Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                 

Rusiyanın İran sursatına ehtiyacı qalmır, Şimali Koreya var - ARAŞDIRMA
Tarix: 17-01-2026, 01:57 | Çap et

Kreml 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə başlayandan İran Rusiya üçün böyük hərbi təchizatçı olub. Amma mütəxəssislər AzadlıqRadiosuna deyirlər ki, bu dəstək artıq Moskvanın müharibə səylərində əsas rol oynamır.

2021-ci ilin oktyabrından bəri İran Rusiyaya 2.7 milyard dollarlıq raket – hava hücumundan müdafiə raketləri, ballistik raketlər satıb. Bu haqda "Bloomberg" yanvarın 12-də bir Qərb təhlükəsizlik rəsmisinə istinadla yazıb.

Moskva ticarətin həcmini açıqlanmır, İran isə Rusiyaya hər hansı təchizatı inkar edir.

"Tərəflər arasında münaqişə davam edərsə, İran istənilən tərəfə hərbi yardımdan çəkinəcək", – İranın BMT-dəki daimi nümayəndəliyi mayda bəyanatında bildirib.

AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Rey Förlonq bunun əksinə dəlillərin olduğunu yazır. Özəlliklə, Rusiya müharibənin əvvəlində İranın "Şahed" hücum dronlarından geniş yararlanıb. Amma bu dəstəyin dəyəri getdikcə azalmış kimi görünür.

Dronlar

"İran hələ də dron tədarük edir, azından keçən ilədək, İranın göndərdiyi yeni dron dizaynları vardı. Amma məncə, İranın Rusiya ilə müdafiə avadanlığı mübadiləsinin pik həddi çoxdan keçib", – Ceyms Martin Nüvə Silahlarının Yayılmaması Mərkəzində Avrasiya proqramının rəhbəri Hanna Notte yanvarın 14-də AzadlıqRadiosuna bildirib.

Yeni Avrasiya Strategiyaları Mərkəzinin analitiki Ruslan Süleymanov da oxşar fikirdədir.

"Rusiya dörd il öncə olduğu kimi İran silahlarından asılı deyil. "Şahed" dronları Rusiyada "Qeran" adı ilə istehsal olunur, bu dronların istehsal dövriyyəsinin təxminən 90 faizi artıq tamamilə Rusiyada, İranın köməyi olmadan aparılır", – o, "Current Time"a bildirib.

İran Rusiyanı texnologiya və təlimlə təmin edib, Rusiyanın Tatarıstan bölgəsindəki Alabuqa zavodu "Qeran" istehsal edir.

Ukraynanın məlumatına görə, Rusiya hər ay təxminən 5 min uzaqməsafəli dron istehsal edir. Bunların sırasında "Qeran" zərbə dronu, Ukraynanın hava hücumundan müdafiə sistemlərini neytrallaşdırmaq üçün başlıqsız "Qerbera" dronu da var.

Raketlər

Apreldə ABŞ-nin Mərkəzi Komandanlığının rəhbəri, general Kristofer Kavoli ABŞ Senatının Silahlı qüvvələr komitəsində bildirib ki, "İran Rusiyaya maddi dəstəyini davam etdirib, 400-dən çox qısamənzilli ballistik raket, yüz minlərlə artilleriya mərmisi hədiyyə edib".

"Reuters" isə mayda xəbər verib ki, İran "Fəth-360" raket buraxılış qurğuları göndərəcək, amma Tehran bunu inkar edib. 2024-cü ilin sentyabrında isə Pentaqonun sözçüsü Patrik Rayder "Fəth 360" raketlərinin göndərildiyini bildirmişdi.

Həmin ilin oktyabrında ABŞ Ukraynada istifadə üçün Xəzər dənizi vasitəsilə dron avadanlığı və sursat çatdıran iki Rusiya gəmiçilik şirkətinə sanksiyalar tətbiq etdi.

Avropa İttifaqı bir neçə gün sonra İranın üç aviaşirkətinə və iki satınalma firmasına sanksiyalar tətbiq edib, bunu "İranın Rusiyaya raket və dron tədarükü" ilə əlaqələndirib.

"Fəth 360" raketlərinin Ukraynada istifadə olunmasına dair heç bir məlumat yoxdur. Notte bunu "Fəth 360" üçün buraxılış qurğularının təhvil verilməməsi ilə izah edib. Digər səbəb Rusiyanın daxili istehsalı artırması, Şimali Koreyadan da təchizat gəldiyindən onlara ehtiyac duymaması ola bilər.

Keçən ilin fevralında Londonda yerləşən RUSI təhlil mərkəzi Rusiya Müdafiə Nazirliyinin 2025-ci ildə təxminən 750 ballistik və 560 qanadlı raket istehsal etməyi planlaşdırdığını yazıb. O vaxtdan Ukrayna hərbi kəşfiyyatı bu istehsalla bağlı daha yüksək proqnozlar verib.

"Ruslar sadəcə, bu İran raketlərindən istifadəyə ehtiyac duymamış ola bilərlər", – Notte bildirib.

Sursatlar

2022-ci ildən bəri İranın Rusiyaya böyük miqyasda sursat və mərmi göndərdiyi ehtimal edilir. "The Wall Street Journal" 2023-cü ildə apardığı araşdırmada 300 min artilleriya mərmisi, təxminən 1 milyon döyüş sursatından söz açırdı.

2025-ci ildə Ukraynanın dron hücumları hərbi təchizatın davam etdiyini göstərib. Rusiya mediası apreldə Xəzərdəki Olya limanına ilk hücumları xəbərlədi, avqustda digər hücumlar haqda məlumatlar gəldi. Olya İran hərbi yükünün göndərildiyi əsas mərkəz sayılır.

Kiyev İqtisadiyyat Məktəbinin ötən il hazırladığı bir hesabatda həm İran, həm də Şimali Koreyadan gəmi və dəmir yolu ilə daşınan partlayıcı maddələrin həcmi detallı göstərilib. Hesabata görə, Şimali Koreyadan gələn təchizat artıq Rusiyanın partlayıcı maddələr idxalının 58 faizini təşkil edir.

Notte Şimali Koreyadan göndərilən mərmi və güllələrin miqyasına görə İrandan təchizatı geridə qoyduğunu deyir: "Ukraynalılar keçən il hesablayıblar ki, Rusiyanın Ukraynada istifadə etdiyi bütün sursatın 50 faizi Şimali Koreyadan gəlib. Fikrimcə, Şimali Koreya Rusiya üçün əsas müdafiə təchizatçısına çevrildiyindən İranın sursatına ehtiyac qalmayıb".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru