Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                 

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik” – AXCP-yə ağır ittihamlar
Tarix: 3-08-2020, 11:28 | Çap et
Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”
Tanınmış jurnalist Elxan Şükürlü dostu, AXCP-nin keçmiş sədr müavini, orduya dəstək aksiyasına görə saxlanılan və işgəncələrə məruz qaldığı bildirilən Fuad Qəhrəmanlı ilə bağlı maraqlı yazı yazıb. O, F. Qəhrəmanlının işgəncələrə məruz qalması və hətta öldürülməsi ilə bağlı yayılan yalan məlumatların arxasında siyasi maraqların dayandığını bildirib və buna görə də AXCP rəhbərliyini ittiham edib. Jurnalist iddia edib ki, vaxtilə Qəhrəmanlının ailəsində ciddi problemlər olduğu bir vaxtda AXCP rəhbərliyi onu partiyadakı vəzifəsindən uzaqlaşdırmaqla ona çox böyük zərbə vurub. Yazı müəllifinin iddiasına görə, F.Qəhrəmanlı bu zərbələrdən dərin depressiyaya düşərək intihara cəhd edib: “Biz onu son anda xilas etdik”.

Mövzunun aktuallığını nəzərə alaraq Elxan Şükürlünin həmin yazısını olduğu kimi təqdim edirik:

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”

İki gün əvvəl Azərbaycan cəmiyyəti xaricdən ölkənin informasiya mühitinə ötürülən növbəti dezinformasiyanın şokunu yaşamalı oldu: guya, AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı həbsxanada işgəncələrə dözməyərək, dünyasını dəyişib!

Jurnalist həmkarlarımız Fuadın qardaşlarının nömrəsini tapmaq niyyətiylə zəng vurub bu “faciəvi ölüm” xəbərini verəndə, ani olaraq özümü başına ildırım düşmüş quru ağac kimi hiss etsəm də, ağzımdan çıxan ilk söz bu olmuşdu: “Ola bilməz, inanmıram!”

Ona görə yox ki, özümü itirmişdim, yox, belə qəfil ölüm xəbərləri almağa artıq alışqanam mən, sadəcə, Allahını tanıyan və Onun ədalətinə, mərhəmətinə əminliyi olan, hər insanı da bir missiya ilə yaratdığı düşüncəsiylə yaşayan biri kimi, Fuad Qəhrəmanlının bu cür “faciəvi ölüm”ü haqq etmədiyinə, bir növ, ilahi missiyasını tamamlamadan Allahın onun bu dünyadan köçməsinə razılıq verməyəcəyinə daha çox inanırdım...

Budur, şükür ki, artıq zaman bu inamımda da məni peşiman etmədi və həmişəki kimi, haqlı çıxardı: Fuad sağdır, ölməyib və ona yad olmayan həbsxana divarları arasında yenidən qeyri-müəyyən müddətə dustaq həyatını yaşayır!

Baxmayaraq ki, Fuadın polad iradəli və polad dəyanətli qardaşı Poladla birgə həmin an axtarışlarımızla yayılan xəbərin arxasında konkret siyasi məqsədlər yatan dezinformasiya olduğunu tezcə müəyyənləşdirmişdik, hətta bunun doğma Şahbuzumuza - ürəyi xəstə anasına və yaşlı atasına gedib çatmaması üçün onu yayanlardan bu dezinformasiyanı səhifələrindən dərhal yığışdırmalarını da xahiş etmişdik.

Ancaq kimə deyirsən?! Aşkar görünürdü ki, “Fuad həbsxanada öldürülüb!” dezinformasiyası və bu dezinformasiya üzərində də yaradılan siyasi gurultu bir əli xarici kəşfiyyatın, bir əli hakimiyyət içərisindəki “köhnələr”in ətəyində olan bir şəbəkəyə hədsiz dərəcədə gərəklidir!

Biz onlara “Yalandır, yığşdırın!” deyirik, onlarsa israrla “Hakimiyyətin içindəki mötəbər mənbəmiz öldürüldüyünü deyir” inadında davam edir, üstəlik, bunu daha geniş miqyasda tirajlamağa da cəhd göstərirlər...

Di yaxşı, bir halda ki indi hər şey dəqiqləşib, heç soruşdunuzmu o“hakimiyyətdəki etibarlı mənbələriniz”dən sizə bu cür dezinformasiyaları niyə soxuşdurduqlarını?! Di açın də sizi bu cür gülünc və axmaq vəziyyətdə qoyan əlaqələrinizi, niyə açmırsınız?! Bəs başqa vaxt deyirsiniz ki, hakimiyyətlə heç bir əlaqəniz yoxdur?! Bəlkə, deyəsiniz, cəmiyyət də görsün, tanısın “siyasi perespektivinizə inanaraq” istintaq təcridxanalarından sizə belə “səhih xəbərlər”lə yatırım qoyan o “mötəbər köstəbəklər”inizi?!

Heç utanırsınızmı?! İllərlə xalqa yalan sırıyan və indi bu yalanları ucbatından “Yalançı çoban” nağılındakı çobanın gününə düşən və hər gün söydüyünüz hakimiyyətdən sizin bir fərqiniz varmı?! Görmürsünüz ki, illərlə siyasi maraqları naminə cəmiyyətə, xalqa yalan dediklərindən indi söylədikləri həqiqətlərə də inanan tapılmır?! O halda niyə siz də onların yolunu gedirsiniz?! Fərqiniz varmı, sizin tənqid etdiyiniz bu hakimiyyətdən?!

Başqası tanımasa da, mən sizi yaxşı tanıyıram: yoxdur fərqiniz, eyni ağacın ayrı-ayrı budaqlarısınız! Sizin toxumunuzu torpağa əksək, yenə də cücərib-böyüyüb bu hakimiyyət, hətta ondan daha betəri olacaqsınız!

Bunlar yalançıdırsa, saxtakardırsa, siz onlardan da betər yalançı və saxtakarsınız!

Hakimiyyət illərlə öz maraqları naminə adamları qurban verdiyi kimi, siz də öz ətrafınızı – illərlə cani-dildən sizə xidmət etmiş insanları, bax, beləcə, heç nədən, bir balaca canınıza qorxu, vəlvələ düşən kimi, o dəqiqə satır, qurban verir, ölümünə çalışır, hətta öldürür və üstəlik, o ölümü üzərində də siyasi oyun qurursunuz!

“Fuad işgəncə altında öldü” xəbərini yayarkən, heç ani olaraq fikirləşdinizmi onun yorğan-döşəkdə öz ölümünü gözləyən anasının, atasının halını; Fuadın yaşadığı həyat ucbatından ürəyi xəstə olmuş bacısının, saçları bir gecədə ağarmış qardaşlarının halını?! Qoydunuzmu özünüzü, doğmalarınızı o atanın, o ananın, o qardaşın, o bacının yerinə?!

Başqası bilməsə də, mən bilirəm: yox! Çünki siz Fuadı ilk dəfə deyil ki, öldürürsünüz!

Bir neçə ay əvvəl Fuad doğma evinin içindən xəyanət zərbəsi alıb büdrəyəndə, yıxılanda, siz onun əlindən tutmadınız, saxlamadınız! Ömrünü, bütün gənclik illərini, ailəsini uğunda qurban verdiyi partiyasında tutduğu vəzifəsindən çox rahatca uzaqlaşdırdınız – siyasi baxımdan öldürdünüz onsuz da dərddən və həbsxana divarları arasındakı nəmişlikdən ciyərləri parçalanıb çürüyən, vərəmləyən bu adamı!

Halbuki məhz onda, indi efirlərdən kükrəyən sinənizi və uzanan boyunuzu qabağa verib, Fuada mənəvi dayaq durmaq, onun əlindən tutub saxlamaq, qaldırmaq və düşmənlərinizə, rəqiblərinizə “Mən öz əsgərimi meydanda heç bir halda tək qoymaram, sonadək qoruyacam onu!” mesajını vermək gərəkdi!

Sizsə “Amandır, feministlər, LGBT-çilər üstümüzə gəlir, Qərb bizdən küsər” təlaşıyla onu tək-tənha, yalnız buraxıb, Mehdiabaddakı həyətində intihar ağacının altına itələdiniz!

Və nə yaxşı ki, yenə də qüdrətli Allahın mərhəməti və hikməti sayəsində, Poladla birgə, son anda Fuadı boynuna keçirdiyi kəndirdən xilas edə, həyata qaytara bildik, özünü öldürmək fikrindən birdəfəlik daşındırdıq! O kəndirin izləri hələ də qalır Fuadın boynunda!

Fuad onda da ölmədisə, demək ki, Allah onun qədərinə bu cür – izi başqasının üzərində qalacaq “naməlum şərait”də ölümü yazmayıb hələ!

Tanıyanlar yaxşı bilir: mən Fuadın siyasi mövqeyini bölüşməsəm də, onu bir partiya çərçivəsindən daha böyük görmüşəm, ideallarına sayğı duymuşam həmişə! Çünki Fuadı təmənnasız olaraq bu millətin davasını aparacaq, ömrünü milli davaya həsr etmiş azsaylı yetkin siyasət adamlarımızdan biri kimi tanımışam! Dönməzliyinə, yoluna və düşərgəsinə sadiqliyinə, sadəliyinə və səmimiyyətinə heyrət və pərəstiş etmişəm: dəfələrlə “yanlış yolda” olduğuna inandırmaq istəsəm də, etiraf edim ki, tutarlı arqumentləriylə o məni haqsız çıxarıb, qınayıb, suçlayıb həmişə!

O, düşərgəsinin, partiyadaşlarının səhv hərəkətlərini, “yanlış yolda” olmasını ifrat təəssüb hissiylə yaxın buraxmasa da, təəssüf ki, düşərgədaşları ona adekvat olmayıblar - həmişə ən çətin anlarında onu müdafiəsiz və yalqız qoyublar, seçdirmək, fərqləndirmək istəməyiblər. Halbuki Fuad seçilən, fərqlənən idi...

Son günlərin “Fuad öldürüldü!” xəbəri də bir daha bunu sübuta yetirdi - adamlar özlərinə indidən alibi yaratmaq, gələcəkdə hansısa proseslərdən sığortalanmaq üçün məhz Fuadın adı üzərində ictimai diqqəti fokuslamaq, oyun qurmaq qərarı veriblər!

“Fuaddan işgəncə yoluyla sədrinin əleyinə ifadə almaq istəyiblər” arqumentini dövriyyəyə buraxsalar da, unutdular ki, Fuad 23 yaşında “Müxalifətin mitinq taktikası”nı yazmaq üstə tutulanda da, 40 yaşında “Nardaran işi”ndə həbsə atılanda da, o, kimsənin əleyhinə ifadə verməyibsə, 45 yaşında bunu heç etməz!

Fuadın üzünə durmağa isə nə çox adam – o, artıq qətiyyən buna təəccüblənməz...

Təqsiri Fuadda yox, özünüzdə, öz əməllərinizdə axtarın, cənablar, mərd adamları isə ləkələməyin!

Məncə, hakimiyyət dairələri də kimlərinsə Fuadın həyatı üzərində hansısa oyunlar qurduğunun fərqində olmalı və onun içəridə qorunmasını mütləq şəkildə təmin etməlidirlər! Çünki bu “kimlərsə” kimdirlərsə, bu ölkənin gerçək düşmənləridir – onu içdən və kənardan əlbir olub, qarışdırmağı planlayanlardır...

Allah Səni qorusun, əziz Dost! Allahdan qüdrətli heç kim yoxdur! Sənin ölümünü arzulayanları, ona çalışanları bu dəfə də Allah özü məyus edəcək, əmin ol!
//bakupost.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru