Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                 

Yarmarka, yoxsa akademiya? – Bakı Tennis Akademiyasında acı mənzərə
Tarix: 6-02-2018, 10:15 | Çap et
Yarmarka, yoxsa akademiya?
Təməli 10 il əvvəl - 2008-ci ildə qoyulan Bakı Tennis Akademiyası ilk baxışdan ticarət mərkəzini xatırladır. Üç hektara yaxın ərazisi olan akademiyanın 4 070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Amma burada daha çox tennis yox, qeyri-profil üzrə fəaliyyət göstərən obyektlər nəzərə çarpır. Halbuki, akademiya yeni açılanda burada xaricdən dəvət olunmuş məşqçilərin dərs deyəcəyi, gənc tennisçilərin yetişdiriləcəyi deyilirdi.

On il az vaxt deyil… Təəssüf ki, akademiyanın indi hansı təyinat üçün olduğu unudulmaqdadır. Bank, çayxana, fast-food, restoran, geyim dükanı, gül dükanı, kababxana… Görünən bunlardır. Əvvəllər yan-yörədə məşhur tennisçi Mariya Şarapovanın şəkli də var idi. Sonradan o lövhələr də yoxa çıxdı. Hazırda Bakı Tennis Akademiyasının İbrahimpaşa Dadaşov küçəsinə baxan hissəsi əsl yarmarkadır.
Buradan obyekt kimi istifadə edənlər deyir ki, 248 saylı məktəblə üz-üzə olduğu üçün buradakı dəftərxana ləvazimatları mağazasının gəliri yüksək olur, yerdə qalanlar o qədər gəlirli obyekt sayılmır. Bir də akademiyanın həyətindəki “Çay bağçası” yayda müştərilərin sevimli məkanına çevrilir.
Sakinlər həm içəridəki, həm də binanın çölündəki çayxananın hər kəsə açıq olduğunu dedilər. Onların sözlərinə görə, havalar istiləşən kimi, Akademiyanın bağçasında yerləşən Çay evinə, soyuq havalarda isə binanın içindəki çayxanaya üz tuturlar. Burada müştərilərə çay dəstgahı ilə yanaşı, sulu qəlyan da təklif olunur.
Ərazidəkilər tennis oynamağa gələnlərin isə daha çox millət vəkilləri, yüksəkvəzifəli şəxslər olduğunu bildirdilər.
İllərəvvəl verilən vədlərin – xariicdən məşqçilər cəlb olunması, gənc tennisçilər yetişdirilməsi məsələlərinin nə yerdə qalması ilə maraqlandıq.
Bakı Tennis Akademiyasının direktor müavini Namiq Camalov hafta.az-a açıqlamasında akademiyanın ərazisi ilə bağlı deyil, yalnız tennislə bağlı mövzular barədə məlumat verə biləcəyini dedi. Onun sözlərinə görə, həftədə 3 dəfə 1 ay boyunca tennislə məşğul olmağın qiyməti 50 manatdır. Asudə vaxtlarında tennis oynamağa gələnlər isə 1 saatına 20 manat ödəyirlər: “Beş-altı yaşdan 13 yaşadək uşaqların öyrədilməsi həftədə 3 dəfə olmaqla bir ayı 50 manatdır. Həvəskarlar üçünsə saat hesabı ilədir. Açıq kortlarda bir saat 10 manat, qapalı yerlərdə isə 20 manatdır, üstəlik trenerə də ödəniş olunmalıdır bu da təxminən 20-30 manat arasındadır”.
Direktor müavini deyir ki, tennisə maraq var, gələnlər arasında sıravi vətəndaşlardan tutmuş, millət vəkillərinə qədər bir çoxlarını görmək olar.

Qeyd edək ki, Tennis Akademiyası və Tennis Federasiyası, əslində, ayrı qurum olsalar da, demək olar ki, qarşılıqlı fəaliyyət göstərirlər. Onlar həm də inzibati binaları ilə qonşudurlar. Federasiyanın 5 tennis kortu və 7 açıq tennis kortu var. Akademiyanın facebook səhifəsində buradakı stadionların da bir saatının 40 manatdan olmaqla icarəyə verildiyi bildirilir.
Maraqlıdır ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən “özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını alıb. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Bəs görəsən, bu cür əldə olunan vəsaitlərdən dövlət büdcəsinə ödənilirmi?
Obyektlərin qeyri-profil üzrə istifadə olunması isə bir ayrı mövzudur. Məsələn, akademiyanın inzibati binasının birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada “Beşiktaş” futbol məktəbi”, “Ev alqı-satqısı”, “Baku Flowers” adlı gül mağazası “Ləziz kafe” fəaliyyət göstərir.
Mağazalardan birinin satıcısı bizimlə söhbətində deyir ki, onsuz da bura boş obyekt idi, münasib qiymətə icarəyə verirdilər gəlib götürdük: “Guya kimdir gəlib burada tennis oynayan? Amma mağaza ilə heç olmasa həm biz xeyir götürürük, həm də camaat nəsə alır”.

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı Natiq Cəfərli deyir ki, dövlət qurumlarının əsasnaməsində onların balansında olan daşınan və daşınmaz əmlakdan kommersiya məqsədi ilə istifadə nizamnamə ilə tənzimlənir: “Əgər həmin obyektlərdən qeyri-profil üzrə istifadə etməklə icarəyə vermək hüquqları varsa, öz balansında olan əmlakı icarə verməyə ixtiyarı var. Bu o halda qanuni sayılır ki, icarədən gələn vəsait şəffaf şəkildə hesabata alınsın və toplansın. Əgər bu, baş verərsə, büdcədən həmin quruma ayrılan vəsait ya azaldılır, ya da tamamilə kəsilir. Həm dövlət büdcəsindən maliyyələşmək, həm də balansında olan əmlakdan pul qazanmaq hazırda ən problemli məsələlərdən birinə çevrilib. Bir çox qurumlar var ki, balanslarında olan əmlakı icarəyə verməklə pul qazanırlar. Olsun, amma həmin pul şəffaf şəkildə xərclənsə, büdcənin yükü azalar. Dövlət qurumları belə məsələlərdə şəffaf olmalıdır, heabatalarını açıqlamalıdır, amma bununla bağlı hər hansı qurtumun açıqlama verdiyini hələ ki, görməmişik, o cümlədən də Bakı Tennis Akademiyasının...”.

Yarmarka, yoxsa akademiya?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru