Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                 

В«Mən istefa verərəm, amma hörmətsiz deputat olmaramВ» - Tahir Kərimli yenə də coşub
Tarix: 2-08-2016, 08:42 | Çap et
В«Mən istefa verərəm, amma hörmətsiz deputat olmaramВ»
Uzun müddət radikal müxalifət mövqeyində dayanan, sonradan hakimiyyətyönlü siyasi kurs götürən Vəhdət Partiyasının sədri Tahir Kərimli artıq Milli Məclisdə təmsil olunur.

Bir zamanlar Milli Məclisdə səs-küylü və emosional çıxıları ilə gündəmə gələn T.Kərimli hazırda parlamentin "lal” deputatları sırasındadır.

T.Kərimli "Reytinq”ə müsahibəsinə o vaxtkı parlamentlə indiki arasındakı fərqə aydınlıq gətirməklə başladı:

- İlk yada düşən zahiri görünüş fərqidir. O vaxt texnologiya zəif idi, komfort yox idi.

İndi isə Milli Məclisin təmtəraqlı iclas zalı var, hər bir deputata köməkçi və otaq ayrılıb. Belə götürəndə, Milli Məclis zəngin Azərbaycanın qanunverici orqanı kimi görünə bilir. Eyni zamanda, Milli Məclisdə yaxşı əmək haqqı ödənilir.

Bundan başqa, əvvəllər Milli Məclisdə müxtəlif hakimiyyət qollarının nümayəndələri iştirak edirdilərsə, hazırda bu, qanunla qadağandır.

- Bəs, ictimai-siyasi cəhətdən fərqlilikləri nədir?

- Böyük fərq var. O vaxt ölkənin ictimai-siyasi həyatanın ritmi Ali Sovetdə döyünürdü. Prezident və digər hakimiyyət qollarının rəhbər şəxsləri iclaslarda iştirak edirdilər. Ölkənin taleyi orda həll olunurdu. Bu müzakirələr telekanallarda efirə çıxırdı. Ölkənin taleyi orda həll olunduğuna görə, hamı diqqətini ora yönəltmişdi.

Zaman da başqa zaman idi, yeni quruluş meydana çıxırdı. Hamı maraqlanırdı ki, görək, ölkənin taleyi necə olacaq.

Artıq ölkədə oturuşmuş sistem var. Indi Milli Məclis əsasən qanunvericilik fəaliyyəti ilə məşğuldur. Bir də, ara-sıra yarım saat vaxt verilir, hər kəs istədiyi məsələni gündəmə gətirir.

- Tahir Kərimli Milli Məclisdə özünü o vaxt rahat hiss edirdi, yoxsa indi?

- O vaxt mən gənc idim, özümüz də müstəqil dövlət qururduq. İctimai-siyasi həyatın gündəmində olan məsələlər hər şeydən önəmli idi. Danışanda da, mövqe bildirəndə də nəticənin necə olacağını gözləmirdik. Fikirləşmirdik ki, bizi vəzifədən çıxaracaqlar, tutacaqlar, öldürəcəklər… Bir hədəfimiz var idi - müstəqilliyimizi təmin edək və torpaqlarımız azad olunsun!

O vaxt çoxlu sayda əqidəli insanlar siyasətə gəlmişdi və əqidə mübarizəsi aparırdıq. Bütün təhlükələrə baxmayaraq, mübarizə bizim üçün müqəddəs idi. Amma indi çox rahatlıqdır.

- Sizin emosional çıxışlarınız da hər kəsin yadındadır…

- İndi o cür çıxışlara ehtiyac yoxdur. Özümü öldürməyə, şəhid eləməyə ehtiyac qalmayıb. Artıq müstəqilliyimiz qurulub, şükür Allaha, sabitlik də var.

İndi də çıxışlar edirəm. Bunlar əsasən qanunvericiliklə bağlı olur. Ona görə də emosional olmağa ehtiyac yoxdur.

Düzdür, çıxışlarımı telekanallarda vermirlər, amma Milli Məclisin demək olar ki, bütün iclaslarında sözümü deyirəm. Çıxışlarımda tənqidlər də olur, hamısı da problemlərin həllinə hesablanır.

- 90-cı illərdəki çıxışlarınızda deyirdiniz ki, В«mən yanıram, ona görə belə danışıramВ». İndi Sizi yandıran məsələ qalmayıb?

- Əlbəttə, var! Bugünlərdə mətbuata müsahibə verdim ki, ölkədə əxlaqi dəyərlərin tapdalanması, cəmiyyətin bu sahədə aşınması məni yandırır.

İndi də məni yandıran məsələlər var və Milli Məclisdə də bu barədə çıxış eləmişəm. Təəssüflə qeyd eləmişəm ki, Azərbaycanın elitası rusdillidir, öz dilini bilmir.

Millət vəkili olandan bəri sözümü deyirəm, sadəcə, populizmdən uzaq durmağa çalışıram.

İndi daha rahat, daha təmkinlə danışıram. İslahatlarla bağlı fikirlərimi bildirirəm. Təbii ki, məni ağrıdan məsələlər var və bu barədə sözümü deyirəm.

- Əvvəllər deputatlar Milli Məclisdə çıxışları zamanı spiker və onun müavinləri ilə mübahisə edir, sərt fikirlər səsləndirirdilər. Amma son dövrlər bu, mümkünsüz olub. Deyəsən, Siz də loyal davranmalı olursunuz. Bunu da onunla əsaslandırırlar ki, hamı "icazəli deputat” olduğuna görə, müstəqil davrana bilmir…

- O vaxt Ali Sovetin rəhbərliyi, eləcə də prezidentlə bizim aramızda ciddi fikir ayrılıqları olurdu. Ziddiyyətli mövqelərə görə də kəskin çıxışlar edirdik. Ölüm-dirim savaşına çıxmışdıq. Amma indi o cür hallar yoxdur.

Mandat məsələsinə gəlincə, əgər mənim seçildiyim dairədə seçicilərin 15-20 faizi desə ki, ordan Tahir yox, başqası seçilib, mən dərhal istefa verərəm.

O sualları da verirlər ki, Şamaxıda da seçmişdilər, deputat ola bilmədin, indi necə oldun?

Bir şeyi başa düşə bilmirəm, əgər xalqım məni seçibsə, hakimiyyət də bunu təsdiqləyibsə, mandatdan imtina etməliyəm?

Ola bilərdi, əvvəlki illərdəki kimi deputat olmayım. Hər halda, mən vəzifəyə, mandata görə özünü sındıran adam deyiləm.

Bu yaxınlarda Milli Məclisdə də bu barədə mövqeyimi ortaya qoymuşam. Mən istefa verərəm, amma hörmətsiz deputat olmaram. Vəzifəyə görə kiminsə qarşısında əyilməmişəm, bu yaşdan sonra da xasiyyətimi dəyişən deyiləm.

Milli Məclisə deputat seçiləndən bəri nə öz həyatımda, nə də qohum-əqrəbamın vəziyyətində dəyişiklik olmayıb ki, nəsə fikirləşim. Sovet dövrü ilə müqayisədə indi nəslim on dəfə pis yaşayır. Sözümün canı odur ki, mənim sözümü deməyimə əngəl olacaq bir şey yoxdur.

Ola bilsin ki, indi sözümüzü sakit və mədəni formada deyirik. O vaxt söz deyəndə bilirdik ki, arxamızda yüz minlərlə insan var. Biz müstəqillik, demokratiya uğrunda mübarizə aparırdıq. Xalq da arxamızda dayanırdı. Çox təəssüf ki, indi Azərbaycan xalqı öz faydasını güdən bir xalq olub. Artıq əqidə, ideologiya tandemi yada düşmür.

Diqqət edirsinizsə, müxaliət heç ideoloji mübarizə də aparmır. Ona görə də, hər hansı bir addım atanda düşünürsən ki, nəticəsi olsun.

Suriyada xalq ayağa qalxanda bizim müxalifət bayram edirdi ki, xalq inqilab edir, müsbət nəticələr olacaq. Ancaq nəticə oldu, həmin ölkələr yüz il geri düşdü. Bu mənada, hesab edirəm ki, Azərbaycanda sabitlik və təhlükəsizliyin önəmi daha artıqdır. Sabitlik, təhlükəsizlik olmadan, nə demokratiya, nə də insan haqları olacaq. Biz də gücümüz çatan qədər sabitliyə dəstək verməliyik.

- Br müddət öncə həmkarınız Zahid Orucla spiker Oqtay Əsədov arasında fikir ayrılığı yarandı. Nəticədə Zahid Oruc töhmət aldı. Halbuki öz mövqeyini bildirmişdi. Bu barədə nə deyə bilərsiniz?

- Bu, artıq bitmiş məsələdir. Zahid Orucun məsələsinə İntizam Komitəsində baxılıb və şifahi xəbərdarlıq edilib. Mən istəməzdim ki, belə bir vəziyyət yaransın. Düzü, mən bu cür gərginliklərdən narahat oluram. İstəyirəm ki, belə halda kimsə güzəştə getsin. Səbr eləmək, sonranı fikirləşmək lazımdır.

Onu da deyim ki, bu cür gərginliklərin olması normaldır, çünki müzakirələr zamanı, fərqli fikirlər səslənərkən bu cür narazılıqların ortaya çıxması da mümkündür. Odur ki, buna bir iş rejimi kimi baxsaq, daha yaxşı olar.

- Tahir bəy, artıq bir ilə yaxındır ki, millət vəkili seçilmisiniz. Təbii, əvvəlki sərbəstliyiniz də yoxdur. Bu mənada, deputat olmağınıza peşman deyilsiniz ki?

- Elə məqamlar olur ki, adam bilmir, nə etsin. Deputat olandan bəri o qədər şəxsi xahişlər edirlər ki, millət vəkili seçilməyimə peşman oluram. Çıxılmaz vəziyyətdə qalıram və o xahişlərin altında əzilirəm. Kömək eləmək istəyirəm, amma imkanım yoxdur. İnsanlar isə bəzən anmalaq istəmirlər.

Parlamentdə Ombudsmanın hesabatı zamanı çıxış elədim ki, iki ilə yaxındır devalvasiya olub, insanların kredit hüquqları pozulub, amma Ombudsman bu müddət ərzində bir dəfə də səsini qaldırmayıb.

Ümumi məsələlərlə bağlı öz mövqeyimi bildirirəm, ancaq şəxsi xahişlər səbəbindən Milli Məclisə düşdüyümə görə peşman oluram. Sonra da fikirləşirəm, nə yaxşı ki, deputat oldum.

Sizə səmimi bir söz deyim. Demək olar, 23 ildə ilk dəfəydi ki, əmək haqqı alırdım. Fikirləşirəm ki, neçə ildən sonra ailəmi dolandırmaq üçün əmək haqqı alıram, təqib rejmində yaşamıram, ailə-uşağımın, yaxınlarımın işə girmək şansları yaranıb. Dövlətimə, xalqıma kömək edə bilmirdim, ailəm yaman günə qalmışdı, indi onların problemlərini həll edə bilirəm. Yenə də gücümüz çatanda, əlimizə fürsət düşəndə xalqımız üçün çalışırıq və bundan sonra da çalışacağıq.

Ancaq onu da deyim ki, mənim üçün hansısa yüksək vəzifədənsə, deputat olmaq daha sərfəlidir. Çünki seçkili vəzifədir, heç kimin qarşısında hesabat vermirsən, dövlətin və vicdanın, seçicilərin qarşısında məsuliyyət daşıyırsan. Ona görə də çalışıram ki, nə vicdanımı, nə də xalqımı aldadım.

Bilirsiniz, gərək təmiz insanlara qiymət verilsin. Hər şeyi kənara qoyuram. Bu gün məhkəmə sistemindəki rüşvətxorluqdan danışan müxalifət nümayəndələri niyə bir dəfə dilə gətirmirlər ki, Tahir Kərimli rüşvət almadı (Ali Məhkəmənin sədri olduğu dövrü nəzərdə tutur-red.), qanunu şah bildi, şahı qanun bilmədi, halal işlədi?..

İllər boyu təhqirlər eşitdim, təzyiqlərə məruz qaldım. Yəni, hər şeyə ədalətlə qiymət vermək lazımdır. Elə bu ədalətsizliklərinə görə də cəmiyyət tərəfindən dəstək almırlar.

İndi məni hakimiyyətdən mandat almaqda ittiham edənlər vaxtiylə indiki hakimiyyətin yanında quzu kimi dayanırdı, mənim yerimdə parlamentdə oturmuşdular.

Amma mən yenə də hər şeyi unuduram, umu-küsü etmək istəmirəm. Hesab edirəm ki, ölkəmizin sabitliyi üçün hər kəs vahid mövqedən çıxış etməlidir. Təki küçələrimizdə qan axmasın, ölkəmiz dağılmasın.

Mənim bir fikrim var: gəncliyində inqilabçı, orta yaşda islahatçı, qoca yaşda mühafizəkar olmaq insanın xislətidir. Hazırda islahat tərəfdarıyam və düşünürəm ki, islahat Azərbaycana yalnız müsbət töhfələr verə bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru