hərbi təlimləridir. ABŞ-ın 6-cı donanmasının, NATO-ya üzv və tərəfdaş 32 ölkədən 40-a yaxın hərbi gəminin və 5 minə yaxın hərbçinin qatılacağı təlimlərdə məqsəd Ukrayna ordusu ilə ABŞ və NATO qüvvələrinin birgə fəaliyyət bacarıqlarının artırılmasıdır. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, təlimlər pərdəsi altında NATO Ukraynaya ən müasir silahlar ötürəcək. Moskva ABŞ-ı “Qara dənizdə savaş variantlarının sınaqdan keçiriləcəyi” bu təlimlərdən imtina etməyə çağırıb.

Bütün bunlar Rusiya rəhbərliyində ciddi qıcıq yaradır. Niyə? Çünki bu halda Rusiyanın əlində Ukraynanı çəkindirən yeganə vasitə olan sərt güc alətinin siyasi təsiri azalır və müqavimət imkanları artan Ukrayna Moskvanın tələblərini daha inamla rədd edir. Ukrayna nümayiş etdirir ki, o, nəinki Donbas istiqamətində hər hansı porovokasiyaları dəf etməyə hazırdır, hətta Rusiyanın bütün sərhəd xətti boyu genişmiqyaslı hücuma başlaması ehtimalından da qorxmur və zəruri müdafiə tədbirləri görür. Bu baxımdan dost və tərəfdaş ölkələrlə hərbi əməkdaşlığın inkişafı zəruridir və təbiidir. Artıq Ukrayna ABŞ, Kanada, Britaniya və Türkiyədən müasir silah və müdafiə sistemləri almağa başlayıb. Türkiyə Ukraynaya “Bayraktar” zərbə dronları satmaqdan əlavə, öz tərsanələrində bu ölkə üçün 2 ədəd korvet inşa edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Türkiyə hökuməti ilə bu mövzuda ciddi söhbət aparacaqlarını deyib.

Yəqin ki, Rusiya yenə turist göndərməmə şantajı, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin tətbiqi, Suriyada – İdlibdə Türkiyəyə yaxın qruplara rejimin hücumlarını təşviq etmək kimi daha öncə sınaqdan keçirdiyi təzyiq metodlarından istifadə edə biləcəyini Ankaranın nəzərinə çatdıracaq.

Moskva Ukraynanın NATO-ya qəbulunu özünün qırmızı xətti elan edib. İttifaqın lider dövlətləri hələlik Putinin təhrik etməmək üçün Ukraynanı (eləcə də Gürcüstanı) NATO-ya qəbul etməkdə tələsmirlər. Amma Ukrayna ordusunun gücləndirilməsi və NATO standartlarına uyğunlaşdırılması davamlı prosesdir.
Müəllif: Şahin Cəfərli









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21
• "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
• Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər - "AXİOS"
Bu gün, 08:12
• Bank olmayan kredit təşkilatlarının SONU gəlir? - AKTUAL
Bu gün, 08:11
• Bir olmağa məhkumuq... - ÇAĞIRIŞ
Bu gün, 08:03
• Bu ölkələr türklərə nifrət edirlər... - FAKT BUDUR...
Bu gün, 07:58
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
• Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10
• Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44
• Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru