"Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                 

Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Tarix: Bu gün, 05:57 | Çap et

Son günlər Türkiyə ilə Ermənistan arasında aktivləşən diplomatik təmaslar, bu kontekstdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı telefon danışığı və infrastruktur layihələri ətrafındakı müzakirələr Cənubi Qafqazda diqqəti yenidən bu xəttə yönəldib.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər təkcə ikitərəfli münasibətləri deyil, həm də regional əməkdaşlıq məsələlərini və çoxtərəfli platformalardakı gündəmi müzakirə ediblər.

Daha əvvəl Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə də Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi və əldə olunmuş razılaşmaların icrası nəzərdən keçirilib. Liderlər ikitərəfli əlaqələrə yeni təkan vermək niyyətində olduqlarını vurğulayıblar. Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsini, iş adamları arasında birbaşa təmasların qurulmasını zəruri hesab ediblər. Eyni zamanda, simvolik əhəmiyyət daşıyan tarixi Ani körpüsünün birgə bərpası layihəsinin ardıcıl şəkildə həyata keçirilməsi razılaşdırılıb.

Bu görüşdə regional məsələlər də geniş müzakirə olunub. Ərdoğan və Paşinyan Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunmasının regionda əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Bu çərçivədə regional kommunikasiya xətlərinin açılması zərurəti qeyd edilib.

Prezident Ərdoğan BMT kürsüsündən çıxışında da Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşması prosesinin planlaşdırıldığı kimi getdiyini vurğulayıb. Həmçinin Ermənistan tərəfi də sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması üçün zəruri addımların atıldığını, sərhəd-keçid məntəqələrində infrastruktur işlərinin yekunlaşdığını bildirmişdi.

Bundan əlavə, oktyabrın əvvəlində İrəvanda Ermənistan və Türkiyə rəsmilərinin görüşərək Gümrü-Qars elektrik ötürücü xəttinin bərpası işlərini müzakirə etməsi, həmçinin hər iki ölkənin enerji sistemlərinin bir-birinə bağlanmasının vacibliyini vurğulaması diqqət çəkir. İrəvan bu cür layihələr vasitəsilə təcrid olunmuş vəziyyətdən çıxmağa, Türkiyə ilə iqtisadi körpülər salmağa çalışır. Lakin Ankara hər zaman olduğu kimi, bu prosesdə Azərbaycan amilini və sülh gündəliyini əsas şərt hesab edir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sentyabrın 15-də Azərbaycana səfəri Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümünə təsadüf etməsi ilə simvolik məna daşımaqla yanaşı, həm də gərgin geosiyasi mühitdə iki müttəfiqin saatları tənzimləməsi zərurətindən irəli gəlirdi.

Bakıdakı görüşlərdə əsas müzakirə mövzuları aşağıdakılardan ibarət idi:

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyaların açılması məsələsində ortaq mövqenin qorunması;

İki ölkə arasında ticarət dövriyyəsinin artırılması və regional nəqliyyat dəhlizlərinin təhlükəsizliyi.

Bu səfər bir daha göstərdi ki, Ankara ilə Bakı arasında hər hansı mühüm regional addım atılmamışdan əvvəl ən yüksək səviyyədə məsləhətləşmələr aparılır.

Bununla belə, ekspert dairələrində İrəvan ilə Ankara arasında elektrik xətlərinin bərpası, enerji sistemlərinin inteqrasiyası və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı müzakirələrin intensivləşməsi müəyyən suallar doğurur: Mümkündürmü ki, Türkiyə Azərbaycanla sülh imzalanmadan Ermənistana birtərəfli güzəştlər etsin və ya sərhədləri açsın?

Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, İrəvanla münasibətlərin tam normallaşması və sərhədlərin açılması birbaşa Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanımasından, sülh müqaviləsini imzalamasından və Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsindən asılıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Dünən, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Dünən, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Dünən, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Dünən, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Dünən, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Dünən, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Dünən, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Dünən, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Dünən, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Dünən, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Dünən, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Dünən, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru