Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                 

KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR
Tarix: 24-06-2012, 11:47 | Çap et
KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR

BU GÜN – 24 İYUN MƏRHUM REZİDENTİMİZİN DOĞUM GÜNÜDÜR

Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır..."

Naxçıvana gəlmək çətindir. Ancaq ondan da çətini Naxçıvandan getməkdir. Əslində Naxçıvana bir gəlib çatanda sevinirsən, bir də oradan getdiyinə tam əmin olanda. Çünki təyyarəyə minmək, trapın təyyarədən ayrılması və təyyarənin uçuş zolağına çıxması hələ uçuşun olacağı anlamına gəlmir. Uçuş qərarı hər dəqiqə dəyişə bilər. Bu barədə sonda.

Əvvəlcə ötən verilişimizdə yarımçıq qalan bir mətləbə aydınlıq gətirməyə çalışaq. Necə olur ki, əhalinin ilbəil azaldığı, iri müəssisə və zavodların hələ də tam işə düşmədiyi Naxçıvanda mehmanxanaların sayı durmadan artır? Bu sualın cavabı çox sadədir. Naxçıvanda danışırlar ki, mehmanxanalar əsasən qonşu İrandan gələn tacirlərin sayəsində gəlir qazanırlar. Onlar həm bu mehmanxanalarda gecələyir, həm də orada yaradılan sərbəstlikdən geninə-boluna istifadə edirlər. İranlı tacirlər gözləməkdə olsunlar, Sizə yerli bazarlardan bəhs edim.

"Saat 11 olub hələ siftə etməmişəm. Ya soyuqdur, ya da başqa bir səbəb var ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq keçən qış bundan yaxşıydı…" Bunu Naxçıvanda В«57В» adlanan bazarın bir satıcısı dedi. Satıcılar alverin getməməsindən gileylənirdilərsə, müştərilər də qiymətlərin bahalığından narazılıq edirdilər: "Bazar od tutub alışır. Almaq istədiklərimizin çoxunu ala bilmirik…"

Naxçıvanın başqa bazarlarında da eyni vəziyyətlə qarşılaşacaqsan. Yeni istifadəyə verilən В«CahanВ» Ticarət Mərkəzində də satıcıların sayı alıcılardan çoxdur.

Ancaq deyəsən, В«CahanВ» Ticarət Mərkəzində müştərilərin azlığı təkcə onların alıcılıq qabiliyyətinin aşağı olmasıyla bağlı deyil. Satıcılar danışır ki, köhnə bazarda alver daha yaxşı gedirmiş. Sadəcə orada "quş qripi"nin olmasıyla bağlı şayiə yayılıb və bunun ardınca da onları məcburi qaydada В«CahanВ»a köçürüblər. Deyilənə görə, hələlik "yer pulu" verməsələr də, əvvəlki qədər də qazana bilmirlər. Çünki bu bazar əhalinin gediş-gəlişi üçün münasib yerdə tikilməyib. Bununla belə, bazara gələn müştərilərin bəziləri deyirdilər ki, iş yerləri olsa, nə bazarın uzaqlığı, nə də qiymətlərin bahalığı onların gözünə görünməz.

KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR
Kələki kəndi, Əbülfəz Elçibəyin qaldığı ev, 26 yanvar 2006

Bütün narazılıqların başlıca səbəbi işsizlikdir. İşsizliklə bağlı giley-güzarı təkcə bazarlarda yox, demək olar ki, hər yerdə sadə insanlardan eşitmək mümkündür. Ancaq bir də görürsən ki, 100-200 nəfərlik balaca bir iş yerinin açılması bir neçə kəndə əhalinin güzəranını dəyişdirir. Belə bir halla Ordubad rayonun kəndlərində qarşılaşdım.

Ordubad rayonunda qızıl yatağının istismarı ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə Kələki və ətraf kəndlərdən təqribən 100-150 nəfər işçi götürülüb. Bununla da bu kəndlərdə həyat bir növ yenidən canlanıb.

KƏLƏKİ KƏNDİ ƏBÜLFƏZ ELÇİBƏYİ UNUTMUR
Əbülfəz Elçibəyin yazı masası, 26 yanvar 2006

"Əvvəllər Kələki və ətraf kəndlərdə əhali mağazadan ərzağı belə nisyə alırdı. İndi qızıl mədənində iş yerlərinin açılması əhalinin vəziyyətini olduqca yaxşılaşdırıb. İndi mağazalara olan borcları ödəmək üçün Türkiyə və Rusiyaya işləməyə gedənlərin yolunu gözləməyə ehtiyac bir elə də qalmayıb...". Bunu mənə Kələki kəndində dedilər. Ancaq bu qızıl mədəni də hələ Kələki kəndinə 10 il əvvəlki qaynarlığı gətirməyib.

1993-cü ilin iyun qiyamından sonra mərhum eks-prezident Əbülfəz Elçibəyin Kələkiyə pənah aparmasıyla onun doğulduğu bu kənd az qala Azərbaycanın ikinci paytaxtına çevrilmişdi. Deyilənlərə görə, Əbülfəz Elçibəyin Kələkidə qaldığı 4 ildə bu kəndə nəinki Bakı və Azərbaycanın müxtəlif rayonlarından, hətta qonşu Türkiyədən saysız qonaqlar gəlib. Balaca bir dağ kəndin bu qədər qonaq-qaranı necə qəbul edib yerləşdirdiyi çoxlarına hələ də təəccüblü görünür. Kələkidə nə Əbülfəz Elçibəyi, nə də o günləri unudublar.

Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır...".

Əbülfəz Elçibəyin iş otağı o qədər də böyük deyil. Divarda Məmməd Əmin Rəsulzadənin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin portretləri var. Yazı masasının üstündə isə prezident seçildikdən sonra ona verilən vəsiqə, vəsiqənin yanında isə içində hələ də bir neçə siqaret qalan В«CamelВ» qutusu var. Görünür Əbülfəz Elçibəy 1997-ci ildə Bakıya qayıdarkən həmin vəsiqəni özü ilə götürməyi lazım bilməyib. Prezident kimi gəldiyi bu kənddən sadə vətəndaş kimi gedib. Bələdçimiz isə Əbülfəz Elçibəylə bağlı xatirələrinə ara vermir:

"Bəyin Bakıya qayıtmasına iki il qalmışdı, düz Kələki kəndinin girişinə polis postu qoyuldu. Bəy həmin polisləri bizdən ayırmırdı. Bizə tapşırmışdı ki, kəndə bir toy oldumu, polislərin də payı göndərilsin. Baxmayaraq ki, bu polis postu onun yolunu kəsmək üçün qoyulmuşdu...".

Düz 12 il əvvəl də mən Naxçıvana gəlib Kələki kəndinə baş çəkmişdim. O vaxt Culfa rayonunun girişindən Kələki kəndinə qədər düz 8 yerdə polis postu var idi. Hətta o vaxt biz bu postlardan keçə bilmədiyimizdən, dağ yolu ilə Kələkiyə getmişdik. İndi nə Əbülfəz Elçibəy var, nə də həmin polis postları.

Naxçıvanda olduğum bu 4 gün ərzində isə hara getdimsə, bir neçə polis daim ardımca gəldi. Hətta geri Bakıya qayıdarkən Naxçıvan Hava Limanında da onlar bir növ məni tək buraxmadılar. Ancaq onların hər hansı müdaxiləsi ilə qarşılaşmadım. Düzdür, uçuş yenə də ləngidi. Ancaq daha bundan danışmaq istəmirəm. Çünki onsuzda Naxçıvanda təyyarələrin uçuş cədvəli formal xarakter daşıyır və bu heç kimi təəccübləndirmir.

26 yanvar 2006-cı il / Azadlıq Radiosu /








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru