" Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                 

“GƏRƏK XALQ AKTİV MÜBARİZƏ APARSIN”
Tarix: 20-05-2012, 12:33 | Çap et
“GƏRƏK XALQ AKTİV MÜBARİZƏ APARSIN”

“BİZİM MƏMURLARIMIZ DEMOKRATİYAYA HAZIR DEYİL”

Politoloq Leyla Əliyeva ilə Azərbaycanda demokratiya, insan haqları və bu məsələlərlə bağlı Qərbin həssaslığı, ona Azərbaycandan verilən reaksiya və digər məsələlərdən danışdıq.

- Müstəqilliyin ilkin illərində Qərbə inteqrasiya siyasətinə üstünlük verilirdi. Bu gün həmin münasibətlər hansı istiqamətdə inkişaf edir?
- Əslində Azərbaycanın bir respublika kimi milli kimliyinin mahiyyəti Qərb dəyərləri üstündə qurulub. Müasir dövlətçilik ənənəmiz də Qərb dəyərlərinə söykənib. 1918-ci ildə qurulan Azərbaycan Demokratik Cumhuriyyəti liberal-demokratiyanın əsasında qurulub və o bizi Qərblə yaxınlaşdırıb. Bu o deməkdir ki, biz qərb cəmiyyətinə oxşar bir dövlət qurmağı bacarmışdıq.

- Sovetlər dağıldıqdan sonra hakimiyyətə gələn qüvvələr də özlərini ötən əsrin əvvəlində qurulan Cumhuriyyətin varisi elan edib, bütünlüklə onun dəyərlərinə sahib çıxmışdı.
- Çünki bizim üçün bundan real yol yox idi. Bu kurs həm də Demokratik Cumhuriyyətin mahiyyətini əks etdirirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilik illərdə də bu kurs davam etdirildi. O başa düşürdü ki, Azərbaycanın strateji tərəfdaşlığı yalnız Qərb dövlətləri ilə mümkündür. Sadəcə olaraq Qərb ölkələrinin sırasında olmaq üçün gərək 1918-ci ildə bünövrəsi qoyulan ənənələrə sahibləniləydi. Siyasi dəyərlər isə əsasən liberal azadlıqlar, insan hüquqları, demokratiyadır. Bizim Konstitsiyamızda da bu dəyərlər əsasını tapıb. Bizim Təhlükəsizlik Konsepsiyamızda da strateji istiqamətimizin qərb olduğu əksini tapıb. Amma indiki halda yalnız formal baxımdan bu dəyərlərə riayət olunduğu bəyan olnur.

- Amma formal mahiyyət daşıyan bu münasibətlər artıq kəskin hal alıb. Son illər Qərb dövlətləri ciddi tənqidlərə məruz qoyulur...
- Həqiqətən də artıq son bir neçə ildə rəsmi səviyyədə soyuqluq müşahidə olunmaqdadır. Hətta ən yüksək dövlət məmuru səviyyəsindi bildirilir ki, Qərbə inteqrasiya bizə lazım deyil. В»Şərq tərəfədaşlığı proqramıВ» çərçivəsində əməkdaşlığa qoşulan dövlətlər öz fəaliyyət proqramlarında Avropa Birliyinə üzvlük deyil, tam iştirak istəyində olduqlarını yazıblar. Bəyan olunan məqsədləri hamı ortaya qoyur bizdən başqa. 2006-cı ildə bizim fəaliyyət proqramımızda bu bənd yox idi. Son dövrlərdə yalnız ictimai rəy və ümummilli kampaniyaya görə, bu bənd həmin sənədə salındı. Sonrakı dönəmlərdə isə münasibətlərdəki sərinlik daha da artdı. Bizim məmurlarımız deyirdilər ki, bu bizə o qədər də lazım deyil və biz buna tələsmirik.

- Azərbaycan tərəfi demokratiya, liberal dəyərlərin burda bərqərar olmasını istəmir, yoxsa Qərb buna xüsusi maraq göstərmir?
- Avropa Birliyindən gələn tələblər əsasən islahatların həyata keçirilməsidir. İslahatların həyata keçirilməsi isə Avropa Birliyinə lazım deyil. Bu hər şeydən əvvəl Azərbaycan dövlətinə və xalqına lazımdır. Bu daxildən gələn bir tələbdir. Avropalıların nəyinə lazımdır ki, Azərbaycanda vəziyyət Afrikadakı kimi olsun, ya olmasın. Onların enerji təhlükəsizliyi təmin olunur, bu onlara bəs edir də. Bir çox hallarda beynəlxalq səviyyələrdə də bəyan olunur ki, biz niyə güclə demokratiyanı ölkələrə gətirməliyik. Əgər onlar özləri bunu istəmirlərsə, biz niyə demokratiya məsələsində müdaxilə etməliyik. Bu isə o deməkdir ki, bu ölkələrin nə islahatlar aparmaq istedadları, nə bacarıqları, nə də dəyərləri var. Axı bu düzgün deyil. Azərbaycan milləti məhz bu dəyərlər üzərində formalaşıb.

- Doğrudanmı, bizə demokratiya lazım deyil?
- Demokratik dəyərlər ya millətin içərisində var, ya da yoxdur. Onu kənardan gətirmək də mümkün deyil və kiminsə onu xaricdən bizə gətirməsi də qeyri-mümkündür. Sadəcə olaraq bu dəyərlər XIX əsrin ikinci yarısından mənimsənilməyə başlayıb və 1918-ci ildə modernləşmə prosesində artıq tam formalaşıb. 70 il davam edən sovet dönəmində isə bu dəyərlər bir qədər sıxışdırılıb. Amma bu dəyərləri xalqın əlindən tamamilə almaq mümkün olmadı. Əgər belə olmasaydı biz yenidən müstəqilliyimizi bərpa edə bilməzdik. Eyni zamanda da müstəqil dövlətin mili Konstitusiyasını yarada bilməzdik, avtoritar bir Konstitusiya ortaya çıxardı.

- AXC hakimiyyətinin az bir zaman keçdikdən sonra süquta uğramasının səbəblərini həddən artıq demokratik mühitin yaradılmasında görənlər var. В»Bizə demokratik prisiplərin tətbiqi mənfi nəticələr verirВ» yanaşması məntiqidir?
- AXC hakimiyyətinin tez bir zamanda süqut etməsinin bir səbəbi Dağlıq Qarabağ müharibəsi idisə, digər əsas səbəbi də idarəxilik təcrübəsizliyi idi. Yəni burada bu iki əsas faktor önəmli rol oynayıb. Şübhəsiz, cəmiyyətə 70 illiyin təsiri də vardı. Mütərəqqi dəyərləri müdafiə üçün gərək xalq aktiv mübarizə aparsın. Amma bu o demək deyil ki, 70 illik dönəmində bu dəyərləri insanlar unudublar. Ona görə ki, bizim dövlət rəhbərləri bizə demokratiyanın lazım olmadığını deyirlər. Onlar yaxşı bilirlər ki, Qərbə inteqrasiya elə islahatların həyata keçirilməsi deməkdir. Belə olarsa biz müsbət dəyərlərimizi mütləq sübut etməliyik. Xalqımız deyil, bizim məmurlarımız buna hazır deyil. Sovet təfəkkürü daşıyan məmurların psixologiyası tamamilə başqadır. Onların dövlət işinə və yaxud başqa məsələlərə yanaşması da təfəkkürlərinə uyğundur.

- Maraqlıdır, o zaman bəs niyə xalq 20 ildir düşdüyü bu vəziyyətlə hesablaşır, ciddi dəyişikliyə nail ola bilmir?
- Bu klassik bir xarizmadır. Klassik politologiyada bunun izahı da var. Bu, o deməkdir ki, əgər hansısa bir ölkədə demokratik institutlar fəaliyyəti formalaşmış hal almayıbsa və belə bir şəraitdə neft hasilatı başlayırsa deməli, bunun nəticəsində demokratiyanın inkişafı da çətinləşir. Hansı ölkələr ki, bizim kimi geçid dövründə neft hasilatına başlayıb onlarda hələ də demokratiya bərqərar olmayıb. Ərəbistan, Küveyt və bu sırada adı çəkilməli olan əksər ölkələr var. Ancaq iki ölkə, Norveç və Amerika demokratik dövlətlər kimi tanınır. Onlarda neft hasilatı yalnız demokratik institutlar formalaşdıqdan sonra başlayıb. Hər iki dövlətdə ciddi parlament, müstəqil məhkəmə, güclü sivil cəmiyyət, güclü ictimai institutlar vardı və onlar hökumətə nəzarət edirdi, onların fəaliyyətini məhdudlaşdırırdı. Azərbaycanda isə belə bir hal olmayıb və ona görə də bizdə 20 ildir belə bir vəziyyət davam edir. Əhalinin mübarizə aparmasına, etiraz etməsinə baxmayaraq, hökumət hələ də onlara nəzarət edir, repressiv metodlardan istifadə edir. Repressiv aparat və neftdən gələn pul var ki, bunların hər ikisindən də çox yaxşı istifadə olunur. Hakimiyyət elitanın çox kiçik hissəsini ələ ala bilib.

- Yəni demək istəyirsiz ki, neft gəlirlərinin bir qrupun əlində cəmləşməsi ölkədən ciddi dəyişikliklərə, mütərəqqi islahatlara imkan vermir?
- Qeyd etdiyim kimi ölkədə demokratik institutlar formalaşmadan neft hasilatının start götürməsi çox pis perspektiv yaratdı. Bu artıq nəzəriyyədə sübut olunub. İkinci bir tərəfdən də neft gəlirlərinə ictimai nəzarət mexanizmi yoxdur və demokratik institutların olmaması da ona nəzarət olunmasına imkan vermir.

- Almaniya ilə Azərbaycan arasında gərginlik yaşanmaqdadır. Bu gərginliyin əsası nədir və bunun Azərbaycana nə kimi mənfi təsirləri ola bilər?
- Almaniya Azərbaycan üçün çox vacib bir ölkədir. Almaniyanın Avropa Birliyində xüsusi səs çoxluğu var və Avropada ən nüfuzlu ölkədir. Almaniya ilə Azərbaycan münasibətləri ona görə korladı ki, nə var-nə var orada Azərbaycan hökuməti ilə bağlı hansısa bir qəzetdə tənqidi material gedib. Demokratik ölkələrdə belə məsələlər heç vaxt münasibətlərin korlanmasına əsas ola bilməz. Ələlxüsus da bir qəzetdə gedən tənqidi məqaləyə görə bütövlükdə ölkəni belə bir formada tənqid etmək yolverilməzdir. Özü də qarşıdan В»EurovisionВ» mahnı müsabiqəsi gəldiyi bir ərəfədə belə çıxışların başlanması anlaşılan deyil. Əslində Azərbaycan özünü daha demokratik göstərməlidir. Hakimiyyət isə hər şeyi əksinə edir.

- Bu cür çıxışlarsa hakimiyyətin deyil, xalqın və bütövlükdə dövlətin əleyhinə işləyə bilər...
- Şübhəsiz, bundan zərər görən dövlət olur.

- Qərbə inteqrasiya yolu tutmuş bir ölkə üçün balanslı siyasət nə dərəcədə effektiv ola bilər?
- Balanslaşma siyasətinin əlləbəttə ki, hansısa əsası var. Əgər balanslaşma diplomatik mahiyyət daşıyarsa və regionda hansısa bir ölkə ilə vəziyyəti kəskin hala gətirib çıxarmamaq niyyəti olarsa. Azərbaycan həqiqətən də çox mürəkkəb geosiyasi vəziyyətdədir. Azərbaycan getdikcə daha çox izolyasiyada qalır. Ermənistan bir o qədər də Qərbə inteqrasiya edə bilmir. Çünki o, daha çox Rusiyadan asılıdır. Amma onun da gələcəyi Avropaya inteqrasiyadadır və Avropa Birliyi ilə В»Fərdi tərəfdaşlıq proqramıВ» çərçivəsində Avropaya üzvlük istəyində olduğu bəyan olunur. Ermənilər də özlərini Avropa ailəsinin bir üzvü kimi hiss edirlər. Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstana diqqət yetirdikdə biz bu dövlətin birmənalı olaraq Avropaya inteqrasiya etdiyini görürük. Azərbaycana gəlincə, əgər biz Qərb dəyərləri əsasında qurulmuş demokratik respublika elan etmişiksə, onda bizim başqa çarəmiz qalmır. Bizə əsas prioritetləri seçmək qalır və bu prioritetlər də var. Amerika ilə əməkdaşlıq var, amma Azərbaycana öz mahiyyətini qoruyub saxlamaq üçün Avropaya inteqrasiya çox vacibdir. Çünki belə olmasa Azərbaycan hansısa çox güclü regional dövlətin təsiri altında qalacaq. Bir tərəfdən İran, o biri tərəfdən rusiyanın təsirinə məruz qalan Azərbaycanın özünü qoruması üçün mütləq həm NATO-ya, həm də Avropa Birliyinə sürətli inteqrasiya etməlidir.

- Amma rəsmi Bakının Rusiyaya meyl göstərdiyi daha qabarıq müşahidə olunmaqdadır. Putinin yenidən hakimiyyətə qayıdışında maraqlı görünən Azərbaycanın onun Avroasiya İttifaqı proqramına qoşulması hansısa təhlükə yarada bilərmi?
- Bu heç zaman qəbulolunmazdır. Rəsmi Bakı sadəcə olaraq Putinin yenidən hakimiyətə gəlişinə maraq göstərirdi. Çünki, Putinin güclü və sərt lider olduğu sirr deyil. Ona görə də özü üçün problem yaratmamaq üçün onun gəlişinə cəhd göstərirdi. Bu balanslaşdıma siyasətinin bir göstəricisidir. Balanslaşma siyasətinin mahiyyətində də öz davranışını hansısa güclü dövlətə uyğunlaşdırmaq dayanır. Avropa dövlətləri ilə münasibətlərin soyuqlaşmasına baxmayaraq, mənə elə gəlir ki, Azərbaycan rəhbəri də yolunun Rusiya ilə olmadığını yaxşı başa düşür. Əfsuslar olsun ki, Rusiya Azərbaycanın ən əsas təhlükəsizlik məsələsində maraqlı deyil. Rusiya hələ də Ermənistanın ən yaxın müttəfiqi olaraq qalmaqdadır. Burada çox ciddi ziddiyyətlər var.

- Necə düşünürsünüz, beynəlxalq qurumlar, Qərb dövlətləri, Amerika həqiqətənmi Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirməyə daha çox üstünlük verirlər?
- Aydındır ki, enerji maraqları demokratiyanın standartlarına, islahatlara təsir edir. Müşahidə olunur ki, bu ölkələr ciddi tənqidin qarşılığında enerji maraqlarında nələrisə itirmək ehtiyatlılığı var. Azərbaycanın onlardan üz döndərə biləcəyi, hansısa vacib enerji layihəsindən imtina edə biləcəyi düşünülür.

- Belə olan halda da hələlik hakimiyyətin udduğu mənzərəsi görünür...
- Hakimiyyətin udduğunu düşünmək də düzgün deyil. Dünyada nələrin baş verdiyinə diqqət yetirmək lazımdır. Artıq hamı yavaş-yavaş bu proseslərin təsirsiz ötüşməyəcəyini dərk edir. Biz onun nəticələrini də çox güman ki görəcəyik.

- ABŞ-ın yeni səfirinin fəaliyyəti Amerika-Azərbaycan münasibətlərinə nə kimi yeniliklər gətirə bilər?
- Riçard Morninqstar təcrübəli diplomatdır və Azərbaycanı da yaxşı tanıyır. Barak Obamanın onu Azərbaycana göndərməsi ölkəmizə münasibətin ciddi olduğunu göstərir. Morninqstar əsasən enerji məsələlərlə məşğul olmasına baxmayaraq, onun buradakı davranışı Obamanın siyasətindən asılı olacaq. Xüsusilə ərəb dünyasında baş verən hadisələrdən sonra digər ölkələrə də diqqət yönələcək. Burada da təkcə enerji məslələri deyil, həm də demokratiya prosesinə daha ciddi münasibət göstəriləcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Dünən, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Dünən, 13:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru