TQDK İLƏ TƏHSİL NAZİRLİYİNİN FƏRQİ
Tarix: 7-06-2012, 11:49 | Çap et
“BU İŞDƏ “ŞEYTAN BARMAĞI” OLDUĞUNU SÖYLƏYİRDİLƏR”
Əlövsət Osmanlı: “TQDK bilməlidir ki, təhsilimizin məzmununu dağıdan bu yırtıcılar üzümüzə gələn il üçün də xüsusi “planlar” üzərində işləyirlər”
DİA.AZ: - Bu il aprelin 19-da ölkə başçısının fərmanı ilə orta məktəblərdə buraxılış (attestasiya) imtahanlarının həyata keçirilməsi və dərsliklərin monitorinqi Təhsil Nazirliyindən alınaraq TQDK-ya həvalə edildi. Fərmanın birinci hissəsilə bağlı TQDK-da artıq xeyli işlər görülüb. Belə ki, ölkənin bir çox məktəblərinin 9, 11-ci siniflərində buraxılış imtahanları keçirilib, nəticələr də bəllidir. Çox qəribədir ki, fərmanın ikinci hissəsinin – dərsliklərin monitorinqi ilə bağlı işlərin nə yerdə olduğu barədə qurum tərəfindən heç bir məlumat verilmir. Fərmanın necə icra olunması ilə bağlı təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik.
O, DİA.AZ-a açıqlamasında gecikmiş olsa da, fərmanın Azərbaycan təhsilinin xeyrinə olduğunu bildirdi: “Təhsil Nazirliyinin buraxılış imtahanlarını ədalətli və sivil qaydada keçirə bilməyəcəyi hamımıza məlum idi. Bu həqiqət lağlağıya çevrilmiş “məzun bazası”nın təhvil-təslimi zamanı bir daha təsdiqləndi. Bəlli oldu ki, Təhsil Nazirliyinin buraxılış imtahanlarındakı “nailiyyəti”, gülməli olsa da, dörd sınıq-salxaq kompüterdən və alayarımçıq siyahıdan ibarət imiş. Cəmiyyət də bəzi üzdəniraq məmurların moizələrinə uyaraq elə başa düşürdü ki, doğrudan da, nazirlik müasir bazaya malikdir. Vaxtilə biz deyirdik, hay-haray salırdıq ki, bu adamlara beş qoyun da etibar etmək olmaz, aparıb ya qurda-quşa yem edəcəklər, ya da ki, özləri həzm-rabedən keçirəcəklər...
TQDK-nın bu sahədə ilk addımları onu göstərdi ki, fərman bir çox pozitiv işlərə güclü təkan verəcək. Görürsünüzmü, vaxt darlığına və təhvil-təslimdən qaynaqlanan çətinliklərə baxmayaraq, komissiya qısa bir müddət ərzində bu işlərin öhdəsindən necə peşəkarlıqla gəldi: Cəmiyyət imtahanın hansı normativ-hüquqi sənədlər əsasında aparılacağı ilə tanış edildi; siyahılar yenidən dəqiqləşdirildi; lazımi təşkilati işlər görüldü; şəffaflıq olsun deyə, bu və ya digər səbəbdən imtahandan azad edilən bütün şagirdlərin siyahısı TQDK-nın saytında yerləşdirildi ki, kimin bu siyahıya şübhəsi varsa, buyursun bizə bildirsin, tədbirini qilaq və s. Bəs ötən illərdə necə idi? Nazirlik ümumi şəkildə imtahanlardan azad etdiyi şagirdlərin sayını bildirir, ən vacib informasiyanı – konkret olaraq kimlərin niyə azad edildiyini isə bildirmirdi. Ona görə də insanlar bu işdə “şeytan barmağı” olduğunu söyləyirdilər.
Ekspert bir çox məzunların kəsiləcəyi barədə yayılan şayiələrə ayrıca münasibət bildirdi: “Bəziləri bu fərmanın nazirlik və TQDK arasında intriqa yaradacağını, bir çox məzunların bunun qurbanı olacağını bildirirdilər. Nə baş verdi?! Məlum oldu ki, TQDK-nın məqsədi, nazirlikdən fərqli olaraq, imtahanlar zamanı məzunları “sıxma-boğmaya salmaq” yox, onların bilik və bacarıqlarını üzə çıxarmaqdır. Ona görə də tapşırıqları sadələşdirdi, imtahanlara hazırlıq üçün vaxt məhdudiyyətini nəzərə alaraq doğru cavablar şkalasını xeyli aşağı endirdi ki, bu il imtahandan keçməyən məzunlar günahı özlərində axtarsınlar. İndi sual edirəm: Hər il imtahandan sonra Təhsil Nazirliyi qarşısında keçirilən mitinqlər, piketlər, səs-küy, şamartı bu il niyə yoxdur? Qarğışları ərşə qalxan valideynlər niyə gözə dəymir? Çünki toplum TQDK-ya güvənir, onun keçirdiyi imtahanın ədalətli olduğuna inanır. Əslində bu, hamıya aydındır, xüsusilə də, özünü 7-dən 77-yə hamının gözündən salmış Təhsil Nazirliyi məmurlarının hər il törətdiyi əməllər fonunda...
Dərsliklərin monitorinqi ilə bağlı TQDK-da duyulan ləngliyə rəğmən ekspert belə dedi: “Mən də hesab edirəm ki, TQDK işinin çoxluğundan asılı olmayaraq, fərmanın ikinci hissəsi – dərsliklərin monitorinqi ilə bağlı üzərinə düşən vəzifələrin icrasına da vaxt ayırmalıdır. Çünki bu saat Təhsil Nazirliyində bəziləri hələ də bulanıq suda balıq tutmaqla məşğuldurlar. Bilirsiniz ki, həmişə olduğu kimi, bu il də dərsliklərin nəşri və çapı üzrə keçirilən tender baş tutmayıb. Qoltuq nəşriyyatlar bu gün məmurlarla “işbirliyinə girərək” dərslik lotlarını mal-pay etməklə məşğuldurlar. TQDK bilməlidir ki, təhsilimizin məzmununu dağıdan bu yırtıcılar üzümüzə gələn il üçün də xüsusi “planlar” üzərində işləyirlər. Ona görə də bu qurum indidən dərslik məsələsinə də əl qoymalıdır. Elə olmasın ki, iş işdən keçsin və gedən qatarın arxasınca baxıb gileylənək...”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00 |
|
|
|
| • Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44 |
|
|
|
| • Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38 |
|
|
|
| • Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36 |
|
|
|
| • Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15 |
|
|
|
| • Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11 |
|
|
|
| • AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08 |
|
|
|
| • Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06 |
|
|
|
| • Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05 |
|
|
|
| • Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02 |
|
|
|
| • Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00 |
|
|
|
| • Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59 |
|
|
|
| • Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47 |
|
|
|
| • “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44 |
|
|
|
| • Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41 |
|
|
|
| • TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30 |
|
|
|
| • “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26 |
|
|
|
| • Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25 |
|
|
|
| • "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23 |
|
|
|
| • “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19 |
|
|
|
| • Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18 |
|
|
|
| • "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16 |
|
|
|
| • Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15 |
|
|
|
| • Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09 |
|
|
|
| • SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07 |
|
|
|
| • Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06 |
|
|
|
| • Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27 |
|
|
|
| • Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24 |
|
|
|
| • Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Dünən, 12:22 |
|
|
|
| • Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Dünən, 12:13 |
|
|
|
| • İranın daxili işlər naziri Bakıya gəldi
Dünən, 11:40 |
|
|
|
| • TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Dünən, 11:31 |
|
|
|
| • Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 11:28 |
|
|
|
| • “TikTok” və “Instagram”ın işində problem yarandı
Dünən, 11:21 |
|
|
|
| • Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Dünən, 11:20 |
|
|
|
| • "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Dünən, 11:11 |
|
|
|
| • İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Dünən, 11:09 |
|
|
|
| • Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Dünən, 11:08 |
|
|
|
| • 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Dünən, 11:06 |
|
|
|
| • Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Dünən, 10:57 |
|
|
|
| • “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Dünən, 10:52 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Dünən, 10:49 |
|
|
|
| • Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Dünən, 10:46 |
|
|
|
| • Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Dünən, 10:26 |
|
|
|
| • "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Dünən, 10:17 |
|
|
|
| • Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Dünən, 10:16 |
|
|
|
| • Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Dünən, 10:02 |
|
|
|
| • ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Dünən, 10:00 |
|
|
|
|