Bir olmağa məhkumuq... .....                     Bu ölkələr türklərə nifrət edirlər... .....                     Nəvai həbsxanada nə edir? .....                     Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi .....                     Azərbaycanda toylarla bağlı yeni vəziyyət .....                     Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib .....                     Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                 

Putin "Belarus kartı"nı əla oynayır: Lukaşenko ağır seçim qarşısında - TƏHLİL
Tarix: 6-07-2021, 10:27 | Çap et
Putin "Belarus kartı"nı əla oynayır: Lukaşenko ağır seçim qarşısında
Belarusda keçən ilin avqustunda prezident seçkilərindən sonra başlayan və ilin sonuna qədər davam edən kütləvi etiraz aksiyalarının yatırılması ilə bağlı hakimiyyətin həyata keçirdiyi sərt tədbirlərə qarşı Qərb dövlətlərinin reaksiyaları əvvəlcə daha çox siyasi xarakter daşıyırdı. ABŞ və Avropa ölkələri seçkilərin nəticələrini tanımadıqlarını bəyan etsələr də, Minskə qarşı iqtisadi sanksiyaların tətbiqinə tələsmirdilər.
Həmin dövrdə iqtisadi sanksiyaların tətbiqinə ehtiyac da yox idi. Çünki ölkənin əsas gəlir mənbəyi hesab olunan iri şirkətlərin işçiləri zatən etiraz əlaməti olaraq, istehsalatı dayandırmışdılar. Bundan əlavə, kütləvi etiraz aksiyaları və seçkilərin nəticələrinin Qərb dövlətləri tərəfindən tanınmaması Belarusa beynəlxalq etimadı azaltmış, nəticədə ölkənin valyutasının dəyəri sürətlə düşməyə başlamışdı.

Lakin Lukaşenko sırf Rusiyanın dəstəyilə ictimai-siyasi vəziyyəti sabitləşdirməyə nail oldu, ardınca isə Moskvanın təqdim etdiyi bir milyardlıq güzəştli kreditin hesabına iqtisadiyyatını dirçəltməyə başladı. Təbii ki, Rusiyanın köməyi təmənnasız deyildi - Moskva, nəhayət ki, Belarusu “ittifaq dövləti” adı ilə öz nəzarətinə keçirməyi planlaşdırırdı. İllərdir Qərblə Rusiya arasında balanslaşdırma siyasəti apararaq, ölkəsinin suverenliyini qorumuş Lukaşenkonun hakimiyyətini saxlamaq üçün Moskvaya sığınmaqdan başqa çıxış yolu qalmamışdı.
Bununla belə, etiraz aksiyaları başlayandan yalnız yeddi ay sonra, yəni 2021-ci ilin fevral ayında Avropa Birliyinin “Belarusda insan hüquqlarının pozulması” adı ilə iqtisadi sanksiyalar paketinin hazırlandığı elan olundu.

Fəqət yenə də konkret addımlar atılmırdı. Bu da Belarusun tam olaraq Rusiyanın nəzarətinə keçməsinə imkan verilməməsi üçün Qərbin sərt iqtisadi sanksiyalara əl atmayacağı ilə bağlı proqnozların səslənməsinə əsas yaradırdı. Güman ki, Lukaşenko da buna ümid edir, siyasi böhran başa çatdıqdan sonra tədricən Avropa ilə münasibətləri düzəldərək, yenidən Rusiya ilə Qərb arasında tarazlıq yaratmaq hesabına ölkəsinin suverenliyini qoruyub saxlayacağını düşünürdü.

Vəziyyəti kardinal şəkildə dəyişən bu ilin may ayının 23-də İrlandiyanın “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsinin Minskdə məcburi yerə endirilməsi və təyyarədə olan “Nexta” teleqram kanalının rəhbəri Roman Protaseviç ilə onun rəfiqəsi Sofiya Sapeqanın həbs edilmələri oldu. Bu hadisə Qərb üçün sanki siqnal rolunu oynadı və AB tərəfindən Belorusa qarşı ən sərt iqtisadi sanksiyaların tətbiqi qərara alındı.

Sanksiyaların arasında neft məhsulları, kalium kübrəsi və tütün məmulatlarının Avropaya ixracına, hətta ixrac üçün Avropa ölkələrinin ərazisindən tranzit kimi istifadə olunmasına qadağanın qoyulması Belarus iqtisadiyyatına ölümcül zərbə sayıla bilər. Bundan əlavə, AB Belarusa öz maliyyə bazarlarına girişi bağladı, dövlət şirkətlərinin sığortasını qadağan etdi və Avropa investisiya Bankının ödənişlərini dayandırdı.

Qeyd edək ki, Belarus büdcəsinin 93 faizi sənaye müəssisələrinin ixracı hesabına formalaşır və illik 7 milyard dollarlıq məhsul Avropa ökələrinə ixrac olunur. Dünya üzrə kalium kübrəsinin 20 faizini istehsal edən “Belaruskaliy” dövlət şirkəti məhsulun yalnız 10 faizini Avropaya, yerdə qalanını isə Hindistan, Braziliya və Çinə satırdı. Ancaq məsələ burasındadır ki, Belarusun ixracının 90 faizi Litvanın Klaypeda dəniz limanından həyata keçirilirdiyi üçün, yeni sanksiyalar ümumiyyətlə xaricə məhsul göndərilməsini müşkülə çevirir.

Ölkənin “Balneftxim” konserni illik 4,2 milyard, “Belaruskaliy” dövlət şirkəti isə 2,4 milyard dollarlıq məhsul ixrac edirdi ki, sanksiyaların qüvvəyə minməsiylə bu məhsulların dünya bazarına çıxarılması mümkün olmayacaq. Avropa Birliyi sanksiyalarla bağlı yaydığı rəsmi açıqlamada Belarusda son dövrlərdə insan hüquqlarının pozulması, jurnalistlərə qarşı zor tətbiq edilməsi, vətəndaş cəmiyyəti üzvlərinin cəzalandırılması və Roman Protaseviç ilə Sofiya Sapeqanın həbsinə görə bu qərarın qəbul olunduğunu bəyan edib.

Güman etmək olar ki, Lukaşenko, Avropa təyyarəsinin yerə endirilərək, jurnalist Protoseviçlə onun rəfiqəsini həbs etmək qərarını Kremlin “tövsiyəsi” ilə verib. Rusiya mediasının Lukaşenkonun bu addımının doğruluğunu əsaslandırmaq üçün dəridən-qabıqdan çıxması, hətta prezident Vladimir Putinin öz çıxışında Minskin hərəkətinə bəraət qazandırması Moskvanın prosesin iştirakçısı olmasından xəbər verirdi. Təbii ki, Kremlin öz məqsədləri vardı: Moskva AB-nin sanksiyaları ilə üzləşən Belarusu özündən tam asılı vəziyyətə salacaq və Amerka prezidenti ilə gözlənilən danışıqlarda “Protaseviç” kartından istifadə edəcəkdi.

“Ryanair” təyyərəsinin yerə endirilməsini və Protaseviçin həbsini kəskin tənqid edən Baydenin Rusiya prezidenti ilə iyunun 16-da keçirilən görüşündə bu məsələni qaldıracağı heç kəsdə şübhə doğurmurdu. Həqiqətən də, bu görüşdən sonra Protaseviçin həbsi ev düstaqlığı ilə əvəz olundu və bu yolla Putin Baydenin tələblərindən birini yerinə yetirərək, əlavə xal qazanmaqla yanaşı Rusiyada həbs olunmuş müxalifətçi Navalnının məsələsinin üzərindən sükutla keçilməsinə nail oldu.

Beləliklə, Avropanın Belarusu heç bir halda Rusiyadan tam asılı vəziyyətə düşməyə qoymayacağı ilə bağlı proqnozlar özünü doğrultmadı. Sanksiyalardan sonra Lukaşenko nəinki hakimiyyətini saxlamaq, hətta ölkə əhalisini ərzaqla təmin etmək üçün Rusiyanın yardımlarına möhtacdır. Rusiya ilə “ittifaq dövləti” qurmaq istəyən Belarus yaxşı halda federal subyektlərdərdən birinə çevrilə, Lukaşenko isə, hakimiyyətdə saxlanılarsa, Çeçenistan prezidenti Kadırov, yaxud, İnquşetiya prezidenti Kalimatovla eyni sırada dayana bilər. Odur ki, iki seçim qarşısında qalıb:
1) Rusiyanın şərtlərilə razılaşıb, ittifaq dövləti qurmaq. Bu halda ölkənin suverenliyindən söhbət gedə bilməz, hətta Lukaşenkonun uzun müddət hakimiyyətdə qalacağına belə, zəmanət verilmir.
2) Avropa ilə gizli danışaqlara gedib, müəyyən şərtlər müqabilində hakimiyyətdən uzaqlaşmaq və ölkənin tam olaraq Qərbə yönəlməsilə razılaşmaq. Bu halda da, Belarusun şərq hissəsində yaşayan rusdilli əhali Ukraynada olduğu kimi “öz hüquqlarının tapdalandığını” əsas gətirib, müstəqilliklərini elan edə bilərlər. Moskva isə rusdilli əhalinin hüquqlarını hər vasitə iə qorumağı özünə borc biləcək.
Azvision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bir olmağa məhkumuq... - ÇAĞIRIŞ
Bu gün, 08:03
• Bu ölkələr türklərə nifrət edirlər... - FAKT BUDUR...
Bu gün, 07:58
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
• Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10
• Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44
• Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru