Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                 

"İran tərəfdən təxribatçı addımlar davam edərsə, İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalıdır" - deputat
Tarix: 29-08-2022, 09:00 | Çap et
"İran tərəfdən təxribatçı addımlar davam edərsə, İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalıdır"
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycanın bütün səylərinə baxmayaraq İran bizə münasibətdə yaxın qonşuluq və dostluq siyasəti yürütmək istəmir. Necə düşünürsünüz doğrudanmı İranın bizə yönəlik bu siyasəti onun strateji maraqlarına cavab verir?

- Bilirsiniz, belə bir el misalı var, "xain xoflu olar". Nə etsək xeyri yoxdur. İranın strateji maraqları tələb edir ki, Azərbaycan və türk dövlətləri ilə dost olsun. Həm də ona görə ki, özü də 50 % türk dövlətidir. Bunu anlamaq üçün İranın fars-molla rejimi kəfən-çalmalarını çıxarıb qoymalıdırlar qabaqlarına ki, başları bir az soyusun və soyuq başla bölgədə və dünyada baş verənləri təhlil etsinlər. Azərbaycana diş qıcırtmaqla İran ABŞ və Fransaya xoş gəlmək istəyirsə yanılır. Görünür, ABŞ və Fransanın Qarabağda etnik seperatizmi dəstəkləməsi onları ümidləndirir. Amma anlamırlar ki, Azərbaycana qarşı aparılan aqressiv siyasət, əvvəllər dediyim kimi, İranı ən azı beş yerə parçalaya bilər. Ola bilsin İranın dağılmasını istəyənlər müxtəlif kanallarla onu buna təhrik edirlər. Azərbaycan MDB-nin və Türk Dövlətlər Şurasının üzvüdür, Biz Türkiyə, Rusiya və Qazaxıstanla müttəfiqlik münasibətlərinə dair saziş imzalamışıq. Pakistan ən yaxın dostumuz-qardaşımızdır. İsrail, bir çox ərəb dövlətləri strateji tərəfdaşımızdır. Avropa Birliyinin bir neçə ölkəsi və ABŞ-la bəzi məsələlərə dair fikir ayrılığı olsa da müxtəlif istiqamətlərdə ciddi əməkdaşlığımız var. Ən başlıcası İran vətəndaşlarının, bu isə o deməkdir ki, İran ordusunun yarısı bizim soydaşlardır. İranda nə düşünürlər, bütün bu qüvvələr İran mollalarının avantürüst siyasətinə göz yumacaqlarmı? Yoxsa, İran Ermənistanda ABŞ-ın minlərlə mütəxəssisinin çalışdığı dünyadakı ən böyük səfirliklərdən birinin yerləşdiyini bildiyindən onunla birlikdə özünü çox güclü hesab edir? Bir daha söyləyirəm İranın bütövlüyü və inkişafı Kafanda konsulluq açmaqdan yox, Azərbaycan və Türkiyə ilə dostluqdan keçir. Onlar nəhayət ki, bunu başa düşməlidirlər.

- Azərbaycan İranın təxribatlarına qarşı hansı addımları ata bilər?

- İlk növbədə İranla açıq söhbət edilməlidir ki, onlar ürəkbulandıran, münasibətlərə kölgə salan təxribatlara son qoysun. İran vətəndaşları üçün viza rejimini təcili aradan qaldırılmalıyıq. Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir. Cənublu soydaşlarımızın, o cümlədən digər İran vətəndaşlarının ölkəmizə rahat gediş-gəlişi təmin olunmalıdır. İranda ana dilində təhsil almaq imkanı olmadığından hər il ən azı 1000 (min) Cənublu soydaşımızın Azərbaycanda pulsuz təhsil alması təmin edilməlidir. İranla mədəni və humanitar sahədə əlaqələr genişləndirilməlidir. Toylarımıza Cənubdan müğənnilər dəvət etməliyik, onların bütün şəhər və qəsəbələrimizdə konsertləri təşkil olunmalıdır. İrandakı nüfuzlu azərbaycanlı siyasətçilərin, ictimai-siyasi fəalların, ekspertlərin Azərbaycana səfərləri təşkil olunmalı, iqtisadi-siyasi əlaqələr gücləndirilməlidir. Azərbaycan diplomatiyası dünyada Cənubdakı soydaşlarımızın milli haqlarını daha açıq səslə müdafiə etməlidir. Daha geniş imkanlara malik qardaş Türkiyənin bu işdə yaxından iştirakı təmin edilməlidir. İran tərəfdən təxribatçı addımlar davam edərsə İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalı, təcili İsraildə səfirliyimizi açmalı, İsrailin Lənkəran, Naxçıvan və Cəbrayılda konsulluq xidmətlərinin açılmasına çalışmalıyıq.

Bundan başqa idarəetmənin təkmilləşdirilməsi, dünya azərbaycanlıları ilə əməkdaşlığı gücləndirmək məqsədilə Diaspora Komitəsi XİN-in nəzdində bir şöbəyə və ya idarəyə çevrilməlidir ki, XİN səfirliklərimiz vasitəsilə bütün potensialını ilə bu işə cəlb edə bilsin.

- Cənublu soydaşlarımızın Azərbaycanda təhsil almalarından danışdınız, amma bu gün belə bir informasiya yayıldı ki, Təhsil Naziri məktəb direktorları ilə görüşdə deyib ki, "məktəblər təhsil vermir və biz bunu bilirik . Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər". Bu məsələyə də münasibət bildirmənizi xahiş edirik.

- Təhsil sistemində də digər sahələrdə olduğu kimi problemlər var və biz bu istiqamətdə haqlı tənqidlərin şahidi oluruq.Amma nazirə sistemli hücumların da təşkil olunduğunu görürük. Bilmirəm nazir hansı formada fikirlərini ifadə edib, amma əminəm ki, əsas məqsəd məktəblərdə təhsilin keyfiyyətinin və direktorların məsuliyyətinin artırılması olub. Amma tənqidlə indikindən fərqli və daha yaxşı nəticələrə nail olmağın mümkünlüyünə inanmıram.

Repetitorluğun qarşısının alınmasının əsas yolu orta məktəbin buraxılış imtahanlarının nəticəsi əsasında ali məktəblərə qəbulun keçirilməsidir. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırmışam. Ən böyük anormallıq isə odur ki, hər iki imtahanı eyni dövlət orqanı həyata keçirir və hər iki imtahanda məqsəd şagirdlərin biliyinin qiymətləndirilməsidir. Hökumət bir imtahana getmir. Çünki həm DİM-i saxlamaq üçün imtahandan pul yığır, həm də görünür bilirlər ki, müəllimlərin maaşı azdır və istəyirlər ki, Konstitusiya ilə orta təhsil pulsuz olsa da valideyinlər müəllimlərə orta təhsil üçün əlavə pul ödəsin. Kiçik istisnalarla ali məktəblərə qəbul olunanların hamısı repetitor yanına gedir. Repetitorluğun bu günki səviyyəsi orta təhsilin ölkəmizdə pulsuz olmamasının əyani sübutudur.

Bundan başqa repetitorluq haqqında qanun da qəbul olunmalıdır. Repetitorluqla məşğul olmaq üçün müəllimlər vergi ödəyicisi kimi qeydiyyatdan keçməli, bir müəllimin eyni vaxtda maksimum iki şagirdlə məşğul olması qaydası müəyyən olunmalı, şagirdlər məktəbdən yayına bilməsinlər deyə öz dərs cədvəlləri barədə repetitora məktəbdən arayış təqdim etməlidirlər. Məktəb binalarında repetitorluq qadağan olunmalıdır. Düşünürəm müəllimlərin maaşını artırmaqla və qeyd etdiyim tədbirləri görməklə bu istiqamətdə fundamental dəyişikliklərə nail olmaq olar. Təki istək olsun. Amma bir çox şəxslərin bundan faydalandığını nəzərə alsaq bu tipli islahatlara gediləcəyini çətin hesab edirəm.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru