Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                 

Qazax səhiyyəsinə təcili CƏRRAH MÜDAXİLƏSİ lazımdır... - YOXSA...
Tarix: 14-02-2024, 09:30 | Çap et
Qazax səhiyyəsinə təcili CƏRRAH MÜDAXİLƏSİ lazımdır...
Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Eyyubova Siranuş Cəbrayıl qızı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovanı şikayət edib.

Siranuş Eyyubova bildirir ki, özü Böyük Vətən müharibəsi əlilinin qızıdır. Ailəsi Qarabağ savaşında şəhidlər verib. Böyük qardaşının oğlu I Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəmandır. Kiçik qardaşının oğlu 44 günlük Vətən müharibəsi şəhidi, bibisi nəvəsi 1 günlük antiterror əməliyyatının şəhididir. Bir sözlə, Siranuş xanımın həmişə gözü ağlar olub, şəhid yaxınlarının qanları, canları bahasına Qalib ölkəyə çevrilən Azərbaycanın alnı açıq, üzü ağ vətəndaşı kimi bu torpağın çörəyini yeməyi haqq edib. Amma şikayətlənir ki, uzun illər kiçik tibb bacısı vəzifəsində işlədiyi Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova onu bu bir tikə çörəkdən məhrum edib. Ötən ilin noyabr ayının 17-də Siranuş xanımın pensiya yaşı (65) tamam olan kimi onu yaş senzi ilə əlaqədar çalışdığı İnfeksion xəstəliklər şöbəsindəki işindən kənarlaşdırıb.

Yeri gəlmişkən, Sevda Məmmədovanın özü 69-u haqlayıb, yaşa qalanda Siranuş Eyyubovadan bir neçə bayram böyükdür. Sevda Məmmədova 2019-cu ildən direktorluq etdiyi Qazax RMX-na başqa yerdən gəlməyib, 44 ilə yaxındır ki, Qazax səhiyyə sistemində çalışır. Yəni, elə Siranuş Eyyubova ilə çiyin-çiyinə. Adam bütün sülaləsini rəhbərlik etdiyi müəssisədə işlə təmin edib, yaşı ötmüş qohumlarını da vəzifədə saxlayıb. Belə ki, əri Musa dəri-zöhrəvi həkimi, bir bacısı Gülüş uşaq həkimi, digər bacısı Hüsniyyə diş texniki, bacısı oğlu elektrik vəzifələrindədirlər. Siranuş xanımın sözlərinə görə, Musanın yaşı 75-dir, Gülüş işə çıxmadığı halda maaş almaqdadır, Hüsniyyə isə özü psixi xəstədir. Əgər, Sevda Məmmədova gənc kadrları irəli çəkmək istəyirsə, ilk növbədə özü və əri kreslolarından əl çəkməlidirlər.

Şikayətçi mərkəzi xəstəxanada Sevda Məmmədovanın öz qohumlarından başqa da “əziz-xələflərinin” olduğunu bildirir: “Direktor Doğum Evində yaş senzi ilə əlaqədar işdən çıxardığı sanitarın yerinə həmin şəxsin gəlinini, camaşırxanaya isə qızını işə qəbul edib. Təbii ki, gedən adama bunca böyük diqqətin göstərilməsinin təmənnasız olduğunu düşünmək sadəlövhlük olar. Arzu adlı sanitar adı gecə növbəsinə yazılsa da, heç vaxt gecələr növbəyə çıxmır, ixtisası olmadığı halda xəstələrə iynə vurur. Direktor Arzuya qeyri-rəsmi ixtiyar verib ki, əlinə süpürgə götürməsin, özünü pasientlərə tibb bacısı kimi tanıtsın, tibb bacısı Ülviyyə isə həkim kimi təqdim olunur. İnfeksion xəstəliklər şöbəsinə gecə qəfləti yoxlama göndərilsə, tibb personalından heç kəsin işdə olmadığı, xəstələrin başlı-başına qaldıqları məlum olar”.

Siranuş xanım bildirir ki, direktor onunla əmək müqaviləsinin müddətini uzatmamasının səbəbini yerinə şəhid ailəsini götürmək niyyəti ilə əlaqələndirib. Hərçənd, sonradan məlum olub ki, Siranuş xanımın yerinə işə götürülən şəxsin heç bir güzəştli statusu, imtiyazı yox imiş. Təbii ki, Siranuş Eyyubova işinə bərpa olunmaq üçün səy göstərib. Amma direktor ona deyib ki, TƏBİB sədri Vüqar Bayramov nə vaxt Qazax Xəstəxanasına vakant ştat göndərsə, o vaxt məsələyə baxılacaq. Halbuki, müəssisədaxili kadr siyasəti direktorun öz səlahiyyətindədir. TƏBİB rəhbərliyinə və daha yuxarı instansiyalara şikayət ünvanlayan Siranuş Eyyubova redaksiyamıza da müraciət edərək, məsələnin ictimailəşdirilməsini xahiş etmişdir.

P.S. Deyilən ittihamlarla bağlı Sevda xanım Məmmədovanın mövqeyini öyrənmək üçün ona zəng etdik. O, yekun olaraq bildirdi ki, şikayətçinin dedikləri doğru deyil, siz də nəyazırsınız yazın. Ancaq Sevda xanım doğruların nədən ibarət olduğunu demədən telefona В«odboyВ» verdi. Biz də araşdırmalarımızdan sonra xanım direktorun əmlaklarından, o cümlədən əriklik adlanan ərazidə yerləşən qoşa villalarından və s. barədə oxucularımıza məlumat verəcəyik...

“Dəryaz”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru