“Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                 

Bu gərginliyin əsas səbəbi İranda hakimiyyətin dəyişməsi oldu - Tofiq Zülfüqarov
Tarix: 24-09-2021, 08:52 | Çap et
Bu gərginliyin əsas səbəbi İranda hakimiyyətin dəyişməsi oldu
Azərbaycanın sabiq baş diplomatı, yəni keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovla hafta.az üçün bu dəfəki söhbətimizdə İran-Azərbaycan münasibətlərindəki son gərginlik və soyuqluğun əsl səbəblərini araşdırmağa çalışdıq, İran Xarici İşlər naziri müavininin Azərbaycan paytaxtına səfəri, Laçın dəhlizi və Zəngəzur yolunun açılması ilə bağlı son müzakirələr və s. mövzulardan bəhs etdik.

- Tofiq müəllim, son günlər Azərbaycan-İran münasibətlərində gərginlik yaranmasına gətirən proseslərlərlə bağlı gəldiyiniz son nəticələr nədən ibarətdir?

- Son müşahidələrdən belə nəticəyə gəlmək olur ki, bu, İran tərəfindən səhv addım idi. Çünki Azərbaycan öz ərazisində öz qanunlarının icrasını tələb edir. Və Azərbaycanın niyyəti ondan ibarətdir ki, öz sərhədlərindəki ölkələrlə, o cümlədən İranla, hətta Ermənistanla belə, daim əməkdaşlıq əhval-ruhuyyəsi olsun, sülh olsun. Konkret İrana gəldikdə, ən azı, orada bizə doğma insanlar yaşayır.

Hamının cənab Prezidentin işğaldan azad edilmiş Xudafərin körpüsünü ziiyarət edərkən söylədiyi sözlər yadındadır. O dedi ki, bundan sonra bu sərhəd əməkdaşlıq və dostluq sərhədi olacaq. Yəni bu baxımdan Azərbaycan öz xoş niyyətini göstərir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 30 il ərzində öz ərazisindən İrana qarşı platsdarm kimi istifadə olunmasına imkan verməyib. Bütün bunları düşünəndə anlamaq olmur ki, İran hakimiyyətində bu ölkə ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi kimlərə lazımdır. Yəqin ki, yeni seçilən İran prezidentinin ətrafında müəyyən qüvvələr var ki, süni şəkildə bu gərginliyi yaradırlar. Amma bu hal uzunmüddətli ola bilməz. Çünki hesab edirəm ki, İranın yeni rəhbərliyi qısa bir müddətdə bu addımın səhv olmasını anlayacaq və buna son qoyulacaq. Mən buna əminəm və heç bir şübhəm yoxdur. Aramızda olan münasibətləri kiminsə xeyrinə olaraq düşmənçilik formasına gətirmək mümkün olmayacaq...

-İran Xarici İşlər naziri müavini Doktor Məhəmməd Kazım SəccadPurun Bakıya səfərindən hansı nəticələr gözləyirsiz?

-Belə baxıram ki, İranın Xarici İşlər Nazirliyindən səslənən fikirlər həmin ölkənin bəzi güc və təhlükəsizlik qurumlarından səslənən fikirlərdən fərqli tondadır. Və artəq İran Xarici İşlər naziri müavininin Bakıya qədəm qoymasından sonra hadisələrin gedişində müəyyən müsbət irəliləyiş hiss olunur. O, bəyan edib ki, Azərbaycan İran üçün dost bir ölkədir. Məhz bu da göstərir ki, İran hakimiyyətindəki hansısa dairələr elə İranın öz maraqlarına zidd olan bir vəziyyət yaratmaq istəyirlər. Və bunun kökündə hansı niyyətlər dayandığını rəsmi Tehran özü araşdırmalıdır...

-Yəni İranın başında əyləşənlər anlamır ki, hazırkı durumda Azərbaycan və Türkiyə ilə münasibətlərin kəskinləşməsi onların düşmən hesab etdiyi ABŞ və digərlərinə də sərf edir?

-Əlbəttə, belə bir durum bir çox qüvvələrə sərf edir. Amma bu, nə Azərbaycana, nə də İranın özünə lazımdır. Heç Türkiyəyə də lazım deyil... Hansısa İran rəsmisi son günlər Azərbaycana qarşı çağırışların, təhdidlərin əsasında konkret nələrin durduğunu izah edə bilərmi? Azərbaycan nə deyir? Azərbaycan deyir ki, xarici bir ölkə kimi vətəndaşların mənim torpağımdan keçəndə rüsum verməlidir. Əcnəbi vətəndaş mənim icazəm olmadan hansısa bir ərazimə gedə bilməz. Burada qanunsuz bir şey varmı? İranın özündə əcnəbilərdən, xarici avtomobillərdən, o cümlədən Azərbaycana məxsus olanlardan rüsum, torpaqbasdı alınmırmı? Bir daha təkrar edirəm ki, İran tərəfindən bu, qısamüddətli təxribata bənzər bir addımlara bənzəyir...

- Sizcə, sözügedən gərginliyin yaranmasına əsas səbəb Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri oldu, yoxsa Gorus-Qafan yolundakı son hadisələr?..

-Hesab edirəm ki, bu gərginliyin əsas səbəbi İranda hakimiyyətin dəyişməsidir və bu ölkədəki bəzi qruplaşmalar arasındakı ziddiyyətlərdir. Burada Azərbaycan-Türkiyə-Pakistan təlimləri qarşıdurmanın hardasa üzdə olan bir hissəsidir. Bəlkə də Azərbaycan bu işdə heç bir rol oynamır. Əsas səbəb İranın özündə hansısa qruplaşmalar arasında gedən ziddiyyətli proseslərdir. Sadəcə olaraq belə bir yol seçiblər. Amma həmin yolun İranın maraqlarına zidd olmasını anlamaq üçün çox da ağıllı da olmaq lazım deyil. Olmayan yerdə gərginlik kimə lazımdır?.. Yenə də deyirəm, yəqin ki, İranda hansısa qüvvələr seçkilərdən sonrakı vəziyyətlə barışmır, kimlərsə indiki hakimiyyətə problemlər yaratmaq istəyir. Yəni bu ölkənin daxilində gedən proseslər çox ciddi proseslərdir və biz onları qismən anlaya bilərik. Amma hiss olunur ki, kimlərsə bu oyunu durdurmaq istəmir. Əslində İranda bir çox qüvvələr var ki, Azərbaycanla əməkdaşlıq əhval-ruhiyyəsindədir. Gələcəkdə Zəngəzur yolu vasitəsilə Şimal-Cənub dəhlizinin fəal olması kimi məsələlər İran dövlətinin əsas maraqlarından biridir. Bəs nəyə görə üç ölkənin: Azərbaycan, İran və Rusiya prezidentləri ardıcıl olaraq görüşürdülər? Bu, hər üç ölkənin maraqlı olduğu bir layihədir. Türkiyənin də buraya cəlb olunması haqda fikirlər səslənirdi. Belə bir vəziyyətdə İran tərəfdən sözügedən təxribatçı addımların atılması, yumşaq desək, çox böyük suallar yaradır...

- Bəlkə İran əslində Azərbaycan-Türkiyə-Pakistan təlimlərindən, yaxud Gorus-Qfan yolunun bağlanmasından daha çox, guya ABŞ, yaxud İsrailin Azərbaycan ərazisi vasitəsilə ona qarşı müəyyən gizli əməliyyatlar aparmasından ehtiyat edir?

-Bilirsiz, əgər Azərbaycan buna şərait yaratsaydı, bu, çoxdan baş verərdi. Bayaq dediyimiz kimi, Azərbaycan son 30 il ərzində öz ərazisindən qonşu ölkələrə qarşı hansısa aqressiv fəallıq olmasına imkan verməyib. Həm də ona görə ki, biz belə bir addımlardan, məsələn, hərbi əməliyyatlarla nəticələnəcəyi təqdirdə sonucda özümüzə də zərbə dəyəcəyini anlayırıq. Ən azı onu da düşünürük, Arazın o tayında bizim qardaşlarımız yaşayır. Bir sözlə, bizim buna getməyəcəyimiz əvvəldən bəllidir...

-Onu da nəzərə almaq lazımdır ki, 44 günlük savaş nəticəsində artıq son bir ildə İranla sərhədlərimizdə də əvvəlkindən çox fərqli şərait yaranıb. Araz sahili boyu bütün sərhədlərimizi bərpa etmişik və o həmin ərazilərə artıq emənilər yox, özümüz nəzarət edirik. Bundan əlavə, hərbi cəhətdən də strateji ola biləcək Füzuli beynəlxalq hava limanı istifadəyə verilib, Zəngəzurda da hava limanının tikintisi, demək olar ki, başlanıb və s.

-Bilirsiz, o da ola bilər ki, Azərbaycanın Arazboyu əraziləri işğaldan azad etməsindən sonra İranda narkotik ixracıyla məşğul olanların Gorus-Qafandan keçən yolu da bağlanır, buna görə aranı qızışdırırlar. Digər məsələlər də ola bilər... Çünki 30 illik işğal dövründə Qarabağ ərazisindən qaçaqmalçılıq dəhlizi kimi də istifadə olunduğu hər kəsə bəllidir. İndi də bağlanıb həmin dəhliz...Və bundan narazı qalanlar da var. Ola bilər ki, qışqabağı hansısa qruplaşmalar qaçaqmalçılıq yoluyla Ermənistana, yaxud Qarabağa neft, benzin daşıyırlar...Bir sözlə,bu gərginliyə səbəb müxtəlif üzdə olmayan əməllərin, cinayətlərin olması mümkündür...

-İrandakı bəzi ictimai-siyasi xadimlər soyuqluq yaranmasına onu da bəhanə edir ki, Azərbaycan İsraildən raketlər və s. alır. Halbuki biz İrandan da “Şahab” raketləri almaq istəmişdik, onlar razılıq verməmişdi...

-Əvvəla, biz özümüz bilərik, kiminlə silah alveri etməyimizi. Biz İranın bu cür daxili işlərinə müdaxilə etmirik ki... İkincisi, İsraildən raket almışıq, əcəb etmişik. Həmin silahlardan biz öz torpaqlarımızı azad etmək üçün istifadə etmişik. İranda, yaxud Azərbaycanda kiminsə qarşı tərəfdəki nədənsə xoşu gəlməyə bilər. Amma axı söhbət dövlətlərarası münasibətlərdən gedir. Biz o səviyyədə dövlətlər deyilik ki, belə bir gülünc səpkidə əlaqələr quraq. Sadəcə, bir daha təkrar edirəm ki, münasibətlərdə soyuqluq yaranmasına əsas səbəb İsrail-filan deyil, İranın öz daxilində gedən hansısa proseslərdir. Və oradakı hansısa qüvvələr daxili ziddiyyətləri gərginləşdirmək üçün Gorus-Qafan yolundakı vəziyyətdən və bəhs edilən hərbi təlimlərdən sui-istifadə etdi. Çünki onlar yaxşı bilirlər ki, İrandakı azərbaycanlılar qeyri-iradi Azərbaycanla bağlı öz isti münasibətlərini göstərəcəklər. Odur ki, bu gərginlik İranın öz daxilində böyük problemlər yarada bilər...

- Tofiq müəllim, son vaxtlar yenə cəmiyyətdən təkliflər səslənir ki, ermənilər Zəngəzur dəhlizini açmırsa, biz Laçın dəhlizini bağlamalıyıq. Axı belə etsək, ermənilər də beynəlxalq səviyyədə hay-küy qaldıracaq ki, Azərbaycan 10 noyabr razılaşmasının şərtlərini pozdu?.. Bir müddət öncə siz də Laçın dəhlizi ilə bağlı oxşar təklif səsləndirmişdiniz...

-Bəli. Amma mənim təklifim bir az fərqli idi. Mən Laçın dəhlizini bağlamaqdan yox, nəzarətə götürməkdən bəhs edirdim. Biz Laçın dəhlizi deyəndə konret nədən söhbət getdiyini anlamalıyıq. Sülhməramlıların gəlməsinin əsas məqsədi bölgədə müvəqqəti olaraq təhlükəsizliyi təmin etməkdir. Bu da onlara şərait yaradır ki, öz xeyirlərinə olan hansısa digər işlər də aparsınlar. Eyni zamanda bizim üçün təhlükəsizlik lazımdır. Çünki ermənilər təxribat edib hay-küy qaldıra bilərlər ki, ay aman, bizi qırdılar, 3-cü Qarabağ müharibəsi başladı. Amma bu, bizə lazım deyil. Çünki biz Böyük Qayıdış prosesinin əsasını yenicə qoymağa başlamışıq. O torpaqları minalardan tam təmizləməliyik. Yollar çəkməli, digər infrastrukturu bərpa etməli, binalar tikməli və insanları torpaqlarına qaytarmalıyıq. Yəni bizə həmin işləri görmək üçün vaxt lazımdır. Sabah, şübhəsiz ki, Qarabağ üçün digər məsələlər aktual olacaq. Ancaq biz o proseslərə hazırlıqlı olmalıyıq. Ordumuz o yerlərdə tam möhkəmlənməlidir və dediyim kimi, yollar, infrastrukturlar bərpa olunmalı, yenilənməlidir və tədricən məskunlaşdırılma başlanmalıdır. Bir sözlə, Azərbaycan de-fakto o yurdlara qayıtmalıdır. Və qayıdıb mövqelərimizi tutmalıyıq ki, gələcəkdə digər məsələləri həll edək. Yəni bunun üçün taktiki baxından başqa həll yolu yoxdur...

Digər tərəfdən, Laçın dəhlizində Ermənistanla sərhəddə giriş-çıxış, gömrük, təhlükəsizlik və s. məsələlər var. Axı heç bir yerdə heç bir sülhməramlı qüvvələr belə işlərlə məşğul olmur... Odur ki, orada müvafiq Azərbaycan qurumlarının fəaliyyəti bərpa olunmalıdır... Və bu, Laçın dəhlizini bağlamaq deyil. Sadəcə, Azərbaycanın sərhədçisi, gömrükçüsü baxmalıdır ki, ərazimizə keçən kimdir: Fransa, Almaniya, yoxsa İran vətəndaşıdır... Dünyanın istənilən normal ölkəsinin sərhəd buraxılış məntəqələrində olduğu kimi Laçındakı sərhəddə də bu prosedurlar icra olunmalıdır. Bəli, sadəcə, razılıq ola bilər ki, sənədlərinin yoxlanması, qeydiyyata alınması şərtiylə ermənilər sərhəddən keçsin... Bir sözlə, hazırda Gorus-Qafan yolunun Azərbaycana aid hissəsində gördüyümüz işləri Laçın dəhlizindəki sərhəddə də görməliyik... Mənim təklifim bundan ibarət idi...

Zəngəzur yolunda isə 10 noyabr sazişində razılaşdırıldığı kimi, təhlükəsizliyi ermənilər yox, Rusiya FTX-nin sərhəd birləşmələri təmin etməlidir. Yəni əgər orada belə bir şərait yaradılsa, deməli, Laçın dəhlizində də Azərbaycan öz qanunlarına uyğun olaraq qeyd etdiyimiz şəraiti yaratmalıdır... Amma onu da nəzərə almaq lazımdır ki, Laçın dəhlizində müddət 5 illikdir, Zəngəzur yolunda isə müddətsizdir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru