“Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                 

Lalə Şövkət siyasətdən niyə gedib - əsl səbəblər...
Tarix: 11-11-2017, 09:32 | Çap et
Lalə Şövkət siyasətdən niyə gedib
Günlər öncə 66 yaşı tamam olan keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva yenidən mətbuatın gündəminə gəlib. Son 12 ildən etibarən siyasi arenadan addım-addım geri çəkilən xanım artıq siyasətin dəhlizlərində belə gözdən itib...

Doğum günündə isə yenidən Lalə Şövkətin nə üçün bu addımı atdığı müzakirə edilir. Hər zaman olduğu kimi, yenə də bu istiqamətdəki fikirlər birmənalı deyil. Çoxları düşünür ki, sabiq dövlət katibi 12 il öncə artıq Azərbaycanda müxalifətin bir daha dirçələ bilməyəcəyini anlayaraq, siyasətdən gedib. Bir qisim də var ki, tamam fərqli düşünür, onlar hesab edirlər ki, müxalifətdaxili intriqalar Lalə xanımı bir növ siyasətdən bezdirib və o uzaqlaşmağa üstünlük verib.

İstənilən halda dövlət katibi vəzifəsindən könüllü gedən, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən imtina edən, 2003-cü ilin prezident seçkilərindən təkbaşına iştirak edərək, əsas namizədlərdən sayılan, bundan iki il sonra deputat mandatından imtina etmiş bir liderin siyasətdə görünməməsi demokratik düşərgə üçün böyük itkidir.

2005-ci ildə “Azadlıq” blokunda ALP sədri ilə müttəfiq olan VHP sədri Əli Əliyev yenə də L.Şövkətin siyasətdə qaldığını düşünür: “Ad günü ilə bağlı təbrik mətnində Lalə xanımın siyasətdən getmədiyi, ALP-nin lideri qaldığını birmənalı demişdim. Ümumiyyətcə o çapda olan, özünü bitirməyən heç bir şəxsi siyasətdən kənar saymaq olmaz. Lalə Şövkət siyasətdən getməyib, sadəcə fəaliyyətini zəiflədib. Fikrimcə, onun belə qərar verməsinin müəyyən səbəbləri vardır. O barədə də demişdim. Bugünkü mübarizə şərtləri sivil siyasi mübarizə şərtləri deyil. Mövcud siyasi davranış tərzi olum-ölüm müstəvisində həll edilir. Görünür, belə vəziyyətdə Lalə xanım fəal mübarizəni mümkünsüz gördü, potensialını qorumaq üçün yavaşıdı. Bəlkə də haqlıdır. Baş verən siyasi proseslərdə Lalə Şövkətin üzərinə "yüklənməyin" əleyhinəyəm. Fəal olan kişi siyasətçilər, içi özüm qarışıq nəyə nail ola bildik ki, biz onun intensiv olmayan fəaliyyətindən nəyisə umaq? Əgər bir xanım gündəlik operativ müdaxiləsi ilə ölkəni dəyişə biləcəkdisə, onda yerdə qalan bizlər nəyə lazımıq? Dediklərimin fövqündə Lalə xanımın yaxşı bir aforizmini xatırladım: “Siyasətdə qadın, kişi olmur, "Kişi" və “nakişi” olur". Əlbəttə ki, Lalə Şövkətin bəzən operativ reaksiyasına ehtiyac olur.

Söz yox ki, onun aktiv mövqeyi siyasi peyzaja rəng qata bilər. Lakin bugünkü şərtlərdə bu müdaxiləni həlledici görmürəm. Yarım-diktatura şəraitində miqyasından asılı olmayaraq, heç bir siyasətçi təkbaşına vəziyyəti dəyişə bilməz. Bunu Lalə xanım da bilməmiş deyil. Əgər o duysaydı ki, müdaxiləsi, yaxud fəallığı nəyisə müsbətə xalq üçün dəyişə bilər, onun ortada olacağına əminəm. Mənə görə ölkədəki acınacaqlı durum ayrı-ayrı fərdlərin fəal olub-olmamasından asılı deyil. Durum çoxcəhətli səbəblər məcmundan ibarətdir. Bunların içində subyektiv amil olmamış deyil. Lakin bunu Lalə xanıma aid etmək düzgün olmaz. Belə subyektiv amil üzdə olan və yaxud iddiaçıların birinci sırasında olmuş şəxslərin sonradan açıq və ya yarı-gizli, lakin hamının qavradığı şəkildə hakimiyyətə qulluğa keçməsi hallarına şamil edilməlidir. Misal üçün uzun müddət yekə-yekə danışmış şəxsin çıxıb hakimiyyətin siyasətini dəstəkləməsi, hakimiyyətdaxili qruplardan birində yer almış nazirin müstəsna bacarığından danışması, yaxud tapşırıq alaraq “müdrik”vari şəkildə siyasi hadisələrə qiymət verməsi nümunələrinə aiddir. Cəmiyyətin passivləşməsində xüsusi rol oynamış bəzi ünsürlərin belə davranması heç bir halda Lalə xanıma ünvanlana bilməz. Lalə Şövkət simasını, reytinq və nüfuzunu qorumuşlardandır. Biz VİP olaraq 2005-2012-ci illər arası ALP ilə müttəfiq münasibətlərində olmuşuq. “Azadlıq” siyasi bloku rəsmən 2006-cı ilin yanvarından 2010-cu ilin iyununa qədər fəaliyyət göstərib. Sonra biz iki partiya daha 2 il birgə fəaliyyət göstərmişik. Bu günə qədər də münasibətlərimiz xoş və etimadlıdır. Bunları sadalamaqda məqsədim 2005-ci il 26 noyabr təbirinizcə “uğursuzluğundan” sonra heç kəs qınına çəkilməyib, o cümlədən Lalə xanım başda olmaqla ALP az qala 5 il müddətində iqtidarın ən ciddi rəqibi “Azadlıq” siyasi blokunun mərkəzi fiqurlarından olub. Sonrakı 2 il müddətində də kifayət qədər fəal və prinsipial olub, ALP. Sonrakı dövrdə mən ALP-nin Milli Şuraya qoşulmasını yanlış saymışam. Çünki açıq Kreml layihəsində ALP-nin olmasını istəmirdim. Sonradan haqlı olduğumu onlar da MŞ-dan gedişləri ilə təsdiq etdilər".

Ə.Əliyev son dövrlərdə keçmiş müttəfiq ilə görüşmədiyini də qeyd etdi: “Lalə xanım bir qədər şəhərdən kənarda yaşadığından təmaslarımız olmur. Amma telefon danışıqlarımız olur. Lalə Şövkət bir qədər qapalı adamdır. Bu da onun üslubudur, hörmətlə yanaşmaq lazımdır. Düşünürəm ki, Lalə Şövkəti bu nəsil fəal siyasətdə yenidən görəcək. Ola da bilsin növbəti seçkilərə qatılsın. İstərdim. Mənə gəldikdə, namizədliyim bu ilin iyununda partiya tərəfindən irəli sürülüb. Bu bir növ geri dönməz prosesdir. Namizədliyim olacaq. Başqa tərəfidir ki, gələcəkdə prosesə qatılan tərəflərin koordinasiyası mümkün ola bilər. Mən Lalə Şövkəti rəqib görmürəm, bizim çox yüksək tərəfdaş münasibətlərimiz vardır. İnşallah da rəqib olmarıq. Bizim hər ikimizin rəqibi digər, iqtidar düşərgəsindədir. Bizim hər ikimiz onlara rəqibik”.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru