ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                 

Xətai rayonu SATIŞA ÇIXARILIB - İTTİHAM VAR!
Tarix: 13-09-2022, 11:53 | Çap et
Xətai rayonu SATIŞA ÇIXARILIB
Rayonun memarı deyir ki, bizlik deyil, bu məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi baxır... Məlumdur ki, son illərin ən ciddi problemlərindən biri, bəlkə də birincisi, paytaxt Bakının rayonlarındakı qanunsuz tikililərdir. Heç kimə sirr deyil ki, uzun illərdir ki, Rayon İcra Hakimiyyətlərinin memarlıq şöbəsinin, şəxsən baş memarın rəsmi icazəsi ilə kimlərsə boş sahə görən kimi oranı hasarlayıb xırda ticarət obyekti, kafe, köşk tikdirir. Və hətta bu obyektlər vətəndaşların keçdiyi səkiləri zəbt ediblər.
Həm də bu məsələdə memarlıq şöbəsinin adı daha çox hallansa da icra başçılarının bundan xəbəri olmaya bilməz. Yəni bütün bu qanunsuzluqlar icra başçılarının birbaşa icazəsi ilə baş verib. Bütün bu qanunsuz tikintilər əslində böyük biznes məsələsidir. Uşaqdan böyüyə hamı bilir ki, Bakıda pulunu verməsən bir daşı daşın üstə qoymaq olmaz.
Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək.
Təsəvvür edirsiniz, hansısa məmur öz şəxsi marağına görə, daha dəqiq desək pul qazanmaq üçün kiməsə obyekt tikməyə icazə verir. Və bir neçə ildən sonra həmin qanunsuz obyekt dövlətin hansısa layihəsinə mane olduğu üçün söküləndə, həm obyekt sahibi qazanır, həm də həmin məmurlar qazanır. İtirən isə dövlət büdcəsi olur. Axı, dövlət büdcəsi havadan-zaddan yaranmır. Bu büdcə vətəndaşların ödədiyi vergilər əsasında yaranır.
Deməli, rüşvətxor məmur və qanunsuz obyektin sahibi pul qazanır, itirən isə vətəndaşlarımız olur. Amma əslində qanunsuz tikiliyə icazə verən məmur dəyən zərəri ödəməli idi.
Sözün qısası, neçə illərdi ki, şəhərimizin səkiləri, parkları məmurlar tərəfindən zəbt olunur.
Hətta rayon ərazilərindəki yüksək gərginlikli elektrik xətlərinin altındakı ağaclar kəsilərək, yaşıllıqlar məhv edilərək yerində çayxanalar, ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Bu məmurlar başa düşmür ki, həmin yaşıllıqlar, ağaclar məhz yüksək gərginliyi kompensasiya etmək üçün salınıb. Əgər sabah həmin ərazidə bir fəlakət baş verərsə, bunun məsuliyyətini kimlər daşıyacaq..?
Bütün bu sadaladığımız problemləri aradan qaldırmaq üçün cənab Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edildi.
Hətta icra hakimiyyətlərinin bəzi səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə verildi. Amma... Əmması odur ki, bütün bunlara baxmayaraq icra başçıları, memarlar köhnə bazarlarından, köhnə alverlərindən əl çəkmək istəmirlər. Paytaxt Bakının qanunsuz tikililərlə ən çox zəbt olunmuş rayonlarından biri də Xətai rayonudur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, memarlıq şöbəsinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün rayonlardakı memarlıq işləri Rayon Təsərrüfatı şöbəsinə tapşırıldı.
Düzdür, bu şöbənin tikintiyə baxan mühəndisləri, memarları var. Xətai Rayon İcra Hakimiyyətində bu məsələlərə şöbə müdiri Rafiq İsayev və memar Əhməd Məmmədov baxır. Ən maraqlısı odur ki, son vaxtlar rayon ərazisindəki qanunsuz tikililərdən söhbət düşən kimi.... İcra hakimiyyətinin memarı, şöbə müdiri, hətta Xətai rayon İcra hakimiyyətinin başçısı Quliyev Rafiq Çəpərxan oğlu birağızdan deyir ki, məsələ artıq bizlik deyil, gedin qanunsuz tikililərin səbəbini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən soruşun.
Təsəvvür edin ki, Xətai sakinləri etiraz aksiyası keçirir və deyirlər ki, hansısa şirkət gəlib həyətimizin ortasında qanunsuz tikili tikir. İcra başçısı isə deyir ki, mənlik deyil. İcra başçısından soruşan yoxdur ki, neçə illərdir ki, rayon ərazisində tikilən qanunsuz obyektlər də sənlik deyil..? Xətai icra hakimiyyətinin memarı isə həyətdə tikilən qanunsuz tikili barədə deyir ki....Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir.
Belə yerdə deyiblər ki, vur palçıqdan çıxsın. Necə yəni səndə olan məlumata görə... İki dövlət qurumu arasında adi koordinasiya yoxdurmu ki, konkret biləsiniz ki, tikinti qanunidir, yoxsa yox. Həm də sakinlərin həyətində tikilən obyekt necə qanuni ola bilər, ayy .... Yaxşı, Xətai rayonu ərazisində kəsilən ağacları da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi eləyib..?
Axı, bu ağacların kəsilməsinə siz icazə vermisiniz... Bəs rayonun Mənzil Kommunal İstismar İdarəsi hara baxır..?
Sözün qısası, Məşədi İbad demişkən, əvvəl qızın bir adaxlısı var idi. İndi iki olub. Və qanunsuz tikli ilə bağlı nə varsa bir-birinin üzərinə atır. Amma, istənilən halda, Xətainin icra başçısı Rafiq Quliyev və yaxın ətrafı sanki harasa tələsirlər. Elə bil vaxtın bitdiyini hiss edərək, hər tini, dalanı satmağa hazırdırlar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi məmurlar mediadan yuxarılara şikayət edirlər ki, imkan vermirlər işləməyə, barəmizdə yazırlar-pozurlar və... Qaçaq Nəbi filmində deyilən kimi, imkan vermirlər ki, oğurlayaq, sataq, qazanaq... Belə məmurlar “krışaları” deyir ki, siz də medianı verin məhkəməyə, tapşıracağıq, qoy başları özlərinə qarışsın və...məmurlar yaddan çıxsın... Bizim isə bir media olaraq belə məmurlara sözümüz odur ki, bizim yazmaqda yeganə məqsədimiz cənab Prezidenti məmur özbaşınalığı ilə məlumatlandırmaqdır. Və bizə olan hər hansı təhdidə qarşı cənab Prezidentimizə video-müraciətlərimiz var. Bir sözlə, məmur özbaşınalığına qarşı mübarizəmiz davam edir.
Növbəti yazılarda digər paytaxt rayonlarında baş verən qanunsuz tikintilərdən, baş memarların əməllərindən bəhs edəcəyik. Bizi izləyin.
P.S. Deyirəm, bölgələrdə ildırım çaxanda agacları, fermaları, böyük evləri, obyektləri vurur. Nədənsə Bakıda "ildırım" çaxanda Bakı və ətraf rayonların arxiv müdirləri ilə memarlarını vurur.
//gundelik-baku.com//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru