"Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                 

ARDNŞ ŞEFİ “QAZ VURUB QAZAN DOLDURUR”
Tarix: 23-03-2012, 15:04 | Çap et
ARDNŞ ŞEFİ “QAZ VURUB QAZAN DOLDURUR”

ARDNŞ-DƏ CƏRƏYAN EDƏN MÜDHİŞ KORRUPSİYA FAKTININ TƏFƏRRÜATLARI

DİA.AZ: - Azərbaycan hakimiyyəti korrupsiya və rüşvətxorluğa qarşı mübarizə görüntüsü yaratmaqda davam edir. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dövlət başçısı Ilham Əliyevin adından Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirəndən sonra dövlət qurumlarının rəhbərləri korrupsiya və rüşvətxorluğu “lənətləmək” üçün növbəyə düzülüblər. Hətta onlardan bəziləri irimiqyaslı korrupsiya əməllərini ört-basdır etmək üçün xırda çinovnikləri qurban da veriblər. Sanki Azərbaycanda korrupsiyanın başında işdən çıxarılan, yaxud məsuliyyətə cəlb olunan hansısa beşinci, altıncı dərəcəli məmur dayanır.

Əgər hakimiyyət doğrudan da, korrupsiyaya qarşı mübarizədə səmimidirsə, onda bu yazını diqqətlə oxusun və həmən, qeyd edəcəyimiz faktların araşdırılması barədə göstəriş verilsin.
Bu faktlar maye qaz satışındakı korrupsiya əməliyyatları ilə bağlıdır. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, hər il maye qaz satışı zamanı 20 milyon manata yaxın vəsait mənimsənilir. Məlumatlarda bildirilir ki, Azərbaycanda maye qaz satışını Məişət Maye Qaz Birliyi həyata keçirir. Birliyin rəhbəri Rasim Salmanovdur. Bu şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevə yaxınlığı ilə seçilir. Birlik maye qazı iki zavoddan - Qaradağ Qaz Emalı Zavodu və Heydər Əliyev adına Neft Emalı zavodundan alır. Əmlak Məsələləri üzrə Komitənin balansında olan Məişət Maye Qaz Birliyi əslində Rövnəq Abdullayev üçün maye qaz satışında korrupsiya əməliyyatlarını həyata keçirən əsas qurumdur.

Bu ilin yanvarın 1-nə qədər birlik satış mərkəzlərinə maye qazın 1 tonunu 370 manata satıb. Amma bu məbləğ 240 manat rəsmiləşdirilib. Deməli, satış mərkəzlərindən hər tona görə 130 manat əlavə haqq alınıb. Hansısa səbəbdən Rövnəq Abdullayev yanvarın 1-dən sonra əlavə haqqı 10 manat azaldıb. Əvəzində rəsmiləşdirilən məbləğ 10 manat artıb.
Yəni, indi də maye qaz 370 manata satılır, lakin bu məbləğ 250 manat kimi rəsmiləşdirilir.

Bəs Məişət Maye Qaz Birliyi zavodlardan maye qazın 1 tonunu neçəyə alır? Məlumatlara görə, birlik 1 ton maye qaz üçün 100 manat ödəyir.
Məlumatlarda deyilir ki, ölkə daxilində 1 il ərzində 150 min ton maye qaz satılır. Nəzərə alsaq ki, hər tona görə satış mərkəzlərindən 120 manat əlavə haqq alınır, bu, bir ilə 18 milyon manat edir. Burada bir incə məqam da var: Birlik zavodlardan maye qazı kiloqramla alır. 1 kq maye qaza görə 10 qəpik ödənilir. Əgər maye qazın tonu 370 manata (250 manat rəsmi qiymət, 120 manat əlavə haqq) satılırsa, deməli, bir kiloqramı 37 (25 qəpik rəsmi qiymət, 12 qəpik isə əlavə haqq) qəpiyə düşür.

Əziz oxucular, o cümlədən korrupsiyaya qarşı “savaş” açan Ilham Əliyev və Ramiz Mehdiyev, maye qaz satışı mərkəzlərində 1 litr maye qazın 35 qəpiyə satıldığını görüb təəccüblənməyin ki, nə üçün işbazlar aldıqları məhsulu 2 qəpik ziyanına satırlar. Burada hər hansı ziyandan söhbət gedə bilməz. Çünki 1 kiloqram maye qaz 1.7 litr təşkil edir. Maye qazın 1.7 litri 37 qəpikdirsə, 1 litri təxminən 21 qəpiyə düşür. Işbazlar da maye qazın 1 litrini 35 qəpiyə sataraq nəinki ziyan edirlər, əksinə 14 qəpik qazanırlar.

Yuxarıda qeyd etdik ki, Məişət Maye Qaz Birliyi maye qazı Qaradağ Maye Qaz Emalı və Heydər Əliyev adına Neft Emalı zavodlarından alır. Hələ sovetlər dönəmində əhalini maye qazla Qaradağ Maye Qaz Emalı zavodunun təmin etməsi məqsədəuyğun sayılıb. Çünki bu zavodda emal olunan qaz mədən qazıdır və zəhərlənmə riski azdır. Amma Heydər Əliyev adına Neft Emalı Zavodunun satdığı qaz neftdən alınır və bu qazın əhaliyə satılması yolverilməz hesab edilir. Əlbəttə ki, keyfiyyətinin aşağı, zəhərlənmə riskinin isə daha çox olmasına görə.
Dəhşətli burasıdır ki, bu gün Azərbaycanda əhaliyə məhz Heydər Əliyev adına Neft Emalı zavodunun istehsal etdiyi maye qaz satılır. Daha keyfiyyətli və zəhərlənmə riski minimum olan Qaradağ Maye Qaz Emalı Zavodunun istehsal etdiyi qaz isə Gürcüstan vasitəsilə xarici ölkələrə daşınır. Hələlik həmin ölkələrin siyahısı bizdə yoxdur. Lakin araşdırmalarımızı davam etdirib Rövnəq Abdullayevin daha keyfiyyətli maye qazı hansı ölkələrə satdığını öyrənməyə çalışacağıq...

Sonda daha bir fakt: Qəbul olunmuş standartlara görə əhaliyə satınla maye qazın tərkibində 40-45 faiz propan, 55-60 faiz isə butan olmalıdır. Amma hazırda əhaliyə satılan maye qazın tərkibində propan 5-10 faiz təşkil edir. Bu da əhaliyə satılan maye qazın keyfiyyətsiz olmasını bir daha sübut edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Dünən, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Dünən, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Dünən, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Dünən, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Dünən, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Dünən, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Dünən, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Dünən, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Dünən, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Dünən, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Dünən, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Dünən, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Dünən, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Dünən, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Dünən, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Dünən, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru