“YAZMALIDIRLAR Kİ, İLHAM ƏLİYEVDƏN ÜZR İSTƏYİRİK”
Tarix: 27-04-2012, 13:53 | Çap et
ƏLİ HƏSƏNOV “AZADLIQ” QƏZETİNƏ ŞƏRT QOYDU
“Hesab etmirəm ki, “Azadlıq” qəzeti prezident İlham Əliyevin qol saatı haqda yaydığı yalan informasiya görə təkzib verib, üzr istəyib”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov aprelin 27-də “Media forum” saytına açıqlamasında belə deyib.
Əli Həsənov bildirib ki, “Azadlıq”ın yaydığı və qəzetin özündə də dərc olunan açıqlamanı təkzib və üzrxahlıq saymırlar. “Azadlıq” qəzeti “Kütləvi informasiya vasitələri haqqında” qanuna əməl etmir: "Qəzet açıq formada qanuna əməl etməkdən yayınır. Yalan, özü də bilərəkdən yayılmış yalan informasiyanı hələ ki, təkzib etməyiblər. “Azadlıq” qəzeti təkzibin formasını və normasını hamıdan yaxşı bilir. Yazmalıdırlar ki, “Azadlıq” qəzetinin filan sayında prezident İlham Əliyevin qol saatı haqda dərc etdiyimiz informasiya həqiqətə uyğun deyil, məlumatı təkzib edirik və prezident İlham Əliyevdən üzr istəyirik. Əks halda qəzetin bu yalan informasiyaya görə hüquqi müstəvidə cavab verəcəyi qaçılmazdır. Biz gözləyirik”.
“Azadlıq” qəzetinin 24 aprel sayında “İlham Əliyev 800 min dollarlıq saat taxır” başlıqlı xəbər dərc olunub. Həmin gün prezidentin mətbuat xidməti bu xəbərlə bağlı təkzib məlumatı yayıb: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.
“Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”.
Mətbuat xidmətinin məlumatı yayılandan az sonra “Azadlıq” qəzeti məsələyə reaksiya verib. Qəzet bildirib ki, qərəz və qəsdən yalan məlumat yaymaq “Azadlıq”ın iş prinsipi deyil, redaksiya məlumat və məqalələrindəki təsadüfi yanlışlıqlara görə üzrxahlıq etməkdən də çəkinmir, bunu özünə ayıb bilmir: “Lakin prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqçu Vəfa Cəfərovanın bloqundan götürülüb. Üstəlik, bu istinad olunmuş xəbər bir neçə gün sosial şəbəkələrdə və bəzi informasiya portallarında tirajlanıb.
Əgər prezidentin mətbuat xidmətinin ifadə etdiyi kimi, doğrudan da ölkə başçısı bu qiymətdə saatdan istifadə etmirsə, onda yayılan məlumata görə təəssüfümüzü bildiririk. Eyni zamanda hesab edirik ki, mətbuat xidməti ictimai maraq doğuran bu məlumata onun elektron informasiya mənbələrində yayıldığı ilk vaxtda, operativ reaksiya bildirsəydi, belə bir anlaşılmazlıq da yaranmazdı.
“Azadlıq” qəzeti ümidvar olduğunu bildirir ki, gələcəkdə prezidentin mətbuat xidməti ilə sağlam işgüzar münasibətlər yaratmaq mümkün olacaq və belə anlaşılmazlıqlar təkrarlanmayacaq”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46 |
|
|
|
| • “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29 |
|
|
|
| • Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24 |
|
|
|
| • AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21 |
|
|
|
| • Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18 |
|
|
|
| • DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42 |
|
|
|
| • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40 |
|
|
|
| • Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35 |
|
|
|
| • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30 |
|
|
|
| • Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27 |
|
|
|
| • “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24 |
|
|
|
| • Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17 |
|
|
|
| • Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14 |
|
|
|
| • "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11 |
|
|
|
| • Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05 |
|
|
|
| • Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57 |
|
|
|
| • "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49 |
|
|
|
| • İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38 |
|
|
|
| • “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36 |
|
|
|
| • “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24 |
|
|
|
| • Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12 |
|
|
|
| • Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
| • Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58 |
|
|
|
| • Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57 |
|
|
|
| • Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51 |
|
|
|
| • “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49 |
|
|
|
| • “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47 |
|
|
|
| • Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30 |
|
|
|
| • “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28 |
|
|
|
| • Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27 |
|
|
|
| • Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22 |
|
|
|
| • AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12 |
|
|
|
| • Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59 |
|
|
|
| • Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55 |
|
|
|
| • “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43 |
|
|
|
| • SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38 |
|
|
|
| • Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
| • Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19 |
|
|
|
| • “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14 |
|
|
|
| • Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58 |
|
|
|
| • Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57 |
|
|
|
|